Previous Next
Bağla

Bakıda təcili tibbi yardım xidməti sistemində yenilik edilir

08-09-2016 13:25
Bakıda təcili tibbi yardım xidməti sistemində yenilik edilir

Xəstə haqda məlumatlar həkimin Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Təcili tibbi yardımın keyfiyyətini artırmaq və bəzi nöqsanları aradan qaldırmaq məqsədi ilə təcili tibbi yardım stansiyasına zəng edən şəxsin həmin an yerləşdiyi məkanın dəqiq təyin edilməsi sistemini yaratmağı nəzərdə tutub.

Bu barədə Xeberler.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bunun köməyi ilə ünvanın dəqiqləşdirilməsinə sərf olunan vaxta qənaət olunacaq və yalançı çağırışların qarşısı alınacaq.

Çağırışın dəqiq ünvanı, adına çağırış verilən şəxs haqqında bütün məlumatlar elektron sistem vasitəsilə dərhal həkimin planşetinə ötürüləcək. Həmin məlumatlar əsasında həkim hətta yolda olarkən xəstə ilə bağlı ətraflı məlumatları əldə edə biləcək. Bu, da vaxt itkisinin qarşını almağa və təcili tibbi yardımın keyfiyyətinin yüksəlməsinə imkan verəcək.

Yeni naviqasiya sistemi nəzərdə tutulmuşdur ki, bu məqsədlə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə müraciət olunub.

Yeni elektron sistem gələcəkdə yaradılması nəzərdə tutulmuş icbari tibbi sığortanın tətbiqi zamanı məlumatların ötürülməsinə şərait yaradacaq. Səhiyyə Nazirliyi tərəfindən hər bir vətəndaş üçün yaradılması nəzərdə tutulan elektron səhiyyə kartında vətəndaşın təcili yardıma nə zaman müraciət etməsi, hansı diaqnozla müalicə alması barəsində məlumatlar toplanacaq. İstənilən tibb müəssisəsinə müraciət etdiyi halda vətəndaşa məxsus kod nömrəsini və ya şəxsiyyət vəsiqəsinin nömrəsini sistemə daxil etməklə həmin şəxsin sağlamlığı barədə məlumat əldə etmək mümkün olacaq.

 

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Səhiyyə Nazirliyi yeni naviqasiya sistemi hazırlayır

11-10-2016

Təcili tibbi yardım maşınlarına kameralar quraşdırılacaq

06-01-2017

Təcili tibbi yardımı rəqəmsallaşdıracaq platforma yaradılır

19-12-2025

Pilotsuz mobil poliklinika

27-06-2017

Tibbi sənədlərin qeydiyyatı elektronlaşdırılır

20-02-2023

Mənim online həkimim - Azərbaycanda

27-02-2013

Tibbi arayışların verilməsi ilə bağlı elektron registr yaradılıb

22-12-2014

2023-cü ildən etibarən “Elektron Epikriz” səhiyyə işçiləri üçün əlçatandır

25-02-2023

Təcili tibbi yardım dronları istifadəyə veriləcək

16-09-2019

İsrail ilə səhiyyə sisteminin elektronlaşdırılması müzakirə edilib

11-04-2025

1 milyon körpəyə elektron sağlamlıq kartı verilib

20-05-2015

“E-təbib” mobil tətbiqi vasitəsilə təcili yardım çağırmaq mümkün olacaq

17-10-2024

“Həkim axtarışı” - yeni xidmət yaradılır

13-02-2015

Elektron Səhiyyə Mərkəzinə 31 minə yaxın müraciət edilib

27-12-2015

Naxçıvanda e-səhiyyə sistemi qurulur

04-11-2025

Şirvanda silah zavodunda partlayış olub-Yenilənib

26-07-2016

Ən axsaq yerimiz səhiyyə sistemidir

19-12-2020

Tibb müəssisələrində İKT infrastrukturunun qurulması davam edir

20-08-2019

“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub

07-07-2025

Əlillik dərəcəsi elektron qaydada necə qiymətləndirilir?

02-08-2017

“mygov”da tibbi məlumatlara çıxış imkanları genişlənib

30-05-2025

Nazirlik: Bütün tibbi qeydiyyat sənədləri elektronlaşdırılacaq

18-12-2024

Ekspert: Səhiyyə sistemi nə dərəcədə rəqəmsallaşıb ?

09-12-2019

"Elektron Səhiyyə" internet portalı yenilənib

28-02-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə