Previous Next
Bağla

“GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

03-05-2024 18:04
“GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

Azercell-in ev sahibliyi etdiyi “M360 Eurasia 2024” konfransına qeydiyyat davam edir

“GSMA M360 Eurasia 2024” konfransı bu il Bakıda çoxsaylı beynəlxalq və regional məruzəçilərin iştirakı ilə baş tutacaq. Tədbir Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə 15-16 may tarixlərində keçiriləcək.

“GSMA M360” çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyaları gündəmə gətiriləcək. Konfransda süni intellekt, kibertəhlükəsizlik, sənayenin rəqəmsallaşdırılması, yeni nəsil şəbəkələr, yaşıl texnologiyar və digər mövzular ətrafında fikir mübadiləsi aparılacaq. Eyni zamanda, Rəqəmsal DNT (Digital DNA) mövzusuna həsr olunmuş sessiyada gələcək nəsillərin yeni dövrə uğurlu adaptasiyası üçün lazımlı bacarıq və qabiliyyətlər haqqında danışılacaq.

Ötən tədbirin olduqca səmərəli keçməsi sayəsində bu il konfransa Microsoft, Google, Amazon Web Services, Word Bank, e& International, Beeline, Vodafone Group, Turkcell, East Telecom və digər beynəlxalq şirkətlərin rəhbər heyətindən məruzəçilər qatılacaq. Konfransda həm regionun, həm də digər ölkələrin rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün bazar iştirakçılarının birgə fəaliyyətinin əhəmiyyəti bir daha vurğulanacaq.

Qeyd etmək lazımdır ki, COP29 ərəfəsinə təsadüf edən bu konfransın ikinci günü ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərinə həsr olunmuş sessiya ilə başlayacaq. Bu sessiyada rəqəmsallaşma prosesinin və iqlim fəaliyyətinin bir-birinə təsiri, dayanıqlı inkişaf və sıfır karbon emissiya məqsədlərinə nail olmaq üçün bütün sektorlar arasında qarşılıqlı əməkdaşlığın vacibliyi vurğulanacaq. Qlobal telekommunikasiya liderlərinin bu hədəfə çatmaq üçün gördüyü işlər, rəqəmsal innovasiyaların ətraf mühitin dayanıqlığına verdiyi töhfə barədə danışılacaq.

Tədbirdə maraqlı məruzələrin və panel iclaslarının baş tutması gözlənilir. Eyni zamanda, konfrans yeni əməkdaşlıqların qurulması üçün əla platforma rolunu oynayacaq. Bu da öz növbəsində daha təhlükəsiz və dayanıqlı gələcəyin yaradılması istiqamətində effektiv strategiyaların hazırlanmasına səbəb olacaq.

“JW Marriott Absheron Baku” mehmanxanasında baş tutacaq bu tədbirdə iştirak etmək üçün GSMA M360 Eurasia səhifəsində onlayn qeydiyyatdan keçmək olar.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda keçiriləcək “GSMA M360 Eurasia 2024” konfransına 2 gün qaldı

13-05-2024

“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

26-04-2024

Azercell   “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək

18-04-2024

“GSMA M360 Eurasia 2024” konfransının açılışı baş tutdu

16-05-2024

“Aztelekom” MMC “GSMA M360 Eurasia 2024” beynəlxalq konfransında iştirak edəcək

01-05-2024

“GSMA M360 EURASIA 2023” konfransına qeydiyyat davam edir

03-05-2023

Azercell “GSMA M360 EURASIA 2023” konfransının baş sponsorudur

20-04-2023

Azercell və GSMA strateji tərəfdaşlıqlarının prioritet istiqamətləri haqqında danışdılar

23-05-2024

Azercell-in prezidenti “GSMA M360 Eurasia 2025” konfransında çıxış edib

23-05-2025

Azercell-in baş sponsorluğu ilə "GSMA M360" konfransı keçirilib

17-05-2023

“AzInTelecom” “GSMA M360 Eurasia 2023” beynəlxalq konfransında!

11-05-2023

Bakı “GSMA M360 Eurasia 2023” beynəlxalq konfransına ev sahibliyi edib

18-05-2023

Azercell “GSMA M360 2024” konfransı çərçivəsində ilk ESG hesabatını təqdim etdi

16-05-2024

Azercell və GSMA əməkdaşlığı gücləndirir

24-09-2024

A-Solutions-un Baş İcraçı Direktoru rəqəmsal inkişafda tərəfdaşlıqların əhəmiyyətindən danışıb

23-05-2025

Rəqəmsal Ticarət Qovşağı Moskvada keçirilən konfransda təqdim olunub

10-10-2019

Ekspert: Region 6G-yə hazırlaşır, Azercell hələ GPON ilə məşğuldur

24-05-2025

RİNN COP29 çərçivəsində keçirəcəyi tədbirləri açıqlayıb

04-11-2024

Nazir: “Azərbaycan rəqəmsal fərqi aradan qaldırmaq üçün infrastruktura sərmayə yatırır”

16-05-2023

Azercell “Dayanıqlıllığın təmin edilməsində təşkilatların rolu” adlı panel müzakirəsi keçirib

25-11-2024

Azərbaycanın aparıcı mobil operatoru İqlim Fəaliyyətinə qoşulub

13-12-2023

Azerbaijan Digital HUB Eurasia İnnovation Day tədbirində təqdim olunub

24-10-2019

Azercell COP29-un telekommunikasiya tərəfdaşıdır

04-11-2024

"COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” adlı tədbir keçirilib

11-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə