Previous Next
Bağla

MilliNet 2025 müsabiqəsində 1-ci səsvermə mərhələsi başlayıb

07-11-2025 13:11
MilliNet 2025 müsabiqəsində 1-ci səsvermə mərhələsi başlayıb

Milli İnternet Mükafatı – MilliNet 2025 müsabiqəsində 1-ci səsvermə mərhələsi başlayıb.

MilliNet TK bildirir ki, bu gündən etibarən müsabiqəyə buraxılan resursların 1-ci mərhələ üzrə qiymətləndirilməsinə başlanıb.

Bu il qiymətləndirmə prosesinə onun daha keyfiyyətli aparılması üçün qeydiyyatın başa çatmasından öncə  başlanıb. Hazırda qeydiyyat davam edir və 15 noyabrda başa çatacaq.

İndiyədək müsabiqəyə 13 Nominasiya üzrə 92 resurs təqdim edilib. İndiyədək təqdim edilən rəqəmsal resurslardan  77-si müsabiqəyə qəbul edilib.

MilliNet Təşkilat Komitəsi bildirir ki, bu müddət ərzində layihələrini təqdim edənlər və müxtəlif problemlər səbəbindən MilliNet TK tərəfindən müsabiqəyə buraxılmayanlar 1-ci səsvermə müddəti bitənədək problemləri aradan qaldırıb yenidən müraciət edə bilərlər.

Hazırda MilliNet.az –da qeydiyyatdan keçən istifadəçilər yalnız müsabiqəyə qəbul edilən saytları bəyənməklə münasibət bildirə bilərlər.

Müsabiqə qaydalarına uyğun olaraq səsvermə 2 mərhələdə həyata keçirilir.

1-ci mərhələ qiymətləndirmə  prosesi  25 noyabr tarixədək davam edəcək. 

1-ci mərhələ səsvermənin nəticələrinə əsasən hər bir nominasiya üzrə nominantlar müəyyən olunacaq. Bu nominantlar arasından  2-ci mərhələ səsvermə nəticəsində qalib saytlar seçiləcək. 2-ci səsvermə prosesi noyabr ayının sonu  başlayacaq və dekabrın 10-dək yekunlaşacaq.

Bu il resurslar 15 münsif tərəfindən qiymətləndiriləcək. “İlin rəqəmsal siması”

Nominasiyası üzrə qalib MilliNet TK tərəfindən müəyyən olunacaq.

Münsiflərin 2-ci mərhələdə verdikləri qiymətlər təqdimat mərasimindən sonra açıqlanacaq.

Qaliblərə MilliNet-in ənənəvi mükafatları, noutbuklar, planşet və telefonlar, diplomlar təqdim ediləcək.  MilliNet2025-in yekun təqdimat mərasiminin dekabr ayında keçirilməsi nəzərdə tutulub.


Milli İnternet Mükafatına  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir.

Əsas tərəfdaşlar
 İnnovasiya və Rəqəmsal İnkişaf AgentliyiXüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətidir.

MilliNet-in Baş sponsoru CityNet şirkətidir.

Gold sponsorlar AzİnTelecom, Lenovo,  və Caspel şirkətləridir.

Sponsorlar B&B SECURITY,  KATV1, Alas Academy , ULTRA Technologies və Azərbaycan Texniki Universitetidir.

YODA, Mediatrends , NUKHALI  və hellojob.az MilliNet-in tərəfdaşlarıdır.

MilliNet-in media tərəfdaşları  Technote Media,  Xəbərlər.az və Techzone media resurslarıdır.

Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən MilliNet müsabiqəsinin keçirilməsində məqsəd ən yaxşı rəqəmsal resurslarımızı üzə çıxartmaq və tanıtmaq, rəqəmsal sektorda rəqabətli mühit formalaşdırmaq, Azərbaycanda internetin, informasiya texnologiyalarının və innovasiyaların, bütövlükdə rəqəmsal sektorun  inkişafına kömək etmək, rəqəmsal transformasiyanın daha da sürətlənməsinə dəstək verməkdən ibarətdir.

Bir daha bildirmək istərdik ki, rəqəmsal resurs sahibləri 15 noyabr tarixədək aşağıdakı istiqamətlər üzrə layihələrini MilliNet müsabiqəsinə təqdim edə bilərlər:

1. İlin e-ticarət həlli
2. İlin innovativ həlli
3. İlin rəqəmsal sosial resursu
4. İlin rəqəmsal maliyyə həlli
5. İlin rəqəmsal hökumət həlli
6. İlin rəqəmsal təhsil resursu
7. İlin rəqəmsal səhiyyə və sağlamlıq resursu
8. İlin rəqəmsal biznes həlli
9. İlin rəqəmsal marketinq həlli
10. İlin rəqəmsal oyunu
11. İlin informasiya resursu
12. İlin süni intellekt həlli
13. İlin rəqəmsal mədəniyyət və turizm həlli

Ətraflı məlumat üçün məlumat: www.millinet.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“MilliNet 2025”də rəqəmsal resursların qeydiyyatı başa çatıb

17-11-2025

MilliNet 2023-də rəqəmsal resursların qeydiyyatı başa çatıb

21-11-2023

"MilliNet2025"-ə start verildi

24-09-2025

MilliNet 2023 müsabiqəsində resursların qeydiyyat müddəti uzadılıb

17-11-2023

MilliNet2025 müsabiqəsinin nominantları seçilib

26-11-2025

MilliNet münsiflərinin yeni tərkibi təsdiqlənib

01-11-2023

MilliNet 2023-də yekun səsvermə başa çatıb

11-12-2023

MilliNet müsabiqəsində resursların qiymətləndirilməsi mexanizmləri müzakirə edilib

18-11-2023

Milli İnternet Mükafatının Nominantları seçilib

01-12-2023

MilliNet 2018-də internet resursların qeydiyyatı başa çatıb

22-11-2018

Milli Net 2015-də saytların qeydiyyatı başa çatıb

26-11-2015

Millinet 2016-da səsvermə başlayıb

01-12-2016

MilliNet 2018 müsabiqəsində internet resursların qeydiyyatı davam edir

19-11-2018

2025-ci ilin Milli İnternet Mükafatının qalibləri elan olunacaq

13-12-2025

MilliNet2017-də internet resursların qeydiyyatı davam edir

31-10-2017

MilliNet2025 müsabiqəsinə layihələrin qəbulu davam edir

05-11-2025

Milli Net 2015-də saytların qeydiyyatı bu gün başa çatır

25-11-2015

Milli Net 2012-də saytların qeydiyyatı başa çatıb

26-11-2012

Milli Net 2015-də saytların qeydiyyat müddəti 5 gün uzadılıb

20-11-2015

Milli İnternet Mükafatı müsabiqəsinə qeydiyyat davam edir

23-10-2023

MilliNet Müsabiqəsinə start verilir

06-10-2023

MilliNet2018-də yekun səsvermə başa çatıb

17-12-2018

Milli Net 2012-də saytların qeydiyyat müddəti 5 gün uzadılıb

19-11-2012

Milli Net 2015 müsabiqəsinə 236 layihə təqdim olunub

11-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə