2023-cü ildən etibarən “Elektron Epikriz” səhiyyə işçiləri üçün əlçatandır

25-02-2023 / 21:58

Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş səhiyyənin transformasiyası təşəbbüsü çərçivəsində və rəqəmsal sağlamlıq vasitələrinin tətbiqinin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən Vahid Səhiyyə İnformasiya sisteminin “Elektron Epikriz” altsistemi hazırlanıb.

Xeberler.az Səhiyyə Nazirliyinə istinadən bildirir ki, 2023-cü ildən etibarən “Elektron Epikriz” səhiyyə işçiləri üçün əlçatandır və göstərilən tibbi xidmətlərin effektiv informasiya dəstəyi və keyfiyyətinin artırılması üçün nəzərdə tutulub. Sistem vətəndaşların xəstəlik tarixlərindən çıxarışların vahid elektron reyestrinin yaradılması, aparılması və saxlanılmasını təmin etməklə məlumat sorğuları əsasında fərdi tibbi məlumatların axtarışını və verilməsini standartlaşdırmağa imkan verir. Bu həmçinin tibb işçilərinin işini xeyli asanlaşdıracaq, rutin kağız işini avtomatlaşdıracaq və xəstəliklə bağlı retrospektiv məlumatların olmaması səbəbindən həkim səhvi ehtimalını minimuma endirəcək.

Elektron epikriz həkimin gücləndirilmiş elektron imzası ilə təsdiqlənir və tezliklə vətəndaşların “e-Səhiyyə” şəxsi kabinetində və mobil tətbiqində istifadəyə veriləcək. Çap edilmiş sənədin həqiqiliyini üzərindəki QR-kodu vasitəsilə yoxlamaq mümkündür.

Ölkənin səhiyyə praktikasına “Elektron epikriz” altsisteminin tətbiqi tibbi yardımın göstərilməsinin informasiya təminatının təkmilləşdirilməsi istiqamətində mühüm addımdır. Rəqəmsal səhiyyənin vahid platformasına mərhələli keçid prosesində elektron epikriz tibbi məlumatların rəqəmsal ekosisteminin ayrılmaz hissəsinə çevriləcək. Həmin məlumatların əsasında rəqəmsal tibbi statistika, həkim qərarların qəbuluna dəstək sistemlərini qurmaq imkanı, o cümlədən süni intellekt texnologiyalarının istifadəsi və sənayedə idarəetmə qərarlarının həyata keçirilməsi üçün analitikanın qurulmasında mühüm rol oynayacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə