Previous Next
Bağla

TechFall 2016 Hackathon yarışmasına qeydiyyat başladı

18-10-2016 17:17
TechFall 2016 Hackathon yarışmasına qeydiyyat başladı

Məlumat verdiyimiz kimi, Azərbaycanda proqramçılar arasında növbəti dəfə yarış keçiriləcək.

Xeberler.az-ın məlumatına görə, Azercell  və PAŞA Bank-ın dəstəyi, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi-nin və WoWoman platformasının təşkilatçılığı ilə gənc proqramçılar üçün təlim və yarış xarakterli TechFall 2016 Hackathon layihəsinə başlanılır.

Hachathon- proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. 

Hackathon-da proqramçılar müəyyən olunmuş vaxt ərzində proqramlaşdırma sahəsində öz məharətlərini göstərirlər.

Hackhaton-lar mütəmadi olaraq dünyanın bir çox yerində, adətən Google, Netflix, Facebook, HP və Microsoft  kimi nəhəng şirkətlər tərəfindən həyata keçirilir.

TechFall 2016 Hackathon layihəsində də developerlər  36 saat ərzində yatmadan fasiləsiz yeni mobil tətbiqetmə hazırlayıb münsiflər heyətinə təqdim etməlidir.

Bu layihədə yaşı 18-dən yuxarı 3 nəfərdən ibarət komanda şəkilində hər kəs iştirak edə bilər.  Layihədə iştirak etmək istəyənlər 31 oktyabr tarixinə qədər buradan  qeydiyyatdan keçməlidir. Seçimlərdən sonra 15 komanda layihədə öz işini davam etdirmək şansı qazanır.

5-6 noyabr tarixlərində keçiriləcək final mərhələsində isə komandalar püşkatma vasitəsilə mövzu seçib, həmin mövzu üzərində 36 saat ərzində tətbiq hazırlayacaqlar. Təqdim olunan tətbiq ilk öncə texniki münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. 9 noyabr tarixində keçiriləcək təqdimat mərasimində isə komandalar öz tətbiqlərini peşəkar münsiflər qarşısında təqdim edəcək.

TechFall 2016 Hackathon yarışmasında ilk yerin qalibinə Azercell və PAŞA Bank-dan dəyərli hədiyyələr, 2-ci yerin sahiblərinə Step IT akademiyasından IT kurslarda 1 aylıq iştirak kuponu, 3-cü yerin sahibinə isə  Barama İnnovasiya və Sahibkarlıq mərkəzi tərəfindən dəyərli hədiyyələr təqdim ediləcək.

Onu da bildirək ki, layihə çərçivəsində komandaların qida təlabatı Özsut restoranlar şəbəkəsi tərəfindən ödəniləcək. Tədbirin Media dəstəyi  isə technote.az tərəfindən təmin ediləcək.

Qeyd edək ki,TechFall 2016 Hackathon layihəsinin əsas məqsədi ölkəmizdə informasiya texnologiyaları sahəsinə olan marağı artırmaq və bu sahədə olan istedadlı insanların bacarıqlarını göstərməsinə şərait yaratmaqdır. Bununla yanaşı keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçıların öz aralarında rəqabət şəraitində biliklərini yoxlama və yeni biliklər qazanmalarına şərait yaratmaq da layihənin əsas məqsədlərindəndir.

 

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Proqramçılarımızın yarışı başlayıb-Onlar gecə yatmayacaq

05-11-2016

TechFall 2016 Hackathon layihəsinin qalibi açıqlandı

09-11-2016

Proqramçılar üçün yarışmaya qeydiyyat başladı

07-04-2017

Qadın proqramçılarımızın yarışı keçiriləcək

11-10-2016

Proqramçılar üçün yarış elan edilib

23-10-2017

Proqramçılar arasında keçirilən yarışın qalibləri açıqlandı

25-04-2017

2 gün yuxusuz qalan developerlər arasında qaliblər seçilib

14-05-2018

Barama Mərkəzi “Ən yaxşı tərəfdaş” seçilib

01-03-2017

Proqramçıların sevimli müsabiqəsi başlayır

08-11-2018

Barama FinTech Hackathon yarışmasının nəticələri açıqlandı

29-11-2018

Proqramçılar yarışa çıxır

26-10-2018

Onlar 36 saat yatmayacaq- Yarışma

04-03-2016

3D oyun sahəsində yarışa qeydiyyat başladı

01-11-2017

"Azercell Hackathon 2022" müsabiqəsinə qeydiyyat başlayıb

12-01-2022

HackDay-də iştirak edən komandaların adları açıqlandı

09-03-2016

Hackathon Azərbaycan Android Erası-nın qaliblərinin təqdimatı

18-02-2012

Hackathon-AzIn 2018 müsabiqəsinə start verilib

30-10-2018

HackDay-in qalib proqramçıları açıqlanıb

14-03-2016

Proqramçılar arasında keçirilən yarışın qalibləri-Foto

02-11-2017

AZCLOUD Hackathon 2019 müsabiqəsinə start verilir

27-08-2019

Hackathon-un qalibləri bəlli oldu

01-11-2018

Win Phone 2 müsabiqəsinə start verildi

21-01-2013

HackDay 2016 başladı- Fotolar

10-03-2016

Azercell “CyberCell Hackathon”a start verir

18-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə