Previous Next
Bağla
REKLAM YERİ

48-ci Beynəlxalq proqramlaşdırma müsabiqəsinin Azərbaycan üzrə təsnifat mərhələsi keçirilib

25-10-2023 19:29
48-ci Beynəlxalq proqramlaşdırma müsabiqəsinin Azərbaycan üzrə təsnifat mərhələsi keçirilib

Bakı Mühəndislik Universiteti (BMU) və ADA Universitetinin təşkilatçılığı ilə “48-ci ICPC-Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin Azərbaycan üzrə təsnifat mərhələsi keçirilib.

Təsnifat mərhələsi BMU ilə yanaşı, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan-Fransız Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Qərbi Kaspi Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti, Mingəçevir Dövlət Universiteti, Naxçıvan Universitetində təşkil olunub.

Müsabiqədə Azərbaycanın 23 ali təhsil müəssisəsindən 167 komanda (hər komanda üç tələbə və komanda rəhbərindən ibarətdir) iştirak edib.

Komandalara 5 saat ərzində 13 alqoritmik məsələni C, C++, Java və ya “Python” proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatik qiymətləndirmə sistemi ilə aparılıb.

Nəticələrə uyğun olaraq, 58 komanda 5 noyabr 2023-cü il tarixində BMU-da təşkil olunacaq müsabiqənin Azərbaycan üzrə dörddə bir final mərhələsinə vəsiqə qazanıb.

Dörddə bir final mərhələsini müvəffəqiyyətlə bitirəcək komandalar cari ilin 10-14 dekabr tarixlərində Gürcüstan Respublikasının Kutaisi şəhərində təşkil olunacaq müsabiqənin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında (komanda və fərdi) iştirak etmək hüququ əldə edəcəklər.

Qeyd edək ki, Azərbaycanın aparıcı korporativ bankı “PAŞA Bank” regional müsabiqənin baş sponsorudur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Tələbələrin proqramlaşdırma üzrə müsabiqəsinin finalı keçirilib

26-10-2015

Tələbələrimiz beynəlxalq proqramlaşdırma müsabiqəsində qalib oldu

11-12-2015

BDU-nun komandası ICPC-nin Azərbaycan üzrə finalına vəsiqə qazanıb

31-10-2025

Proqramlaşdırma üzrə beynəlxalq müsabiqənin qalibləri açıqlanıb-Foto

24-10-2016

Qarabağ Universitetinin tələbələri proqramlaşdırma üzrə beynəlxalq müsabiqənin finalına vəsiqə qazanıblar

24-10-2024

İnformatika üzrə X Ümumrespublika Olimpiadasının finalı olub

04-05-2015

Tələbələrimiz beynəlxalq proqramlaşdırma müsabiqəsində uğur qazanıb

29-04-2016

İnformatika olimpiadasının yarımfinal mərhələsinin nəticələri açıqlanıb

13-03-2026

BMU-da Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi keçirilib

28-10-2024

Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin Azərbaycan üzrə regional mərhələsi keçirilib

17-11-2023

Azercell “CyberCell Hackathon”a start verir

18-10-2025

Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Yarışması 2025”in final mərhələsi keçirildi

17-04-2025

Azercell daha bir bilik yarışmasına dəstək oldu

10-12-2015

"CanSat Azərbaycan 2020" peyk müsabiqəsinin "Reallaşdırma" mərhələsi başa çatıb

23-10-2020

Azercell-dən tələbələrə daha bir dəstək

06-12-2017

ICPC dünya finalı çərçivəsində qaliblər mükafatlandırılıb

03-09-2025

İnformatika üzrə Ümumrespublika Olimpiadası başa çatır

29-04-2016

Daha 27 tələbə Azercell-dən təqaüd alacaq

09-01-2017

Tələbələri arasında İnformatika üzrə olimpiada başladı

30-04-2018

Bakıdakı universitetlərin blog şəbəkəsi yaradılacaq

07-04-2009

“CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin qalibləri müəyyən olub

02-07-2019

Bakı Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalına ev sahibliyi edəcək

13-02-2025

BDU tələbələri "FICS 2025" startap müsabiqəsinin qalibi olub

29-05-2025

Uber-dən tələbələr üçün yenilik

14-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə