Previous Next
Bağla

İdeyadan biznesə startap turları başlayır

15-09-2018 10:39
İdeyadan biznesə startap turları başlayır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Microsoft” şirkəti ilə birgə “İdeyadan Biznesə” layihəsi çərçivəsində Bakı və regionlarda startap turlarının növbəti mərhələsinə start verib.

Xeberler.az  bildirir ki, Nazirlikdən verilən məlumata görə, Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı “İdeyadan Biznesə”   layihəsinə dəstək verən təşkilatlar sırasına qoşulub.

Layihənin tərəfdaşı isə “Azercell” şirkətidir.   Startap turlarının budəfəki proqramı olduqca zəngindir.  Belə ki, ali təhsil müəssisələrində infossesiyalarla yanaşı, ayrıca startap turları da təşkil olunacaq. Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Diplomatik Akademiyasında startap turları keçiriləcək.


Eyni zamanda, xarici və yerli texnoparkların, inkubasiya mərkəzlərinin nümayəndələrinin iştirakı ilə biznes layihələrinin hazırlanması, müzakirəsi, təqdimatı, eləcə də mentorların dəstəyi ilə startap-komandaların və ideyaların formalaşdırılması üzrə Şəki şəhərində "İdeyadan Biznesə" layihəsi çərçivəsində beynəlxalq İnnovasiya Düşərgəsi  (“İnnoCamp”) təşkil olunacaq. Regionlar üzrə turların, ətraf rayon və şəhərləri də əhatə etməklə,  Sumqayıt, Şəki, Gəncə, Bakı şəhərlərində və Naxçıvan Muxtar Respublikasında keçirilməsi nəzərdə tutulur. 
 
Xatırladaq ki, sözügedən turlar artıq Mingəçevir, Lənkəran və Quba şəhərlərində keçirilib və qaliblər müəyyənləşib. Startap turu çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu sözügedən şəhərlərdə informativ sessiya, interaktiv hissə, müsabiqə və müxtəlif mövzuları əhatə edən təlimlər keçirir.

Tədbirin birinci hissəsində startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik biznes-treninqlər təşkil olunur, ikinci hissədə isə onlar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim edirlər. Daha sonra seçilmiş layihələr birincilik uğrunda mübarizə aparır. Hər çıxışdan sonra sual-cavab və layihənin müzakirəsi baş tutur. İkinci hissənin sonunda münsiflər hər region üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərini müəyyənləşdirirlər. Qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanır.

Milli Finalda qalib gələcək 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılacaq, eyni zamanda 24-cü “Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı əldə edəcəklər.

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Növbəti startap turunun keçiriləcəyi yer bəlli oldu

04-06-2018

İdeyadan Biznesə startap turunun Quba üzrə qalibi müəyyənləşdi

08-06-2018

Növbəti startap turu Lənkəranda keçiriləcək

16-05-2018

Növbəti startap turu Sumqayıtda keçiriləcək

19-09-2018

İdeyadan Biznesə startap turlarının final mərhələsi keçiriləcək

28-09-2019

Gəncədə İdeyadan Biznesə çevriləcək layihələr seçildi

05-10-2018

Növbəti InnoCamp-ın keçiriləcəyi məkan açıqlanıb

03-08-2019

İnnocamp innovasiya yay düşərgəsinə hazırlıqlar başlayıb

27-08-2019

İ2B – İdeyadan Biznesə platforması 2020-ci ildə də davam etdiriləcək

12-02-2020

İdeyadan Biznesə startap turunun Naxçıvan şəhəri üzrə qalibləri seçilib

12-10-2018

Ən yaxşı startap komandası olan ali təhsil müəssisələri bəlli oldu

09-10-2018

Bakı və regionlarda startap turlarına başlanır

15-02-2018

Növbəti startap turunun qalibləri bəlli olub

03-10-2018

Növbəti startap turu Qubada keçiriləcək

07-06-2018

İdeyadan Biznesə layihəsi Bakı Dövlət Universitetində

04-10-2018

Sumqayıtın ən innovativ startap layihələri bəlli olub

22-09-2018

İ2B – İdeyadan Biznesə layihəsinin qalibləri müəyyən olunub

19-10-2019

Daha üç uğurlu startap ideyası qalib oldu

01-06-2018

AzTU-nun startap komandaları Bakutel-2018 sərgisində iştirak edəcəklər

01-11-2018

İ2B-İdeyadan Biznesə layihəsinə 2 mindən çox startapçı qoşulub

19-10-2019

İnnocamp innovasiya yay düşərgəsi davam edir

30-08-2019

İdeyadan Biznesə startap turlarının respublika üzrə qalibləri seçildi

27-10-2018

Azərbaycanda YayFest təşkil olunub

19-07-2019

İdeyadan Biznesə layihəsinin ilk düşərgəsi Şəkidə təşkil olunub

01-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə