Previous Next
Bağla

“Azercell Hackathon 2022” yarışması başa çatdı!

27-01-2022 11:41
“Azercell Hackathon 2022” yarışması başa çatdı!

“Azercell Telekom” MMC-nin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Azercell Hackathon 2022" yarışması 25 yanvar tarixində başa çatıb. “Hackathon”da müxtəlif bacarıqlara malik, innovativ düşüncəli və potensiallı gənclər təqdim edilən texnoloji tapşırıqların ən uğurlu həllinin tapılması istiqamətində yarışıblar. “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədini əsas tutan Azercell Telekom müsabiqə vasitəsilə proqramçı gənclərin rəqabət şəraitində biliklərini yoxlamasına, özünü tanıtmasına, müxtəlif proqram, innovativ məhsul və xidmətlərin meydana gəlməsinə şərait yaradır.

22-23 yanvar tarixlərində keçirilən “Azercell Hackathon 2022” müsabiqəsində 36 nəfərdən ibarət 12 komanda iştirak edib. Tədbirin açılışından sonra komandalar onlara verilən tapşırıqlar üzərində işləməyə başlayıblar. “Hackathon”boyunca iştirakçılara Azercell-in peşəkar İnformasiya Texnologiyaları və İnsan Kapitalı komandaları dəstək olub.

Qeyd edək ki, bu yarışmada iştirak üçün 30-dan çox komanda müraciət edib, ilkin mərhələdə onlardan 12-si seçimdən uğurla keçərək müsabiqəyə vəsiqə qazanıb. 23 yanvar tarixində müsabiqəyə ayrılan vaxtın sonunda iştirakçılar tapşırıqlara uyğun hazırladıqları texnoloji həlli təqdim ediblər.

Yarışmanın yekun mərhələsi yanvarın 25-də ADA Universitetində baş tutub. Final zamanı iştirakçı komandalar yekun təqdimatları ilə münsiflər qarşısında çıxış ediblər. Tapşırıqları tələb olunan meyarlara uyğun şəkildə və ən yüksək nəticə ilə yerinə yetirən komandalar qalib elan olunublar.

Nəticələrə əsasən “Azercell Hackathon 2022” yarışmasında 1-ci yerə “Enigma”, 2-ci yerə “Fayda”, 3-cü yeriə isə “Code Geass” komandası layiq görülüb. Qaliblərə tutduqları yerlərə müvafiq olaraq 3000 AZN, 1500 AZN dəyərində pul mükafatı və qiymətli hədiyyələr təqdim olunub.

Mükafatlandırma tədbirində təşkilati dəstəyi ADA Universiteti göstərib.

“Azercell Telekom “MMC qalibləri təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır.

Şirkət gənclərin elmə, təhsilə, innovativ yanaşmaya, texnologiyalara və rəqabətədavamlı biliklərə yiyələnməsinə hər zaman xüsusi önəm verir və  bu istiqamətdə təşəbbüs və layihələri davam etdirəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Azercell Hackathon 2022" müsabiqəsinə qeydiyyat başlayıb

12-01-2022

Azercell “CyberCell Hackathon”a start verir

18-10-2025

Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Yarışması 2025”in final mərhələsi keçirildi

17-04-2025

TechFall 2016 Hackathon layihəsinin qalibi açıqlandı

09-11-2016

Barama FinTech Hackathon yarışmasının nəticələri açıqlandı

29-11-2018

Azercell “CyberCell Hackathon” müsabiqəsinin qaliblərini elan edib

31-10-2025

Hackathon-un qalibləri bəlli oldu

01-11-2018

Proqramçıların sevimli müsabiqəsi başlayır

08-11-2018

Proqramçılar yarışa çıxır

26-10-2018

Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub

14-04-2026

Azercell-dən gənc İT mütəxəssislərinə dəstək

22-07-2019

AZCLOUD Hackathon 2019 müsabiqəsinə start verilir

27-08-2019

"SmartSolutions Hackathon 2026" sabah start götürür

09-04-2026

"Gələcək üçün kodlaşdır" hakatonunun qalibləri mükafatlandırıldı

17-03-2023

AZCLOUD Hackathon 2019-un iştirakçılarının adları açıqlanacaq

07-08-2019

Proqramçılar üçün yarış elan edilib

23-10-2017

“AZCLOUD Hackathon 2019” müsabiqəsinə qeydiyyat başlayıb

02-07-2019

Hackathon müsabiqəsinin qalibləri mükafatlandırıldı

15-03-2019

Azercell-in dəstəyilə həyata keçirilən “Techcell” hakatonu başa çatdı

05-06-2024

Azercell daha bir bilik yarışmasına dəstək oldu

10-12-2015

TechFall 2016 Hackathon yarışmasına qeydiyyat başladı

18-10-2016

Azcloud Hackathon 2019 müsabiqəsi başa çatıb

01-09-2019

3D oyun müsabiqəsinin qalibləri açıqlanacaq

08-01-2018

Hackathon-AzIn 2018 müsabiqəsinə start verilib

30-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə