Previous Next
Bağla

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AZCLOUD Hackathon 2019" müsabiqəsini təşkil edir.

01-07-2019 10:43
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AZCLOUD Hackathon 2019" müsabiqəsini təşkil edir.

Xeberler.az bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən təşkil olunan və “R.I.S.K Company”, “Azərcell Telekom”, “TrendMicro” və “Bestcomp Group” şirkətlərinin sponsorluğu keçirilən ilə “AZCLOUD Hackathon 2019" müsabiqəsini təşkil edir.

Bu müsabiqə zamanı iştirakçılar təxminən 48-72 saat müddətində verilən tapşırıq üzərində işləyərək onu təqdim etmək üçün bir araya gələcəklər. Həmçinin, bu yarışmada iştirak bir çox mütəxəssislər üçün özünü tanıtmaq, layihəsini təqdim etmək, eləcə də, investor və şirkətlər üçün istedadlı gəncləri öz komandalarına cəlb etmək üçün bir imkandır.

“AZCLOUD Hackathon 2019" müsabiqəsi üzrə qalib komanda 10 000 AZN məbləğində pul mükafatı qazanacaq.

Qeydiyyat 1 iyul tarixindən başlayacaq və yarışmanın veb səhifəsindən (www.h.azcloud.az/reg) sorğular qəbul olunacaq. “Hackathon”da iştirak etmək istəyənlər komanda formalaşdırmalıdırlar. Komandanın tərkibində kapitan da daxil olmaqla ən azı 3, maksimal olaraq isə 6 nəfər olmalıdır. Müsabiqə 3 mərhələdən ibarət olacaq. İlk mərhələdə qeydiyyat forması komanda kapitanı tərəfindən özü və bütün komanda üzvləri üçün doldurulmalıdır. Daha sonra komanda xüsusi hazırlanmış kiçik bir tapşırığı yerinə yetirməlidir ki, müsabiqədə iştirak etmək hüququ qazansın. Bu mərhələni keçən komandalara onlar üçün hazırlanmış tapşırıq haqqında ətraflı məlumat veriləcək. Komandalar tapşırığın yerinə yetirilməsi üzərində işləyəcəklər və sonda komanda öz işlərini izahlı təqdimat şəklində təqdim edəcəklər.

Qeyd edək ki, bu il “AZCLOUD Hackathon 2019" Avropanın ən böyük idman arenalarından biri olan, 68 700 tamaşaçı tutumlu və UEFA, FIFA və ESSMA-nın yüksək beynəlxalq standartlarına uyğun dizayn edilmiş Bakı Olimpiya Stadionunda keçiriləcək. Müsabiqə zamanı texniki tapşırıq üzrə işlərin rahat həyata keçirilməsi üçün hər komanda üçün otaq (SkyBox) ayrılacaq və yarışma ərzində komandalar qida ilə təmin olunacaq.

Qeyd edək ki, “Hackathon” proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“AZCLOUD Hackathon 2019” müsabiqəsinə qeydiyyat başlayıb

“AZCLOUD Hackathon 2019” müsabiqəsinə qeydiyyat başlayıb

02-07-2019
AZCLOUD Hackathon 2019 müsabiqəsinə start verilir

AZCLOUD Hackathon 2019 müsabiqəsinə start verilir

27-08-2019
AZCLOUD Hackathon 2019-un iştirakçılarının adları açıqlanacaq

AZCLOUD Hackathon 2019-un iştirakçılarının adları açıqlanacaq

07-08-2019
Azercell-dən gənc İT mütəxəssislərinə dəstək

Azercell-dən gənc İT mütəxəssislərinə dəstək

22-07-2019
Ramin Quluzadə AZCLOUD Hackathon 2019-un açılışını edib

Ramin Quluzadə AZCLOUD Hackathon 2019-un açılışını edib

28-08-2019
Nazir AZCLOUD Hackathon 2019-un iştirakçıları ilə görüşüb

Nazir AZCLOUD Hackathon 2019-un iştirakçıları ilə görüşüb

30-08-2019
AzInTelecom Hackathon keçirir

AzInTelecom Hackathon keçirir

23-10-2018
Hackathon-AzIn 2018 müsabiqəsinə  start verilib

Hackathon-AzIn 2018 müsabiqəsinə start verilib

30-10-2018
AZCLOUD Hackathon 2019-un mətbuat konfransı keçirilib

AZCLOUD Hackathon 2019-un mətbuat konfransı keçirilib

28-08-2019
Azcloud Hackathon 2019 müsabiqəsi başa çatıb

Azcloud Hackathon 2019 müsabiqəsi başa çatıb

01-09-2019
Hackathon-un qalibləri bəlli oldu

Hackathon-un qalibləri bəlli oldu

01-11-2018
"Azercell Hackathon 2022" müsabiqəsinə qeydiyyat başlayıb

"Azercell Hackathon 2022" müsabiqəsinə qeydiyyat başlayıb

12-01-2022
"SmartSolutions Hackathon 2026" sabah start götürür

"SmartSolutions Hackathon 2026" sabah start götürür

09-04-2026
Azərbaycanda ilk dəfə NASA Space Apps Challenge keçiriləcək

Azərbaycanda ilk dəfə NASA Space Apps Challenge keçiriləcək

13-09-2019
Proqramçılar yarışa çıxır

Proqramçılar yarışa çıxır

26-10-2018
Hackathon Azərbaycan Android Erası-nın qaliblərinin təqdimatı

Hackathon Azərbaycan Android Erası-nın qaliblərinin təqdimatı

18-02-2012
Hackathon müsabiqəsinin qalibləri mükafatlandırıldı

Hackathon müsabiqəsinin qalibləri mükafatlandırıldı

15-03-2019
TechFall 2016 Hackathon yarışmasına qeydiyyat başladı

TechFall 2016 Hackathon yarışmasına qeydiyyat başladı

18-10-2016
“Azercell Hackathon 2022” yarışması başa çatdı!

“Azercell Hackathon 2022” yarışması başa çatdı!

27-01-2022
Şəki INNOLAND-də ilk Hackathon keçirilib

Şəki INNOLAND-də ilk Hackathon keçirilib

25-07-2019
“AzInTelecom” Azərbaycanda keçirilən virtual hakatonuna dəstək verdi

“AzInTelecom” Azərbaycanda keçirilən virtual hakatonuna dəstək verdi

07-07-2020
Proqramçılar üçün yarışmaya qeydiyyat başladı

Proqramçılar üçün yarışmaya qeydiyyat başladı

07-04-2017
Proqramçılarımızın yarışı başlayıb-Onlar gecə yatmayacaq

Proqramçılarımızın yarışı başlayıb-Onlar gecə yatmayacaq

05-11-2016
Azercell “CyberCell Hackathon”a start verir

Azercell “CyberCell Hackathon”a start verir

18-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə