Previous Next
Bağla

A-Solutions-un Baş İcraçı Direktoru rəqəmsal inkişafda tərəfdaşlıqların əhəmiyyətindən danışıb

23-05-2025 12:42
A-Solutions-un Baş İcraçı Direktoru rəqəmsal inkişafda tərəfdaşlıqların əhəmiyyətindən danışıb

21–22 may tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində baş tutan M360 Eurasia 2025 tədbiri qlobal telekommunikasiya və texnologiya sektorunun diqqət mərkəzində olub.

Xeberler.az bildirir ki, sənaye liderlərini bir araya gətirən bu platforma güclü kommunikasiya, strateji əməkdaşlıq və innovativ həllər istiqamətində fikir mübadiləsi üçün geniş imkanlar yaradıb.

Tədbir çərçivəsində A-Solutions EPT MMC-nin Baş İcraçı Direktoru Həsən Həsənov “Rəqəmsal inkişafda tərəfdaşlıqların rolu” mövzusuna həsr olunmuş panel müzakirəsində əsas spiker qismində çıxış edib.

Panelin digər iştirakçıları sırasında JazzCash (əvvəlki MobiCash) şirkətinin prezidenti Murtaza Ali, B.EST Solutions şirkətinin baş icraçi direktoru Yana Krimpe və Özbəkistan İnformasiya Texnologiyaları Parkının Baş İcraçı Direktoru Abdulakhad Kuchkarov da yer alıblar.

Çıxışı zamanı Həsən Həsənov strateji tərəfdaşlıqların verdiyi dəyər və yaratdığı imkanları vurğulayaraq deyib: “A-Solutions olaraq inanırıq ki, rəqəmsal inkişafın əsasında düzgün qurulmuş tərəfdaşlıqlar, ortaq dəyərlər və aydın məqsədlər dayanır. Müasir dövrdə rəqabət artıq ayrı-ayrı şirkətlər arasında deyil, bütöv ekosistemlər arasında gedir. Ən böyük nailiyyətlər qarşılıqlı etimad və ortaq məsuliyyətə əsaslanan əməkdaşlıqlarla mümkündür.

Belə tərəfdaşlıqlar məhsulu daha geniş bir platformaya, ideyanı isə yeni inkişaf mərhələsinə daşıya bilər. Biz bu yanaşmanı bir strateji seçim olmaqla yanaşı, davamlı uğura aparan yol kimi də dəyərləndiririk”.

O, həmçinin A-Solutions EPT MMC-nin əsas missiyasının ölkədə nağdsız əməliyyatları təşviq etməklə rəqəmsal iqtisadiyyatın inkişafına töhfə vermək olduğunu bildirib.

Xatırladaq ki, A-Solutions EPT MMC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən lisenziyalaşdırılmış ilk elektron pul təşkilatıdır. “Azercell Telekom” MMC-nin törəmə şirkəti olan A-Solutions fintex sahəsində təqdim etdiyi innovativ məhsul — akart rəqəmsal kartı ilə telekommunikasiya və maliyyə texnologiyalarını bir araya gətirərək həm yerli, həm də beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir.

Qeyd edək ki, Azercell Telekom indiyədək iki dəfə M360 Eurasia tədbirinə baş sponsor qismində dəstək verib, builki tədbirdə isə şirkətin rəhbər heyəti panel müzakirələrində fəal iştirakını davam etdirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-in prezidenti “GSMA M360 Eurasia 2025” konfransında çıxış edib

23-05-2025

Maliyyə və mədəniyyət bir arada: akart yeni dizaynlarını təqdim edir

17-12-2024

Azercell və GSMA strateji tərəfdaşlıqlarının prioritet istiqamətləri haqqında danışdılar

23-05-2024

“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

26-04-2024

“GSMA M360 Eurasia 2024” konfransının açılışı baş tutdu

16-05-2024

Azərbaycan Estoniya ilə kibertəhlükəsizliyi müzakirə edib

15-11-2022

“GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

03-05-2024

Azercell “GSMA M360 EURASIA 2023” konfransının baş sponsorudur

20-04-2023

akart iki beynəlxalq mükafata layiq görülüb

02-09-2025

Bakıda keçiriləcək “GSMA M360 Eurasia 2024” konfransına 2 gün qaldı

13-05-2024

“Aztelekom” MMC “GSMA M360 Eurasia 2024” beynəlxalq konfransında iştirak edəcək

01-05-2024

Azercell   “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək

18-04-2024

“AzInTelecom” “GSMA M360 Eurasia 2023” beynəlxalq konfransında!

11-05-2023

“akart” Mərkəzi Bankdan lisenziya alan ilk fintex həlli oldu

06-06-2024

“akart” geniş fəaliyyətə başladı!

09-10-2024

akart mədəni irsimizi yaşatmaqda davam edir

14-02-2025

“GSMA M360 EURASIA 2023” konfransına qeydiyyat davam edir

03-05-2023

Azercell Ucal Haqverdiyevin rəsm əsərlərindən ibarət kitab təqdim edib

17-06-2025

Bakı “GSMA M360 Eurasia 2023” beynəlxalq konfransına ev sahibliyi edib

18-05-2023

Rəqəmsal Ticarət Qovşağı Moskvada keçirilən konfransda təqdim olunub

10-10-2019

Azercell-in baş sponsorluğu ilə "GSMA M360" konfransı keçirilib

17-05-2023

Azercell telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşulub

08-07-2025

Azercell dünyanın telekommunikasiya nəhəngi ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

02-11-2023

“Asan İmza” Parisdə təqdim edilib

16-11-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə