Previous Next
Bağla

Azercell dünyanın telekommunikasiya nəhəngi ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

02-11-2023 10:22
Azercell dünyanın telekommunikasiya nəhəngi ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

“e&International” (Etisalat) Azərbaycanda strateji tərəfdaşlıq qurur

Telekommunikasiya nəhəngi “e&International” (keçmiş adı “Etisalat Group”) Azercell ilə tərəfdaşlıq müqaviləsi imzaladığını elan edib. “e&international” baş ofisi BƏƏ-nin Abu Dabi şəhərində yerləşən və 16 ölkədə müasir rəqəmsal telekommunikasiya şirkətləri portfeliniinkişaf etdirən qlobal təşkilatdır.

Bu əməkdaşlıq Azercell-in ölkənin lider mobil operatoru kim i mövqeyini daha da gücləndirəcək, abunəçilərə yeni xidmətlər və daha geniş bağlantı imkanları üçün zəmin yaradacaq.

30 oktyabr 2023-cü ildə Dubayda imzalanan tərəfdaşlıq müqaviləsi iki telekommunikasiya şirkətinin əməkdaşlığında yeni səhifə açır.

İmzalanma mərasimində Azercell-in prezidenti Zərinə Zeynalova, “e& International”-un baş direktoru Mixail Qerçuk, eləcə də hər iki şirkətin rəhbər əməkdaşları iştirak ediblər.

“e&International” ilə imzalanmış strateji tərəfdaşlığın məqsədi Azercell abunəçilərinə innovativ əməkdaşlıq çərçivəsində qabaqcıl texnoloji həllər, daha geniş xidmət spektri və Azərbaycandan kənarda daha geniş bağlantı imkanları təqdim etməkdir.

Azercell-in yerli bazarda sahib olduğu geniş təcrübəsinin “e&International” şirkətinin təqdim etdiyi qlobal əhatə və qabaqcıl texnologiyalarla birləşməsi ölkədə telekommunikasiya sektorunun inkişafına yeni təkan verəcək.

Ölkənin lider mobil operatoru “e& International” tərəfdaş şəbəkəsinə qoşularaq ən qabaqcıl təcrübəyə, eləcə də innovativ texnologiyalara və həllərə unikal çıxış imkanı əldə edəcək.

Tərəfdaşlıq sazişi iki təşkilat arasında əməkdaşlıq və təcrübə mübadiləsi çərçivələrini müəyyənləşdirir. Belə ki, sazişin şərtlərinə əsasən, “e& International” şirkəti Azercell-ə kommersiya və əməliyyat fəaliyyətinin idarə edilməsində, təchizat zəncirinin optimallaşdırılmasında, topdansatış ticarətinin və rouminq imkanlarının genişləndirilməsində ​​dəstək verəcək.

İmzalanma mərasimində Azercell-in prezidenti Zərinə Zeynalova bildirib: "Müasir rəqəmsal telekommunikasiya şirkətlərindən ibarət geniş şəbəkəyə malik dünya lideri “e&International” ilə güclərimizi birləşdirməkdən şərəf duyuruq. Bu əməkdaşlıq bizim “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədimizə tam uyğundur. Bu strateji məqsədin əsas istiqamətlərindən biri məhz abunəçilərimizi qabaqcıl həllər və üstün müştəri təcrübəsi ilə təmin etməkdir. Biz bu tərəfdaşlığın qarşılıqlı faydalı olacağına ürəkdən inanırıq.”

“e&International” şirkətinin baş direktoru Mixail Qerçuk bildirib: "Azercell-in tərəfdaş proqramımıza qoşulmasından olduqca məmnunuq. Bu proqram müstəqil telekommunikasiya operatorlarına rəqabət mühitində biznesin idarə olunması, istedadların işə cəlb edilməsi və yüksək əməliyyat xərclərinin idarə olunması ilə bağlı problemlərin həllində dəstək olmaq üçün yaradılıb. Ümid edirik ki, bu tərəfdaşlıq Azercell-in gəlirliliyinin artırılmasına, əməliyyatlarının optimallaşdırılmasına, xərclərinin azaldılmasına dəstək olacaq. Bu da öz növbəsində şirkətin daha da sürətli inkişafına töhfə verəcək."

Azercell-in “e& International” şirkəti ilə imzaladığı tərəfdaşlıq müqaviləsi ölkənin aparıcı mobil operatorunun davamlı təkmilləşməyə və abunəçilərinə innovativ həllər və ən yaxşı telekommunikasiya xidmətləri göstərməsinə dair üzərinə götürdüyü öhdəliyi həyata keçirməsinə bariz nümunədir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

09-09-2024

Azercell yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir

30-12-2025

“Azercell” tətbiqində abunəçilərə özəl təkliflər!

10-01-2025

Azercell süni intellektlə milli dəyərləri bir araya gətirir!

31-08-2024

AzerTelecom Avropaya rəqəmsal dəhlizin yaradılması üzrə TTI ilə müqavilə imzaladı

12-10-2022

Azercell müştəriləri üçün innovativ həlləri əlçatan etməyə davam edir

04-04-2024

Azərbaycanın aparıcı mobil operatoru İqlim Fəaliyyətinə qoşulub

13-12-2023

Azercell Süni İntellekt əsaslı Virtual Assistent xidmətini istifadəyə verir!

29-08-2022

Azercell “İlin Mobil Operatoru” seçildi

18-12-2015

Azercell və GSMA əməkdaşlığı gücləndirir

24-09-2024

Azercell Bakıda keçirilən "Baku International HR Forum"-a dəstək olub

02-02-2022

Azercell telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşulub

08-07-2025

Azercell-in təcrübəsi Filip Kotlerin kitabında yer alacaq

13-05-2025

Azercell COP29-un telekommunikasiya tərəfdaşıdır

04-11-2024

“Azercell Telekom” MMC-yə yeni prezident təyin olunub

20-04-2021

Azercell və UiPath əməkdaşlığa başlayır

21-04-2025

Azercell-in Rominqi millər qazandırır

19-11-2019

«Azercell» Estoniya, Lüksemburq və Lixtenşteyn ilə rouminq sazişi bağlayıb

11-12-2008

“Azercell” COP29-un telekommunikasiya tərəfdaşıdır

01-11-2024

“Azercell Biznes” şirkətlər üçün yeni rəqəmsal həll təqdim edir

28-07-2025

“B&B TV” şirkəti Azercell-dən dövlət qurumuna şikayət etdi

19-11-2011

“GSMA M360 Eurasia 2024” konfransının açılışı baş tutdu

16-05-2024

Yeni internet mağaza istifadəyə veriləcək

23-11-2009

Amazon Web Services Azərbaycanda

18-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə