Previous Next
Bağla

Azərbaycanda e- səhiyyə ilə bağlı hansı problemlər var?

26-01-2018 10:38
Azərbaycanda e- səhiyyə ilə bağlı hansı problemlər var?

Hazırda bütün dünyada səhiyyə sisteminin informasiyalaşdırılması prosesi gedir. Belə ki, dünya dövlətlərinin yarısından çoxu Dünya Səhiyyə Təşkilatı (DST) və Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən təklif olunan metodikaya əsaslanaraq bu istiqamətdə fəaliyyət göstərir.

Məlumdur ki, istənilən beynəlxalq innovativ proqramın konkret ölkədə reallaşdırılması milli xüsusiyyətləri nəzərə alan modelin seçilməsinə əsaslanır. Bu baxımdan elektron tibb sahəsində artıq zəngin dünya təcrübəsi mövcud olmasa da, hər bir ölkənin özünəməxsus modeli hazırlanıb. Bu modellər ölkədəki səhiyyənin inkişaf səviyyəsi, təşkili və maliyyələşdirilməsi prinsiplərindən asılıdır. E-tibb sisteminin yaradılmasında həlledici rol dövlətə məxsusdur.

İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) praktiki tibbə tətbiqi dünyanın müxtəlif ölkələrində e-səhiyyənin inkişafı üzrə dövlət proqramları və təşəbbüslərin reallaşdırılmasına əsaslanır. Bu proqram və təşəbbüslərdə elektron sənəd dövriyyəsinin təşkili, vətəndaşa məxsus elektron tibb kartının aktual vəziyyətdə saxlanılması, teletibbin və əhalinin sağlamlıq vəziyyətinin monitorinqi sisteminin inkişafı, İnternet resurslarının yaradılması, göstərilən tibbi xidmətin fərdiləşdirilmiş uçotu və s. nəzərdə tutulur.

Xeberler.az bildirir ki, bu barədə  Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova ətraflı məlumat verib.

Onun sözlərinə görə, Avropa Birliyi tərəfindən maliyyələşdirilən “E-səhiyyə üzrə Fəaliyyət Planı 2012–2020: 21-ci əsrin innovativ səhiyyəsi” proqramı milli və transmilli səviyyədə İKT həllərini nəzərdə tutur:

“ABŞ-da elektron hökumət çərçivəsində “Tibb seqmentinin formalaşması üzrə kompleks proqram” və Kanadada “Vahid e-tibb sisteminin qurulması proqramı” həyata keçirilir. Bu proqramlar çərçivəsində həmin ölkələrdə elektron sağlamlıq pasportu (kartı), fərdiləşdirilmiş tibbi xidmətlər, e-tibbin İKT infrastrukturu, elektron sənəd dövriyyəsi, teletibb, sorğu tipli məlumatlar və təsnifatların vahid reyestrinin yaradılması və s. istiqamətlərdə işlər aparılır. Eyni zamanda, bu ölkələrin hər birində e-tibb sahəsində strategiyalar işlənib və ya hazırlanmaqdadır. Belə ki, DST-nin Avropa regionuna daxil olan 53 üzv ölkəsinin 70 faizində e-səhiyyə üzrə milli siyasət və ya strategiya mövcuddur”.

Məsumə Məmmədova  qeyd edib ki, Azərbaycanda bu gün tibbin informasiyalaşdırılmasına dair ayrıca konseptual və strateji sənədlər mövcud deyil:

“Səhiyyənin informasiyalaşdırılması prosesləri “Elektron Azərbaycan (2003–2008-ci illər)”, “Elektron Azərbaycan (2010–2012-ci illər)” Dövlət proqramları əsasında həyata keçirilib. Hazırda “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014–2020-ci illər üçün Milli Strategiya”, “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” və digər konseptual sənədlər əsasında bu proses davam etdirilir. Bu proqramlar və ayrı-ayrı layihələr çərçivəsində ölkədə elektron sağlamlıq kartının (ESK) (yeni doğulmuş uşaqlara verilir) tətbiqi, nümunəvi tibbi informasiya sistemlərinin (TİS) işlənilməsi, tibbi müayinə kartının onlayn sifarişi, sorğu tipli məlumatlar və təsnifatların reyestrinin yaradılması və s. istiqamətlərdə işlər aparılır. Azərbaycanda elektron səhiyyənin inkişafı ilə bağlı 2010-cu ilin mayındaSəhiyyə Nazirliyinin nəzdində Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi yaradılıb. Mərkəz əhalinin sağlamlığının monitorinqi üzrə milli mərkəz funksiyalarını və səhiyyə sistemində informasiyalaşdırılma məsələləri üzrə ümumi əlaqələndirmə və nəzarət işini həyata keçirir”.

O, həmçinin bildirib ki, İKT-nin Azərbaycan tibb sferasına tətbiqi prosesində bir sıra texniki və təşkilati xarakterli problemlər müşahidə olunur. Biznes proseslərinin böyük hissəsinin informasiyalaşdırıldığı və lokal məlumat bazalarının yaradıldığı ayrı-ayrı klinikalar mövcuddur. Həmin səhiyyə ocaqlarında pasiyentlərlə bağlı məlumatlar rəqəmsal yolla mübadilə olunur. Lakin tətbiq olunan tibbi informasiya sistemləri müxtəlif informasiya texnologiyaları şirkətlərinin məhsulları olub, bir-biri ilə uzlaşmırlar və təbii olaraq e-səhiyyənin qurulması üzrə vahid yanaşma çərçivəsində öz aralarında məlumat mübadiləsini apara bilmir:

“Səhiyyə müəssisələri tibbi proqram təminatını özləri əldə edə bildiklərinə görə uyğunsuzluq problemləri daim arta bilər. Məlumatın toplanması, emalı və saxlanmasına dair vahid metodoloji yanaşma və infrastrukturun olmaması, informasiyalaşdırılmanın sistemsizliyi ölkəmizdə səhiyyə sisteminin vəziyyətini dəqiq qiymətləndirməyə imkan vermir. Digər tərəfdən, Azərbaycanda Milli Strategiyaya müvafiq olaraq e-səhiyyənin formalaşmasına dair ciddi məsələlər qoyulub. Bu məsələlərin həllinə nail olmaq üçün bütün tibbi personalın, tibbi müəssisələrin etibarlı, təhlükəsiz genişzolaqlı şəbəkəyə qoşulmasını təmin edən Milli Səhiyyə şəbəkəsinin yaradılması və inkişaf etdirilməsi, ESK sisteminin inkişaf etdirilməsi və bütün yaş qruplarının onunla təmin olunması, TİS-in tətbiqinin genişləndirilməsi və elektron sağlamlıq sistemi ilə əlaqələndirilməsi, ümumi istifadə üçün tibbi resursların yaradılması, telesəhiyyənin inkişaf etdirilməsi, tibb işçilərinin İKT biliklərinin artırılmasının stimullaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”.

O xatırladım ki, Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə əsas prioritetlər sırasına “İnteqrasiya edilmiş fasiləsiz elektron səhiyyə infrastrukturunun yaradılması” daxildir:

“Bu infrastrukturun əsas tərkib hissəsi olaraq hazırlanacaq səhiyyə informasiya sistemi özündə e-səhiyyə məlumatları, elektron qeydiyyat, rəqəmsal təsvirlər və elektron resept komponentlərini birləşdirəcək”.

Xeberler.az

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron səhiyyə ilə bağlı seminar keçirilib

05-04-2019

2023-cü ildən etibarən “Elektron Epikriz” səhiyyə işçiləri üçün əlçatandır

25-02-2023

Azərbaycanın elektron səhiyyə sahəsində yenilik

09-12-2015

Tibbi arayışların verilməsi ilə bağlı elektron registr yaradılıb

22-12-2014

“Elektron tibb e-elmin tərkib hissəsidir”

16-05-2016

Süni intellekt tibdə yeni imkanlar yaradır

06-05-2026

"Elektron Səhiyyə" internet portalı yenilənib

28-02-2011

İsrail ilə səhiyyə sisteminin elektronlaşdırılması müzakirə edilib

11-04-2025

Naxçıvanda e-səhiyyə sistemi qurulur

04-11-2025

Səhiyyə sahəsində rəqəmsal qeydiyyat sistemi yaradılacaq

30-12-2016

“Elektron resept tibbi məlumatlara əlçatanlığı təmin edəcək”

17-01-2024

“Səhiyyə sisteminin transformasiyası çərçivəsində əczaçılıq sektorunun rəqəmsallaşdırılması” layihəsi təqdim edilib

16-01-2024

“Həkim axtarışı” - yeni xidmət yaradılır

13-02-2015

Azərbaycanda 20 həkimə 1 kompüter düşür

19-05-2015

Azərbaycanda xəstəlik vərəqələri elektron veriləcək

04-04-2023

Elektron Səhiyyə Mərkəzinə 31 minə yaxın müraciət edilib

27-12-2015

Elektron sağlamlıq kartlarının sayı 13 faizdən çox artıb

03-07-2015

Səhiyyədə 25 xidmət elektronlaşacaq

12-03-2013

Bir həftə ərzində 1730 elektron xəstəlik vərəqi imzalanıb

07-05-2025

Səhiyyə müəssisələrinin elektron poçt xidməti vahid domendə birləşdi

09-03-2011

Azərbaycanda verilən e-kartların sayı 15 faizə yaxın artıb

01-01-2016

1 milyon körpəyə elektron sağlamlıq kartı verilib

20-05-2015

Azərbaycanda elektron sağlamlıq kartlarının verilməsi dayandırılır

01-07-2021

Kibertəhlükəsizliyə Nəzarət və Monitorinq Mərkəzi fəaliyyətə başlayıb

29-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə