Bir müddət əvvəl məlumat vermişdik ki, San-Fransiskoda başlanğıc mərhələsindəki startaplara dəstək olan yatırım şirkəti “500 Startups” Türkiyə üçün 15 milyon dollarlıq fond ayırıb.
Xeberler.az–ın məlumatına görə, “Webrazzi Summit 2015” konfransında fondun ilk yatırım edəcəyi startapların adları açıqlanıb.
İlkin məlumatlara görə, şirkət 12 startap layihəsinə yatırım edəcək.
“500 Startups”ın Türkiyə yatırım tərəfdaşı olan Erhan Erdoğan konfransda bildirib ki, ilk sosial yönümlü layihə -"BinYaprak" üçün yatırım edəcəklər.
Həmçinin Webrazzi Arena-nın ilk 3 startapı (Twentify, Evreka, Segmentify) üçün də yatırım edəcəklərini açıqlayıb.
Qeyd edək ki, “500 Startups” İstanbuldakı fondundan bu layihələrə 50, 100 min dollar arasında yatırım etməyi düşünür.
Bununla yanaşı, Erasmusinn və Volt startapçıları üçün də "500 Startups" investisiya ayırıb.
15 milyonluq 500 İstanbul fondun dekabrda bağlanılması planlaşdırılır.
Qeyd edilən məlumatlara görə, fondun ayırdığı məbləğlə bu il 30 startap layihəsinin yaradılması nəzərdə tutulub.
Erhan Erdoğan bu sayın 50-yə çatdıralacağını vurğulayıb.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri