Previous Next
Bağla

Adi vətəndaş vençur fonduna yatırım edə bilərmi? Osman Gündüz

27-10-2025 19:13
Adi vətəndaş vençur fonduna yatırım edə bilərmi? Osman Gündüz
"Adi vətəndaş vençur fonduna yatırım edə bilərmi?
 
Ötən dəfə Mərkəzi Bankın rəhbəri Taleh Kazımovun ekspertlərlə növbəti görüşündə ən kəskin müzakirə mövzusu bu məsələ oldu.
 
Mənim qaldırdığım məsələlərdən ən əsası da məhz bununla bağlı olub".
 
Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz məlumat verib.
 
Ekspert qeyd edib ki, vençur maliyyələşmə ilə bağlı vəziyyət qlobal hesabatlardan da görünür ki, ölkəmizdə ən aşağı səviyyədədir:
 
"Konkret desək on illərdir ki, bizdə vençur fondlar haqqında qanun qəbul edilə bilmir. Çoxsaylı qurumların çoxsaylı cəhdləri olub, amma hamısı uğursuz olub.
 
Son zamanlar Mərkəzi Bank bu istiqamətdə konkret addımlar atıb və artıq qanun layihəsinin başa çatmaqda olduğunu bildirib.
 
Elə ötən görüşdə Taleh müəllim məhz bu məsələ üzərində çox dayandı. Belə anladım ki, bank sektorunun tənzimləyici qurumu adi vətəndaşların bizim vençur fondlara yatırım etməsindən ehtiyatlanır".
 
Osman Gündüzün sözlərinə görə, Mərkəzi Bank yalnız peşəkar investorların vençur fondlara yatırım etməsinə imkan vermək niyyətindədir:
 
"Bununla bağlı adı çəkilən görüşdə xeyli diskussiya getdi.
 
Bizim təklifimiz belə oldu ki, əgər belədirsə, onda fondlar klassifikasiya olunsun və ilkin inkişaf mərhələsi keçirən startaplara yatırım edən, məhdud məbləğlərdə yatırımalr edən fondlara istənilən vətəndaşın sərmayə qoyması məqbul hesab edilsin.
 
Yəni, Fondların klassifikasiyası aparılsın – peşəkar investorlar üçün ayrıca, adi vətəndaşlar üçün isə məhdudiyyətli və maarifləndirici mexanizmlərlə fondlar yaradılsın.
 
Hansı ki, bu tip təcrübə qlobalda da yetərincədir.
 
Bununla da adi vətəndaşlar da ekosistemin bir hissəsinə çevrilə bilər, risklərini anlayaraq kiçik yatırımlarla innovasiyaya töhfə verə bilərlər.
 
Çünki vençur kapitalı təkcə peşəkar dairələrin deyil, bütün cəmiyyətin maraq göstərdiyi və gələcək qazanc potensialı olan bir sahədir".
 
Ekspert ümid edir ki, illərdir gecikən bu qanun Mərkəzi Bankın səyləri nəticəsində tezliklə qəbul ediləcək və ekosistemin güclənməsinə təkan verəcək.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Vençur maliyyələşmə haqqında qanun layihəsi yenidən gündəmdədir - Ekspert

Vençur maliyyələşmə haqqında qanun layihəsi yenidən gündəmdədir - Ekspert

24-07-2025
Ekspert: Vençur fondlar haqqında qanun nə zaman qəbul olunacaq?

Ekspert: Vençur fondlar haqqında qanun nə zaman qəbul olunacaq?

14-04-2022
Ekspert: Qlobal İnnovasiya İndeksində investisiya üzrə 14 pillə geriləmişik

Ekspert: Qlobal İnnovasiya İndeksində investisiya üzrə 14 pillə geriləmişik

22-09-2025
Ekspert: Azərbaycanın startap ekosisteminin vəziyyəti düşündürücüdür

Ekspert: Azərbaycanın startap ekosisteminin vəziyyəti düşündürücüdür

22-08-2025
Vençur fondların inkişafı nə üçün ləngiyir?

Vençur fondların inkişafı nə üçün ləngiyir?

09-09-2015
10 milyondan çox büdcəsi olan vençur fond sabah təqdim ediləcək

10 milyondan çox büdcəsi olan vençur fond sabah təqdim ediləcək

28-11-2022
"Vençur maliyyələşməsi ilə bağlı qanunvericilikdə hər hansı bənd yoxdur"

"Vençur maliyyələşməsi ilə bağlı qanunvericilikdə hər hansı bənd yoxdur"

29-11-2022
Osman Gündüz: Nə üçün bizim startaplar investisiya ala bilmir?

Osman Gündüz: Nə üçün bizim startaplar investisiya ala bilmir?

02-08-2021
Mərkəzi Bank Azərbaycanın ilk qanuni kriptovalyutasını nə üçün ləğv edib?

Mərkəzi Bank Azərbaycanın ilk qanuni kriptovalyutasını nə üçün ləğv edib?

04-08-2025
Mərkəzi Bankın sədri Taleh Kazımov ötən gün Fintex Assosiasiyasının nümayəndələri ilə növbəti görüş keçirib

Mərkəzi Bankın sədri Taleh Kazımov ötən gün Fintex Assosiasiyasının nümayəndələri ilə növbəti görüş keçirib

04-11-2023
Yeni yaradılan şirkətlərə 1,1 milyard dollar investisiya yatırılıb

Yeni yaradılan şirkətlərə 1,1 milyard dollar investisiya yatırılıb

28-10-2015
Ekspert: İşçi Qrupunun iclasında cari ilin Hesabatı haqqında heç nə açıqlanmayıb

Ekspert: İşçi Qrupunun iclasında cari ilin Hesabatı haqqında heç nə açıqlanmayıb

05-02-2025
Azərbaycanın ilk vençur fondunun – Caucasus Ventures-in bank hesabları bağlanıbmı ?

Azərbaycanın ilk vençur fondunun – Caucasus Ventures-in bank hesabları bağlanıbmı ?

21-06-2024
2-ci vençur fondun məqsədləri açıqlanıb

2-ci vençur fondun məqsədləri açıqlanıb

06-03-2023
Vençur maliyyələşmə şirkətinin təsis edilməsinə dair müqavilə imzalanıb

Vençur maliyyələşmə şirkətinin təsis edilməsinə dair müqavilə imzalanıb

29-09-2025
İRİA nə zaman ötən ilin hesabatını verəcək?

İRİA nə zaman ötən ilin hesabatını verəcək?

13-02-2024
"Caucasus Ventures" fondu neçə startapa yatırım edib?

"Caucasus Ventures" fondu neçə startapa yatırım edib?

04-05-2023
Ekspert:Mərkəzi Bankdan daha konkret və daha innovativ mesajlar gözləyirdik

Ekspert:Mərkəzi Bankdan daha konkret və daha innovativ mesajlar gözləyirdik

16-06-2022
Dövlət vəsaiti ilə qurulan fond: PR, yoxsa real dəstək? - Osman Gündüz

Dövlət vəsaiti ilə qurulan fond: PR, yoxsa real dəstək? - Osman Gündüz

03-09-2025
Ekspert: Uzun illər boyu qəbul edilməyən hüquqi aktlar bu il də qəbul edilmədi

Ekspert: Uzun illər boyu qəbul edilməyən hüquqi aktlar bu il də qəbul edilmədi

29-12-2020
Vençur fondları və kraudfandinq üçün hüquqi baza yaradılacaq

Vençur fondları və kraudfandinq üçün hüquqi baza yaradılacaq

09-06-2026
Ekspert: Startap Meyarlarının təsdiqlənməsi nəyi dəyişəcək?

Ekspert: Startap Meyarlarının təsdiqlənməsi nəyi dəyişəcək?

11-02-2021
Azərbaycanda startaplara edilən investisiyalar gizli saxlanılır-Ekspert

Azərbaycanda startaplara edilən investisiyalar gizli saxlanılır-Ekspert

05-06-2023
İRİA: "Startapların maliyyəyə əlçatanlığında çətinliklər var"

İRİA: "Startapların maliyyəyə əlçatanlığında çətinliklər var"

02-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə