Modulları birləşdirərək smartfonlar yığıb istədiyiniz kimi dəyişdirmək artıq neçə ildir ki, gündəmdədir.
Xəbərlər-in xarici sayta istinadən verdiyi məlumata görə, bunlardan əsası Project Ara-dır. Amma Project Ara hələki kütləvi istehsalatda deyil və əgər bunu yoxlamaq istəyirsinizsə, o zaman “Kickstarter” şirkətinin telefon qabları olan NEXPAQ-dan istifadə edə bilərsiniz.
Orijinal olaraq Samsung Galaxy S5,S6 Edge və Apple İphone 6 üçün istehsal olunan modullu telefon qabları telefonunuza istədiyiniz modulları əlavə edib çıxarmanıza kömək edir. Bu qabı hazırlayan şirkət hələki 12 modul hazırlamışdır, bunlara əlavə batareya ehtiyatı,səsgücləndirici, Led fanarı, SD kart oxuyucu və başqa modullar daxildir.
Bu qablar Android və İOS platformaları üçün tam olaraq uyğunlaşır və hər bir modul həm Samsung həm də İphone üçün işləkdir.Amma çatışmayan cəhəti isə telefonu çox qalın və daha ağır etməsidir. Amma bununla birlikdə tez bitən batareya və dolu yaddaşlara son deyəcək bir cihazdır.
Əgər NEXPAQ-ı öz əlinizdə işlətmək istəyirsinizsə - Sadə Modullardan ibarət paketi 89 , bütün modulları almaq istəyirsinizsə 109 dollarınızdan keçməlisiniz.
İsmayıl İsmayılov
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri