Previous Next
Bağla

Hackathon-AzIn 2018 müsabiqəsinə start verilib

30-10-2018 10:06
Hackathon-AzIn 2018 müsabiqəsinə  start verilib

Azərbaycanda ilk dəfə olaraq 26-30 oktyabr tarixlərində keçirilən beynəlxalq “İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkil etdiyi Hackathon-AzIn 2018 müsabiqəsinə bu gün start verilib.

Xeberler.az  bildirir ki, 29-30 oktyabr tarixlərində Yüksək Texnologiyalar Parkının dəstəyi ilə keçirilən sözügedən tədbir “Şəkil tanıma texnologiyası üzrə veb tətbiqetmənin hazırlanması” mövzusunu əhatə edir. Müsabiqə üç mərhələdən ibarətdir. “Hackathon”-un birinci mərhələsi “AzInTelecom” tərəfindən iştirakçılara mövzu ilə bağlı müvafiq tapşırığın verilməsi ilə başlayıb. Yarışın ikinci mərhələsində iştirakçılar tapşırığın proqramlaşdırma və təqdimatı üzərində işləyəcək, 30 oktyabrda keçiriləcək üçüncü mərhələdə isə verilən tapşırıqların icrası qiymətləndirilərək yarışın qalibi seçiləcək.

Proqramçıların iki gün ardıcıl davam edən bu yarışında qalib gələn iştirakçılara “AzInTelecom” MMC və müsabiqənin sponsorları tərəfindən mükafatlar təqdim olunacaq. Birinci yerin qalibi 5 000 AZN, ikinci yer 3 000 AZN, üçüncü yerin qalibi isə 1 000 AZN məbləğində pul mükafatına layiq görüləcək. Məlumat üçün bildirək ki, təqdim olunan həllərin qiymətləndirilməsində məntiq, dizayn, funksionallıq və innovativlik kimi kriteriyalar nəzərə alınacaq.

Qeyd edək ki, “Azercell”, “Risk”, “Bestcomp”, “İl Patio” və “Huawei” şirkətlərinin baş sponsorluğu ilə keçirilən Hackathon-AzIn 2018 bir çox mütəxəssislər üçün özünü tanıtmaq, layihəsini təqdim etmək, eləcə də investor və şirkətlər üçün istedadlı gəncləri öz komandalarına cəlb etmək üçün imkanlar yaradır.

Xatırladaq ki, “Hackathon” ortaq fikrə sahib insanların komanda şəklində çalışaraq öz innovativ fikirlərini koda çevirməsidir. Bu müsabiqə zamanı iştirakçılar 24-48 saat müddətində verilən tapşırıq üzrə yeni həll müəyyən etmək və onu təqdim etmək üçün bir araya gəlirlər. Layihə haqqında ətraflı məlumat əldə etmək istəyənlər
hackathon.azintelecom.az ünvanından istifadə edə bilərlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
AzInTelecom Hackathon keçirir

AzInTelecom Hackathon keçirir

23-10-2018
Hackathon-un qalibləri bəlli oldu

Hackathon-un qalibləri bəlli oldu

01-11-2018
Proqramçılar yarışa çıxır

Proqramçılar yarışa çıxır

26-10-2018
AZCLOUD Hackathon 2019 müsabiqəsinə start verilir

AZCLOUD Hackathon 2019 müsabiqəsinə start verilir

27-08-2019
“AZCLOUD Hackathon 2019” müsabiqəsinə qeydiyyat başlayıb

“AZCLOUD Hackathon 2019” müsabiqəsinə qeydiyyat başlayıb

02-07-2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AZCLOUD Hackathon 2019" müsabiqəsini təşkil edir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AZCLOUD Hackathon 2019" müsabiqəsini təşkil edir.

01-07-2019
AZCLOUD Hackathon 2019-un iştirakçılarının adları açıqlanacaq

AZCLOUD Hackathon 2019-un iştirakçılarının adları açıqlanacaq

07-08-2019
"Azercell Hackathon 2022" müsabiqəsinə qeydiyyat başlayıb

"Azercell Hackathon 2022" müsabiqəsinə qeydiyyat başlayıb

12-01-2022
“AzInTelecom” Azərbaycanda keçirilən virtual hakatonuna dəstək verdi

“AzInTelecom” Azərbaycanda keçirilən virtual hakatonuna dəstək verdi

07-07-2020
Ramin Quluzadə AZCLOUD Hackathon 2019-un açılışını edib

Ramin Quluzadə AZCLOUD Hackathon 2019-un açılışını edib

28-08-2019
Azercell-dən gənc İT mütəxəssislərinə dəstək

Azercell-dən gənc İT mütəxəssislərinə dəstək

22-07-2019
Hackathon müsabiqəsinin qalibləri mükafatlandırıldı

Hackathon müsabiqəsinin qalibləri mükafatlandırıldı

15-03-2019
"SmartSolutions Hackathon 2026" sabah start götürür

"SmartSolutions Hackathon 2026" sabah start götürür

09-04-2026
TechFall 2016 Hackathon layihəsinin qalibi açıqlandı

TechFall 2016 Hackathon layihəsinin qalibi açıqlandı

09-11-2016
Azercell “CyberCell Hackathon”a start verir

Azercell “CyberCell Hackathon”a start verir

18-10-2025
Proqramçılar üçün yarışmaya qeydiyyat başladı

Proqramçılar üçün yarışmaya qeydiyyat başladı

07-04-2017
Hackathon müsabiqəsinə start verildi

Hackathon müsabiqəsinə start verildi

11-03-2019
Proqramçıların sevimli müsabiqəsi başlayır

Proqramçıların sevimli müsabiqəsi başlayır

08-11-2018
“Global Virtual Hackathon” müsabiqəsi keçirilir

“Global Virtual Hackathon” müsabiqəsi keçirilir

31-03-2020
Proqramçılar arasında keçirilən yarışın qalibləri açıqlandı

Proqramçılar arasında keçirilən yarışın qalibləri açıqlandı

25-04-2017
Nazir AZCLOUD Hackathon 2019-un iştirakçıları ilə görüşüb

Nazir AZCLOUD Hackathon 2019-un iştirakçıları ilə görüşüb

30-08-2019
Azərbaycanda ilk dəfə NASA Space Apps Challenge keçiriləcək

Azərbaycanda ilk dəfə NASA Space Apps Challenge keçiriləcək

13-09-2019
“Azercell Hackathon 2022” yarışması başa çatdı!

“Azercell Hackathon 2022” yarışması başa çatdı!

27-01-2022
Proqramçılarımızın yarışı başlayıb-Onlar gecə yatmayacaq

Proqramçılarımızın yarışı başlayıb-Onlar gecə yatmayacaq

05-11-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə