Bakı Dövlət Universitetində Azərbaycan Respublikasının Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Hibrid təhdidlərə qarşı mübarizədə transmilli internet korporasiyaları ilə iş” layihəsinin ilk tədbiri keçirilib.
Xeberler.az bildirir ki, layihənin məqsədi gənclər arasında kibertəhlükəsizliklə bağlı savadlılığı artırmaq, hibrid təhdidlərə qarşı mübarizə sahəsində dövlət və özəl sektor əməkdaşlığını gücləndirmək, həmçinin transmilli platformalarla qarşılıqlı əlaqələrin inkişafına dəstək verməkdir.
Tədbir zamanı Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin nümayəndəsi Elvin Balacanov kibertəhlükəsizlik sahəsində dövlətin həyata keçirdiyi tədbirlər və milli strategiyanın əsas istiqamətləri haqqında danışıb. Layihə rəhbəri hüquq üzrə fəlsəfə doktoru Təbriz Cəfərov hibrid təhdidlərin informasiya məkanında yaratdığı risklərdən və onlara qarşı mübarizənin hüquqi-praktik aspektlərindən bəhs edib.
Tədbirdə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı Ələkbər Əliyev qeyd edib ki, fakültədə kompüter elmləri, informatika müəllimliyi və informasiya təhlükəsizliyi üzrə yüksəkixtisaslı kadrlar hazırlanır. Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin məzunları Azərbaycanda, həmçinin müxtəlif ölkələrdə uğurla fəaliyyət göstərir, yüksək vəzifələrdə çalışırlar.
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) baş katibi Fidan Əhmədova AKTA-nın bu sahədə gördüyü işlər və maarifləndirici təşəbbüslər haqqında məlumat verib. AKTA ekspertləri Lalə Kərimova transmilli internet korporasiyalarının təhlükəsizlik standartları, Rəşad Əliyev isə texniki təhlükəsizlik standartları və kibergigiyena qaydaları haqqında çıxış ediblər.
Tədbir çərçivəsində tələbələr kibertəhlükəsizlik və hibrid təhdidlər üzrə mövcud risklərə qarşı effektiv yanaşmalar və texnoloji həllər barədə məlumatlandırılıblar.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.





Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları