Previous Next
Bağla

İndiyədək vətəndaşlara elektron qaydada verilmiş tibbi arayışların sayı açıqlanıb

17-09-2024 11:29
İndiyədək vətəndaşlara elektron qaydada verilmiş tibbi arayışların sayı açıqlanıb

“Vətəndaşlara elektron sağlamlıq kartı üzrə məlumatların verilməsi” elektron xidmətinə 2023-cü ildə 10 min 477, cari ilin iki rübündə isə 5 min 540 vətəndaş müraciət edib.

Xeberler.az bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən məlumat verilib. Bildirilib ki, “Vətəndaşlara elektron sağlamlıq kartı üzrə məlumatın verilməsi” elektron xidməti Elektron Səhiyyə portalı üzərindən vətəndaşlara təqdim edilir.

“Vətəndaşlar xidmətə müraciət etmək üçün www.e-health.gov.az portalı və ya Elektron Səhiyyə mobil tətbiqindən “ASAN Login” vasitəsilə daxil olduqdan sonra müvafiq xidmətə keçid edirlər. Bu elektron xidmət üzrə vətəndaşlar elektron formada təqdim edilən analizlər, peyvəndlər, dispanser müşahidələr, tibb müəssisələrinə gəlişlər, reseptlər barədə tibbi məlumatlarını izləyə bilirlər.

Hazırda digər qurumlar tərəfindən işlənilən məlumatların sistemə inteqrasiyası prosesi davam edir. Bu səbəbdən də məlumatların bir qismi sistemdə tam şəkildə əks olunmur. Eləcə də, reseptlər bölməsində indiki mərhələdə yalnız imtiyazlı pasiyentlərə yazılan reseptlər əks olunur. İnteqrasiya prosesi tam başa çatdıqdan sonra vətəndaşların istər özəl, istərsə də dövlət tibb müəssisələri tərəfindən hazırlanan məlumatları müvafiq elektron xidmət vasitəsilə əlçatan olacaq”, - deyə məlumatda qeyd edilib.

Həmçinin bildirilib ki, vətəndaşlara tibbi arayışlar müvafiq qurumlar tərəfindən təqdim edildikdən sonra elektron qaydada sistemdə əks olunur. Tibbi arayış xidmətinin tətbiq olunduğu 2015-2016-cı ildən bu günədək 506 min 910 nəfərə 965 min 721 “Forma 88”, 311 min 955 nəfərə 344 min 005 “Forma 86”, 918 min 939 nəfərə 1 milyon 58 min 35 “Forma 83”, 1 milyon 920 min 528 nəfərə “Forma 103” (doğum haqqında tibbi şəhadətnamə), 294 min 816 nəfər üçün “Forma 106” (ölüm haqında tibbi şəhadətnamə), 19 min 967 nəfər üçün “Forma 106/2” (perinatal ölüm) tibbi arayışları təqdim edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda verilən elektron sağlamlıq kartlarının sayı açıqlandı

Azərbaycanda verilən elektron sağlamlıq kartlarının sayı açıqlandı

18-10-2016
Tibbi arayışların verilməsi ilə bağlı elektron registr yaradılıb

Tibbi arayışların verilməsi ilə bağlı elektron registr yaradılıb

22-12-2014
Azərbaycanda 900 mindən çox elektron sağlamlıq kartı verilib

Azərbaycanda 900 mindən çox elektron sağlamlıq kartı verilib

13-08-2015
Bu arayışlar elektron formada olacaq- Siyahı

Bu arayışlar elektron formada olacaq- Siyahı

31-01-2015
Azərbaycanda nə qədər elektron sağlamlıq kartı verilib?

Azərbaycanda nə qədər elektron sağlamlıq kartı verilib?

04-05-2017
“Həkim axtarışı” - yeni xidmət yaradılır

“Həkim axtarışı” - yeni xidmət yaradılır

13-02-2015
Elektron sağlamlıq kartlarının sayı 13 faizdən çox artıb

Elektron sağlamlıq kartlarının sayı 13 faizdən çox artıb

03-07-2015
"Elektron Səhiyyə" internet portalı yenilənib

"Elektron Səhiyyə" internet portalı yenilənib

28-02-2011
Bütün tibb müəssisələri elektron resept sisteminə keçid edəcək

Bütün tibb müəssisələri elektron resept sisteminə keçid edəcək

05-02-2025
Elektron Səhiyyə Mərkəzinə 31 minə yaxın  müraciət edilib

Elektron Səhiyyə Mərkəzinə 31 minə yaxın müraciət edilib

27-12-2015
Azərbaycanda elektron sağlamlıq kartlarının verilməsi dayandırılır

Azərbaycanda elektron sağlamlıq kartlarının verilməsi dayandırılır

01-07-2021
Ötən il TƏBİB-in Çağrı Mərkəzinə 100 mindən çox zəng daxil olub

Ötən il TƏBİB-in Çağrı Mərkəzinə 100 mindən çox zəng daxil olub

17-01-2025
Azərbaycanda verilən e-kartların sayı 15 faizə yaxın artıb

Azərbaycanda verilən e-kartların sayı 15 faizə yaxın artıb

01-01-2016
Bu e-xidmətə 1 ayda 59 mindən çox müraciət olunub

Bu e-xidmətə 1 ayda 59 mindən çox müraciət olunub

13-06-2018
İcbari Tibbi Sığorta üzrə elektron xidmət “myGov”a inteqrasiya olunub

İcbari Tibbi Sığorta üzrə elektron xidmət “myGov”a inteqrasiya olunub

21-02-2020
Səhiyyədə 25 xidmət elektronlaşacaq

Səhiyyədə 25 xidmət elektronlaşacaq

12-03-2013
Nazirliyin e-xidmətlərinə 6 milyondan çox müraciət olub

Nazirliyin e-xidmətlərinə 6 milyondan çox müraciət olub

20-09-2017
Daha 3 tibbi məlumat “mygov” platformasına inteqrasiya olunub

Daha 3 tibbi məlumat “mygov” platformasına inteqrasiya olunub

23-07-2025
e-sosial portalının aktiv istifadəçilərinin sayında artıb

e-sosial portalının aktiv istifadəçilərinin sayında artıb

23-07-2020
Sağlamlıq haqqında tibbi arayışlar məktəbəqədər təhsil müəssisələrinin elektron sisteminə inteqrasiya olunur

Sağlamlıq haqqında tibbi arayışlar məktəbəqədər təhsil müəssisələrinin elektron sisteminə inteqrasiya olunur

12-02-2025
Elektron tibbi arayış xidmətinin təqdimatı keçirildi

Elektron tibbi arayış xidmətinin təqdimatı keçirildi

26-04-2024
İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

26-04-2024
2023-cü ildən etibarən “Elektron Epikriz” səhiyyə işçiləri üçün əlçatandır

2023-cü ildən etibarən “Elektron Epikriz” səhiyyə işçiləri üçün əlçatandır

25-02-2023
1 milyon körpəyə elektron sağlamlıq kartı verilib

1 milyon körpəyə elektron sağlamlıq kartı verilib

20-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə