Previous Next
Bağla

Məktəblilər arasında İnformatika Layihə Olimpiadası keçirilib-Foto

13-06-2016 15:17
Məktəblilər arasında İnformatika Layihə Olimpiadası keçirilib-Foto

İyunun 11-də  Qafqaz Universitetində Rabitə və Yüksək Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu və İnformasiya Texnologiyaları İnstitutu, Qafqaz Universiteti və İstək Liseylərinin təşkilatçılığı ilə İnformatika Layihə Olimpiadası – İLO2016 keçirilib.

Məktəblilər arasında İnformatika Layihə Olimpiadası 2007-ci ildən etibarən hər il keçirilməkdədir. 2014-cü ildən etibarən Qafqaz Universiteti olimpiadanın keçirilməsinə təşkilatı dəstək vermiş və ev sahibliyi etməkdədir.

Qafqaz Universitetindən Xeberler.az-a  verilən məlumata görə, İLO müsabiqəsinə İKT sahəsində fəaliyyət göstərən bir sıra şirkətlər maraq göstərmiş, təşkilat komitəsində iştirak etmək və olimpiadanın genişləndirilməsi ilə bağlı bir çox təkliflər verib.

Bu il İLO2016  layihə olimpiadasının 1-ci seçim mərhələsinə Proqramlaşdırma, Qısa film, Animasiya, Robot kateqoriyası üzrə 89 layihə daxil olub (www.ilo.az), bunlardan 32 layihə ekspertlər tərəfindən qiymətləndirilərək final mərhələsinə vəsiqə qazanıb. Bundan başqa ilk dəfə olaraq müsabiqəyə yeni AlqoKod – alqoritmik kodlaşdırma kateqoriyası da əlavə edilib və bu kateqoriya üzrə 21 şagird finala vəsiqə qazanıb.

İLO2016 açılış mərasimində Qafqaz Universitetinin İctimai əlaqələr üzrə prorektoru dosent Natiq Paşa, AMEA İnformasiya Texnologiyaları İnstitunun texnologiyalar üzrə direktor müavini  texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, BDU-nun dosenti Ramin Mahmudzadə, AMEA İdarəetmə Sistemləri İnstitutunun böyük elmi işçisi texnika üzrə fəlsəfə doktoru Samir Rüstəmov və Qafqaz Universitetinin mühəndislik fakültəsinin dekanı professor Xəlil İsmayılov çıxış ediblər.

Növbəti 5 saat ərzində müsabiqə iştirakçıları hazırladıqları layihələri nümayiş etdirib və layihələr münsiflər heyəti tərəfindən qiymətləndirilib.

AlqoKod koteqoriyasının iştirakçılarına 5 saat ərzində 10 alqoritmik məsələnin proqramını (C, C++, Java, Pascal və ya Pyton dillərinində) tərtib etmək tapşırığı verilb və məsələlərin həlli PC2-9.2.4 avtomatik qiymətləndirmə sistemi vasitəsilə qiymətləndirilib.

Müsabiqənin sonunda mükafatlandırma mərasimi keçirilib. Mükafatlandırma  mərasimində İLO2016 müsabiqəsinin qalibləri AMEA İdarəetmə Sistemləri İnstitutu və İnformasiya Texnologiyaları İnstitu, Qafqaz Universiteti, İstək Liseyləri, Estet şirkəti və NAPCAR-in təqdim etdiyi hədiyyələr, medallar və sertifikatlarla mükafatlandırılıblar.

 İLO2016-nın qalibləri:

 Proqramlaşdırma kateqoriyası üzrə

I Yer

Hüseyn Hacıyev (layihə rəhbəri - İlhamə Hacıyeva) - Bakı Avropa Liseyi - Qarabağa Qayıdış Oyunu

II Yer

İusip Nasibov, Vahid Süleymanov (layihə rəhbəri - Bakhlul Aliev)  – Gürcüstan Respublikası, Shota Rustaveli məktəbi – Baymax

III Yer

Sənan Məmmədov (layihə rəhbəri - Elvin Kərimov)- Mingəçevir İstək Liseyi - Eclabs School Management System

Fərid Quliyev, Murad Ağazadə (layihə rəhbəri - Elvin Kərimov) - Mingəçevir İstək Liseyi - Php Guard Pro

AlqoKod kateqoriyası üzrə

I Yer

Elgün Cəbrayılzadə - 150 saylı məktəb

II Yer

Ələkbər Əsgərov – Akademik Zərifə Əliyeva adına lisey

Rüstəm Ağayev – Bakı, Nərimanov İstək Liseyi

III Yer

Ziya Muxtarov - Akademik Zərifə Əliyeva adına lisey

Ayxan İmanov - Akademik Zərifə Əliyeva adına lisey

Ayxan Həsənov – Fizika, riyaziyyat və informatika təmayüllü lisey

Animasiya kateqoriyası üzrə

I Yer

Əli Yusubov, Sadiq Qurbanov (layihə rəhbəri – Fərid Musayev)  - Lənkəran İstək Liseyi - Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün

II Yer

Hüseyn Hacıyev (layihə rəhbəri - İlhamə Hacıyeva) - Bakı Avropa Liseyi - Təhlükəsiz Şəhər

Yusif Məhərrəmov, Murad Abışov (layihə rəhbəri –Rövşən Zeynalov)  - Bakı, Nərimanov İstək Liseyi - Asan gələn, asan gedər

III Yer

Mədinə Əliyeva (layihə rəhbəri – Qadir Əhmədov)  - Xırdalan, 9 saylı məktəb - Qəribə Xəstəlik

Emil Hacıyev (layihə rəhbəri - İlhamə Hacıyeva)  - Bakı Avropa Liseyi - Formula 1

Qısa film kateqoriyası üzrə

I Yer

Rüfət Məmmədov (layihə rəhbəri - Təranə İsmayılova)  - Saray qəsəbəsi, 3 saylı məktəb - Xeyirxah Əməl

II Yer

Mədinə Əliyeva (layihə rəhbəri –Mehriban Mahmudova) - Gəncə şəhəri, 27 saylı məktəb - Mənəviyyat ən böyük xəzinədir

Məhəmməd Rüstəmov, Fuad Rəsul (layihə rəhbəri –Nərminə Abdullayeva) - Qax, 2 saylı məktəb - Kiçik qəlblər

III Yer

Elqala Babayev (layihə rəhbəri – Gülmirə Zamanlı) - Saray qəsəbəsi 3 saylı məktəb - Vətən məni gözləyir

İzzətxanım Mirzəxanova, Nərmin Əlisoy (layihə rəhbəri –Hüseyn Abdulov) - Bakı, Əhmədli İstək Liseyi - Empathy

Səbinə İsayeva, Yusif Kazımzadə (layihə rəhbəri – Hüseyn Abdulov) - Bakı, Əhmədli İstək Liseyi - Tha Last Stop

Robot kateqoriyası üzrə

I Yer

İkram Qabıyev (layihə rəhbəri – Sevda Əlizadə) - Bakı, Ankara məktəb liseyi - Mars Robot

II Yer

Malik Haqverdiyev, Aqil Əliyev (layihə rəhbəri – Tamer Taşcı) - Bakı, Nərimanov İstək Liseyi - Smart and Secure Home

Səbinə Nadirli, Rasimə Hüseynli (layihə rəhbəri –Elnur Abdullayev) - Bakı, Gənclik İstək Liseyi - GünəBaxan

III Yer

İsmayıl Eyyublu, Həsən Tağıyev (layihə rəhbəri – Elməddin Musayev) - Ağdaş İstək Liseyi - Oyaq Sükan

Səməd Abbasov (layihə rəhbəri – Sakit Rəcəbov) - Gəncə İstək Liseyi - Masaüstü Tennis

Turan Qasımov (layihə rəhbəri – Sakit Rəcəbov)- Gəncə İstək Liseyi - RevoSaat

 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Elektron məktəb” layihəsində iştirak edəcək məktəblərin sayı artıb

13-03-2009

Qafqaz Universitetində İnformatika Olimpiadası keçirilir-Foto

11-06-2016

Şagirdlərimiz İT yarışmasında 2 qızıl medal qazanıb

14-05-2018

Məktəblilər arasında “VIII İnformatika layihə olimpiadası”nın final mərhələsi keçirildi

12-05-2015

İnformatika üzrə X Ümumrespublika Olimpiadasının finalı olub

04-05-2015

«İnnovativ Müəllimlər» Müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirildi

28-02-2009

“Elektron məktəb” pilot layihəsində iştirak edəcək məktəblərin xüsusi avadanlıqlarla təmin olunmasına başlanılıb

06-02-2009

Azərbaycanda texnoloji Peşə Təhsil mərkəzləri yaradılıb

14-10-2016

“Ən yaxşı videotədris resursu- 2015”-in qalibləri AÇIQLANDI

08-11-2015

Yeni Fikir 2015 Müsabiqəsində 26 layihə yarışacaq

04-03-2015

50 məktəbdə informatika fənni ləğv edildi

22-06-2015

İstək Liseyi Microsoft-un texnologiyasından istifadə edəcək

07-06-2017

İnformatika Layihə Olimpiadasına qeydiyyat müddəti uzadıldı

30-03-2015

Bakı Kompüter Peşə Liseyi yaradılıb

05-10-2015

“Elektron Təhsil” Müsabiqəsinin qaliblərinin təqdimat mərasimi keçirilib

22-06-2010

Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadasında medal qazandılar!

05-07-2024

BANM “Impulse4Women” və IDEA tərəfindən keçirilən hakatonun qalibi olub

14-04-2025

I Robot Olimpiadasının qalibləri-Foto

23-06-2017

Startapımız beynəlxalq müsabiqədə yer tutdu

25-04-2015

Azərbaycan 36-cı Beynəlxalq İnformatika Olimpiadasında təmsil olunacaq

19-08-2024

İnformatika üzrə Ümumrespublika Olimpiadası başa çatır

29-04-2016

Azərbaycan məktəbi üç yüz məktəb arasında ikinci oldu

23-09-2008

128 təhsil müəssisəsinə sürətli internet çəkilib- Siyahı

21-09-2016

Məktəblilər Robototexnika kurslarına cəlb olunur

04-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə