Electronic Arts Asiyanın onlayn oyunlar bazarını mənimsəyir
Electronic Arts böyük oyun nəşriyyatı Asiyada öz yerini möhkəmləndirmək istəyir. Bununla əlaqədar olaraq, onlayn oyunlar şəbəkəsini böyütmək niyyətindədir. Şirkətin qərbdə əsas biznesi – personal kompüterlər üçün oyun proqram təminatının nəşr edilməsidir. Lakin Asiya ölkələrində onlayn oyunlar daha çox populyarlıq qazanıblar.
EA Asiya bazarında öz payını artırmaq üçün bu ilin sonunadək 12 müxtəlif oyun istehsal edəcək. Hazırda şirkət regionda FIFA, NBA Street və Warhammer Online internet-versiyalarını təqdim edib, növbədə isə Battlefield Heroes-dir. Gələn il Sinqapurda hazırlanmış Need for Speed oyununun onlayn versiyası da işıq üzü görəcək.
Bugün Asiya bazarı EA-ya cəmi 6% gəlir gətirir. 2008 maliyyə ilində EA-nın gəliri 3,67 mlyd dollar təşkil edib. Istehsalçının Çin bazarındakı payı lap azdır. Lakin o, FİFA və NBA Street onlayn versiyalarının buraxılışından sonra nəzərəçarpan dərəcədə artacaq.
Electronics Arts-ın 16 Asiya şəhərində nümayəndəliyi var. Associated Press-in məlumatına görə, EA-nın mütəxxəssisləri yerli bazarın oyun hazırlanması ilə Sinqapur, Xayderabad, Şanxay, Seul və Tokioda məşğul olurlar.