Previous Next
Bağla

4SİM bu il də INMerge İnnovasiya Sammitinin əsas tərəfdaşıdır

22-09-2025 17:48
4SİM bu il də INMerge İnnovasiya Sammitinin əsas tərəfdaşıdır
29-30 sentyabr 2025-ci il tarixlərində Bakı Konqres Mərkəzində regionun ən böyük innovasiya tədbirlərindən biri olan INMerge İnnovasiya Sammiti keçiriləcək. Bu il sammitdə Microsoft, OpenAI, Netflix, Pixar, Amazon, NVIDIA, TikTok, Harvard Busines School və IE University kimi aparıcı şirkət və universitetlərin tanınmış mütəxəssisləri çıxış edəcək. INMerge 2025 gələcək texnologiyalar və sənaye 4.0 sahəsində ən son trendlərlə sıx bağlı olacaq.
 
Xeberler.az bildirir ki, 4SİM “PAŞA Holdinq”-in təşkilatçılığı ilə keçirilən sammitin artıq 3-cü ildir ki, əsas tərəfdaşıdır.
 
Sammitin ilk günündə rəsmi açılış mərasimindən sonra 4SİM tərəfindən 2 panel sessiyası və 3 beynəlxalq ekspertin təqdimatlarından ibarət “Sənaye 4.0” vertikalı təşkil ediləcək. “Data əsaslı qərarlar: Analitika və süni intellektlə ağıllı müəssisələrin inkişafı” mövzusunda keçiriləcək sessiyada şirkətlərin texnoloji transformasiya prosesində süni intellektin istifadəsi müzakirə olunacaq. “Akademiya və sənaye arasında körpü: Sənaye 4.0 üçün insan kapitalının formalaşdırılması” mövzusunda paneldə təhsil müəssisələri ilə biznesin əməkdaşlığı, rəqəmsal bacarıqların inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılacaq.
 
Sessiyalarla yanaşı, innovasiya sahəsində beynəlxalq səviyyədə tanınmış ekspertlər “Sənaye 4.0”ın gələcəyinə dair çıxış edəcək. “EndeavorXR” şirkətinin təsisçisi və Baş icraçı direktoru Emi Pek “Şirkətlərin gələcəyə hazırlanması: qabaqcıl texnologiyaların inteqrasiyası”, “Daedalus Futures” şirkətinin təsisçisi Oliver Smit “Süni intellektlə gücləndirilmiş əməliyyatlar: Avtonom sənayenin imkanları” və İspaniyanın İE Universitetinin İnnovasiya və texnologiya üzrə məsləhətçisi Alberto Levi isə “İnsan-Süni intellekt dövrü: Sənaye 4.0-dövründə bacarıqların, rolların və öyrənmənin yenidən formalaşdırılması” mövzusunda fikirlərini bölüşəcəklər.
 
Sammitin ikinci günü “Sənaye 4.0 Hazırlıq” Proqramına həsr olunmuş məlumat sessiyası keçiriləcək. Tədbirdə proqrama bu il qoşulacaq yerli şirkətlərin nümayəndələri iştirak edəcək. Proqramın tətbiqi və beynəlxalq trendlərlə uyğunluğuna dair məlumat veriləcək.
 
Sammit çərçivəsində iki gün ərzində 4SİM-in stendi fəaliyyət göstərəcək. Burada iştirakçılar qurumun həyata keçirdiyi layihələr barədə məlumat alacaq və sənaye 4.0 mövzusuna həsr olunmuş viktorinada iştirak edərək “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a qoşulmaq imkanı əldə edəcəklər.
 
Bu il tədbirdə 100-dən çox startap, 150-dən çox tanınmış spiker, 5000 nəfər iştirakçının qatılması gözlənilir.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

4SİM "InMerge" İnnovasiya Sammitinin əsas tərəfdaşıdır

25-09-2024

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

24-09-2025

4SİM-in tərəfdaşlığı ilə “Baku ID 2025” innovasiya festivalı keçiriləcək

18-06-2025

"Bakcell" “INMerge” İnnovasiya Sammitinin əsas tərəfdaşıdır!

07-10-2024

4SİM “Regional Universitet-Sənaye Birliyi Sammiti”ndə təmsil olunub

27-10-2025

Startap və innovasiya festivalı “Baku ID 2025” başa çatıb

21-06-2025

4SİM Dünya İqtisadi Forumunun regional tədbirində iştirak edib

31-10-2025

“Youtube” şirkətinin həmtəsisçisi “INMerge” İnnovasiya Sammitində iştirak edəcək

20-09-2024

Bu gün “INMerge” İnnovasiya Sammiti işinə başlayır

29-09-2025

4SİM-in icraçı direktoru “Innovation 2025” konfransında iştirak edib

02-04-2025

“INMerge” İnnovasiya Sammiti başa çatıb

30-09-2025

"Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

29-09-2025

“Amazon”un vitse-prezidenti və “YouTube”un həmtəsisçisi Bakıya gəlir

30-08-2024

Bakıda “INMerge” innovasiya sammiti davam edir

11-10-2024

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq

26-05-2025

“AzInTelecom” “INMerge” İnnovasiya Sammiti”ndə iştirak edir

30-09-2025

4SİM və SABAH.HUB ölkədə startap ekosisteminin inkişafına birgə dəstək göstərəcəklər

27-06-2024

“InMerge İnnovasiyalar Sammiti”nin ilk gününün xülasəsi

01-12-2023

“InMerge İnnovasiyalar Sammiti”nin ilk gününün xülasəsi

01-12-2023

Azərbaycanda 4Sİ texnologiyalarının tətbiqi müzakirə edilib

13-07-2023

İqtisad Universitetinin tələbələri üçün 4-cü Sənaye İnqilabı Texnologiyaları mövzusunda tədbir keçirlib

24-09-2024

“InMerge İnnovasiya Sammiti”nə 1 ay qaldı!

12-09-2024

4SİM Pekində keçirilən beynəlxalq forumda təmsil olunub

21-07-2025

“Sənaye 4.0 Hazırlıq Proqramı” çərçivəsində ilk “bootcamp” keçirilib

24-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə