İnformatika müəllimləri arasında "Ən yaxşı videotədris resursu" müsabiqəsi keçiriləcək.
Xəbərlər-in verdiyi məlumata görə, müsabiqəyə işlərin qəbulu sentyabrın 30-a kimi davam edəcək. Yarışın əsas məqsədi, Azərbaycan dilində videoresursların sayını artırmaqdır.
Müsabiqəyə keçmiş illərdə təqdim olunan işlərlə informatik.az saytının "Videoresurs müsabiqəsi" bölümündə tanış olmaq mümkündür. Müsabiqəyə təqdim olunacaq resursları [email protected] ünvanına göndərə bilərsiniz.
Xeberler.az olaraq müsabiqənin şərtlərini təqdim edirik:
1. hər iştirakçıdan yalnız bir iş qəbul olunur;
2. video material Azərbaycan dilində olmalıdır;
3. videoçarx informatika dərsliklərinin bir mövzusuna həsr olunmalıdır (mövzunun izahı verilməlidir);
4. videoresursu youtube.com saytında yerləşdirib, onun linkini göstərilmiş ünvana göndərmək lazımdır.
Qaliblərin işlərinin linkləri informatik.az saytında yerləşdirilir. Müsabiqəni informatika dərsliklərinin müəllifləri və "Bakı" nəşriyyatı keçirir. Qaliblər hədiyyələrlə və diplomlarla təltif olunur. Qaliblərin təltifi, adətən, oktyabr ayında keçirilir.
Qeyd edək ki, artıq ikinci ildir ki, yarış keçirilir və müsabiqədə respublikamızın müxtəlif regionlarında çalışan müəllimlər iştirak edirlər.
Ruhəngiz Muradova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri