Bu günlərdə televizya bazarında istədiyiniz qədər 4K TV tapmaq mümkündür. İnsanlar bu televizorları alsa da hazırda 4K video materiallar çox az olduğu üçün bu televizorlar hələlik lazımsız hesab olunur. Buna baxmayaraq oyun istehsalçıları 4K oyunlar ilə bizləri sevindirir. Bunlara misal olaraq 12K(3x4K) imkanına sahib yeni oyunlardan olan Project Cars-ı göstərmək olar. Ən əsas sual odur ki, bu ağırlıqda ovə bu qədər güclü ekran kartlı oyun konsolları və ya personal kompüterlər varmı?
Xəbərlər-in verdiyi məlumata görə, artıq bazarda öz yerini tutmuş PlayStation 4 və Xbox One 4K videonu dəstəkləyir. Amma bunu işlətmək üçün lazım olan video kart gücünü məhdudlaşdırıblar.
Yerdə qalanlar isə noutbuklar və personal kompüterlərdir. Noutbuklarda oyun oynamaq inandırıcı deyil, çünki 4K ekranı olan noutbuklar çox azdır. Amma istədiyiniz həcmdə video kartı əlavə edib, HDMİ naqillə 4K televizora qoşub tam istədiyiniz kimi əylənə bilərsiniz.
Qeyd edək ki, belə televizorların qiymətlər çox bahadır.
İsmayıl İsmayılov
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri