Previous Next
Bağla

Maliyyə və mədəniyyət bir arada: akart yeni dizaynlarını təqdim edir

17-12-2024 13:27
Maliyyə və mədəniyyət bir arada: akart yeni dizaynlarını təqdim edir

İnnovativ maliyyə həlli olan akart beynəlxalq ödəniş sistemi Visa və Milli İncəsənət Muzeyi ilə birlikdə yeni kart dizaynlarını təqdim edir. Bu tərəfdaşlıq çərçivəsində Səttar Bəhlulzadə, Vəcihə Səmədova, Tahir Salahov, Mikayıl Abdullayev, Əyyub Məmmədov, Rasim Babayev və Azərbaycanın digər görkəmli rəssamlarının sevilən əsərləri indi akart üzərində əks olunur.

Mədəni irsimizin daha geniş auditoriyaya tanıdılmasına yönəlmiş layihə milli incəsənət nümunələrinin istifadəçilərin gündəlik həyatına inteqrasiyası üçün də xüsusi imkan yaradır. A-Solutions Elektron Pul Təşkilatının Baş İcraçı Direktoru Həsən Həsənov vurğuladı:"Bu layihəni ərsəyə gətirməkdə məqsədimiz Azərbaycan mədəniyyətinin zənginliyini müasir maliyyə texnologiyaları vasitəsilə təbliğ etməkdir. Ümid edirəm ki, layihə həm istifadəçilərimiz, həm də incəsənət həvəskarları tərəfindən yüksək qiymətləndiriləcək, qabaqcıl və müasir maliyyə həllərimiz isə milli incəsənət nümunələri ilə birgə hər an, hər yerdə hamı üçün əlçatan olacaq.”

Layihənin tərəfdaşı Visa-nın regional direktoru Nurlan Hacıyev qeyd etdi: “A-Solutions və Milli İncəsənət Muzeyi ilə əməkdaşlıq edərək bu xüsusi kart dizaynlarını ərsəyə gətirməkdən məmnunluq duyuruq. Bu əməkdaşlıq təkcə istifadəçilərimizin maliyyə təcrübəsini yaxşılaşdırmaqla kifayətlənmir, həm də Azərbaycanın zəngin mədəni irsini təbliğ edir. İnanıram ki, incəsənətin gündəlik maliyyə əməliyyatlarına inteqrasiyası ölkənin mədəni irsinə olan marağın artmasına da töhfə verəcək.”

Hər bir akart istifadəçisi bu yeni dizaynları tamamilə ödənişsiz əldə edə bilər. Seçiminizi akart mobil tətbiqi vasitəsilə edin və milli incəsənətimizi təcəssüm edən innovativ kartlara sahib olun!

Xatırladaq ki, akart “A-Solutions Elektron Pul Təşkilatı” MMC tərəfindən təqdim olunur. Şirkət 16 May 2024-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən lisenziya əldə edən ilk elektron pul təşkilatı kimi fəaliyyətə başlamışdır. “Azercell Telekom” MMC-nin törəmə şirkəti olan A-Solutions, yeni nəsil maliyyə həlli ilə nağdsız hesablaşmalara çıxışı olmayan əhali üçün bu xidməti əlçatan etməyi hədəfləyir.

Daha ətraflı məlumat üçün: https://akart.az/

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

akart mədəni irsimizi yaşatmaqda davam edir

14-02-2025

“akart” geniş fəaliyyətə başladı!

09-10-2024

akart iki beynəlxalq mükafata layiq görülüb

02-09-2025

“akart” Mərkəzi Bankdan lisenziya alan ilk fintex həlli oldu

06-06-2024

akart və Solong Beynəlxalq Qadınlar Günündə elektron musiqi həvəskarlarını bir araya gətirir

05-03-2025

A-Solutions-un Baş İcraçı Direktoru rəqəmsal inkişafda tərəfdaşlıqların əhəmiyyətindən danışıb

23-05-2025

Azercell Ucal Haqverdiyevin rəsm əsərlərindən ibarət kitab təqdim edib

17-06-2025

Azercell süni intellektlə milli dəyərləri bir araya gətirir!

31-08-2024

Dubayda “Şuşa” adlı ilk süni intellekt rəssamının təqdimatı olub

26-04-2025

İlk onlayn ödəniş şirkəti Golden Pay Mərkəzi Bankdan Elektron Pul Təşkilatı lisenziyasını əldə etdi!

30-08-2024

Muzey ziyarətləri üçün onlayn bilet almaq mümkün olacaq

19-02-2019

Mərkəzi Bank daha bir elektron pul təşkilatına lisenziya verib

30-08-2024

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09-01-2026

"Visa" Türkiyə-Azərbaycan əməkdaşlıq dəhlizinə yeni texnoloji həllər gətirmək niyyətindədir

28-01-2021

Bakcell-in dəstəyilə keçirilən M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib

13-11-2018

“Payriff” QSC təşkilati-hüquqi formasını dəyişməsinə görə qiymətli kağızları dövriyyədən çıxarılır

24-02-2025

Azercell Rəqəmsal Kartının növbəli aktivasiyasına davam edir

13-10-2022

“MPAY” QSC təşkilati-hüquqi formasını dəyişməsinə görə qiymətli kağızları dövriyyədən çıxarılır

27-05-2025

Azercell-in Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Audiokitab” layihəsi təqdim olundu

21-12-2023

“Azərpoçt” Beynəlxalq Maliyyə Korporasiyası ilə tərəfdaşlığa başlayıb

11-06-2020

Azərbaycanda ödəniş bazarının 8 iştirakçısı lisenziya almaq üçün gözləyir

14-02-2025

Visa Token xidməti istifadəyə veriləcək

09-09-2019

“Visa” Azərbaycanı rəqəmsal emissiyaya hazırlayacaq

18-11-2020

Parisdə Azərbaycanın ilk süni intellekti nümayiş olunub

18-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə