Oktyabrın 23-də Xankəndidəki Qarabağ Universitetində “Yaşıl şəbəkə: elmi innovasiya platforması” layihəsinin rəsmi açılışı olub. Layihənin əsas məqsədi təhsil sistemində “yaşıl elmin” inteqrasiyasını genişləndirməklə elmi innovasiyaların inkişafına və ekoloji dayanıqlılığa töhfə verməkdir.
Xeberler.az bildirir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci ildə elan etdiyi “Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi, mina və itkinlər problemi” mövzusunda qrant müsabiqəsi çərçivəsində həyata keçirilir. Layihə “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının birgə tərəfdaşlığı ilə icra olunur. Tədbirdə Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin və Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin rəsmi şəxsləri iştirak ediblər. Tədbirdə çıxış edənlər Qarabağ və Şərqi Zəngəzurda aparılan tikinti-quruculuq işləri və yaşıl enerji layihələrindən danışıblar.
Elm və biznes sektorunda innovasiyaya əsaslanan “yaşıl keçid”i dəstəkləyən təşəbbüs kimi layihə “Yaşıl elm” icmasının üzvlərinin şəbəkələşməsi, resurs mübadiləsi, mentorluq və təcrübə paylaşımı üçün onlayn əməkdaşlıq platformasının yaradılmasını nəzərdə tutur.
İki gün davam edəcək elmi-praktik konfransın məqsədi Qarabağ bölgəsinin ekoloji vəziyyətinə, ekoterrorizm, iqlim dəyişiklikləri, ərzaq təhlükəsizliyi, sağlamlıq və enerji problemlərinə elmi yanaşmanı təşviq etmək, həmçinin bu istiqamətdə tədqiqat və innovasiyaları dəstəkləməkdir.
Tədbir çərçivəsində, COP 29 konfransı ərəfəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə hazırlanmış “İqlim dəyişikliklərinin həlli yolları: beynəlxalq əməkdaşlıq və elmi kommunikasiya” adlı nəşr Qarabağ Universitetinə hədiyyə olunub.
Konfransda iqlim dəyişiklikləri və ətraf mühitin qorunması mövzusunda maarifləndirici videomateriallar nümayiş etdirilib. Növbəti gün Türkiyə və Çin ekspertlərinin iştirakı ilə bitkilərin mühafizəsi mövzusunda müzakirələr və master-klaslar təşkil ediləcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları