15 tələbə “İT HUB Azərbaycan” layihəsində iştirak hüququ qazanıb

02-06-2021 / 12:21

İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” (4SİM) ”StrategEast” təşkilatı ilə birgə “İT HUB Azərbaycan” layihəsinə start verib.

Xeberler.az bildirir ki, nazirliyin yaydığı məlumata görə, layihənin əsas məqsədi İKT sahəsinin inkişafının dəstəklənməsi, əmək bazarında bu sahədə ixtisaslı kadrların hazırlanması və işlə təmin edilməsindən ibarətdir.

Baş ofisi ABŞ-da yerləşən “StrategEast” Avrasiya ölkələrində biliyə əsaslanan iqtisadiyyatın inkişafının surətləndirilməsi istiqamətində fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır.

Layihənin üstün tərəflərindən biri də ondan ibarətdir ki, təlimi müvəffəqiyyətlə bitirmiş tələbələr Azərbaycanda qalmaqla, iştirakçı xarici şirkətlərdə işlə təmin olunmaq imkanı əldə edirlər.

4SİM-in təşkilatçılığı və əlaqələndirilməsi, Təhsil Nazirliyinin dəstəyi ilə ilkin mərhələ üçün seçilmiş 3 universitetdən (Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti) 30-dan artıq tələbə seçim prosesində iştirak edib, onlardan 15 nəfəri qlobal texnologiya şirkətləri tərəfindən keçiriləcək təlimlərdə iştirak hüququ qazanıb. Təlimlər, ilk mərhələdə ödənişsiz olmaqla, 4-8 ay müddətində onlayn şəkildə “QA mühəndislik”, “FrontEnd” və “Java” üzrə qruplarda keçiriləcək. Artıq “QA mühəndislik” üzrə təlimlərə başlanılıb.

Gələcəkdə layihənin daha da genişləndirilməsi və iştirakçı şirkətlərin Azərbaycanda filiallarının yaradılması nəzərdə tutulur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə