2016-nın qlobal internet trendləri hansılardır?-Hesabat

03-06-2016 / 11:54

Dünya miqyasında internet istifadəçilərinin sayı 3 milyardı keçsə də, bu sahədə böyümə nisbəti  yerində sayır.

İlin internet sahəsində böyümə rekordunu qıran Hindistan ABŞ-ın bu birinciliyini əlindən alaraq dünyanın ən böyük ikinci internet bazarına çevrilib.

Dünyanın bu sahədə ən detallı hesabatı olan KPCB İnternet Trendləri 2016  bu ilin nəticələrini açıqlayıb.

Xeberler.az hesabata  istinadən məlumat verir ki, Mary Meeker-in  Code Conference-da paylaşdığı 213  səhifəlik hesabat son bir ilin ən önəmli hadisələrini qlobal iqtisadi vəziyyəti də əhatə edərək bu sahədəki gözləntiləri analiz edib.

Hesabatda diqqət çəkən məqamlar bunlardır:

İnternetin böyümə sürəti yerində sayır

İnternet istifadəçilərinin sayı ötən il 9 faiz artıb. Bu ilin göstəriciləri isə 2015 ilə eynidir.  Dünya miqyasında internet istifadəçilərinin sayının təxminən 3 milyard olduğunu deyən Meeker böyümə nisbətini Hindistana adi etməyib.

Qeyd edib ki, Hindistan  özü ayrılıqda nəhəng bir istisnadır və  ölkədə internet istifadəçilərinin sayı sürətlə artır.  2014-də 33 faiz böyümə nisbəti 2015-də 40 faizə qalxıb.   Hindistan 277 milyon internet  istifadəçisi ilə Çindən sonra dünyanın ən böyük ikinci internet bazarıdır. Qeyd edək ki, ötən il ikinci sırada ABŞ idi.

Ağıllı telefon istifadəsi də yavaşlayaraq artacaq

Ağıllı telefon istifadəçilərinin sayı 2015-də 21 faiz artıb, amma bu,  əvvəlki ilə nisbətən 31 faiz  geriləmə deməkdir.  2016-da isə  ağıllı telefon bazarı 10 faiz aşağı düşəcək.

Rəqəmsal reklam bazarını Google və Facebook böyüdür

Dünyanın ən böyük  rəqəmsal bazarı mobil  platformanın sayəsində sürətlə böyüyür. Masaüstü cihazların  5 faiz artma nisbətinə qarşılıq 66 faiz böyüyən mobil reklamlar bu sürəti Google və Facebook-a borcludur.

İki şirkətin bazarın böyüməsindəki payı 2015-dən bu yana 76 fazi artıb.

Dünya miqyasında reklamları əngəlləyən proqramların sayı isə  640 milyona çatıb

Reklam əngəlləyən proqramlardan istifadə edənlərin 440 milyonun illik 94 faizi mobildən gəlir

 E-ticarətin pərakəndə payı artmağa davam edir

Onlayn və offlayn arasındakı məsafə bu yüksəlişə bağlı olaraq daha qeyri-müəyyən hala gəlib

Qarşılıqlı liderlər

Populyar sosial media platformaları arasında Facebook qarşılıqlı liderlər baxımından rəqibləri arasında böyük fərq ilə öndədir. Onu ABŞ-da Snapchat və İnstagram izləyir.

Foto paylaşımı ilə Snapchat ilə partlayış edib

 Foto paylaşımı mövzusunda böyümədə bir müddətdir öndə olan  Snapchat-dır. Onu  Facebook və ona məxsus  İnstagram izləyir. Whatsapp və Messenger kimi servislər də bu kateqoriyada yer alıb.

Vizual, məzmun və ticarət sektoru

Ebay kimi ənənəvi  e-ticarət platformalarındansa, visual məzmunun yüksəlişini izləyən Pinterest, Houzz kimi platformalar e-ticarətlə gəlir gətirmək baxımından daha  bacarıqlı görünür.

Mesajlaşma platformaları ciddiləşir

Populyarlığını qoruyan mesajlaşma  tətbiqləri artıq ayrıca bir platforma halına gələrək şirkətlər üçün təqdim edilir.  

Səs yeni  interfeys halına gəlir

Nitqi tanıyan sitemlərin danışığı doğru tanıma nisbəti 99 faizə çatır.

 ABŞ yenidən avtomobil istehsalı bazarında lider ola bilər

Amerikalı istehsalçılarının 1950-ci ildən geriləyən avtomobil satışlarının sürücüsüz avtomobillərlə yüksələcəyinə işarə edir.

Çin hələ də nəhəng bir bazar  olaraq qalır

Çin internet bazarı, mesajlaşma platformalarında yaradılan gəlirlərin, e-ticarətə və Uber-ə oxşayan servislərdən onlayn reklamlara qadər bir çox fərqli yöndən ABŞ bazarına qatılır.

Hesabatı tam formada buradan əldə edə bilərsiniz.

 

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə