Previous Next
Bağla

“Aztelekom” MMC “GSMA M360 Eurasia 2024” beynəlxalq konfransında iştirak edəcək

01-05-2024 16:16
“Aztelekom” MMC “GSMA M360 Eurasia 2024” beynəlxalq konfransında iştirak edəcək

İnformasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, telekommunikasiya xidmətlərinə tələbatın müasir dövrün tələblərinə uyğun şəkildə təmin edilməsi məqsədilə müxtəlif genişmiqyaslı layihələr həyata keçirən “Aztelekom” MMC ölkədə ikinci dəfə keçirilən “GSMA M360 Eurasia 2024” beynəlxalq konfransında geniş formatda iştirak edəcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə keçiriləcək tədbirdə mobil telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən dövlət və özəl qurumların rəhbər şəxsləri bir araya gələcək, generativ süni intellekt (Generative AI) və Rəqəmsal DNT (Digital DNA) mövzularında müzakirələr aparacaqlar.

 Konfransda, həmçinin sənaye liderləri yeni nəsil şəbəkələr və kibertəhlükəsizlik, rəqəmsal dövrün transformasiya gücü, eləcə də MDB ölkələri və qonşu regionlarda davam edən bu keçidin daha da sürətləndirilməsi yollarından danışacaqlar. 60-dan çox spikerin çıxış edəcəyi tədbirdə ətraf mühit, sosial və idarəetmə prinsipləri gündəmə gətiriləcək. COP29 ərəfəsində rəqəmsallaşma prosesi və iqlim fəaliyyətinin bir-birinə təsiri, dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün tətbiq olunan texnoloji yeniliklər ətrafında fikir mübadiləsi aparılacaq.

 Tədbir çərçivəsində “Aztelekom” MMC-nin Baş direktoru vəzifəsini icra edən Tural Pirverdiyev “Bağlantının yenidən müəyyən edilməsi: Gələcəyə Hazır Şəbəkələrin Arxitekturası” sessiyasında çıxış edəcək.

 Çıxışda şirkətin həyata keçirdiyi müxtəlif infrastruktur layihələri, o cümlədən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində Azərbaycanda telekommunikasiya infrastrukturunun yenilənməsi və müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən işlərlə bağlı ətraflı məlumat veriləcək.

 Petr Dvorak (Vodafone Group), Sunqmin Kim (East Telecom), Metyu Edvards (TowerXchange) və Sameh Naquibinin (AWS) də qatıldığı sessiya “Ubiquitous Wireless” şirkətinin Texniki direktoru Vadim Poskakukhinin moderatorluğu ilə keçiriləcək.

 Qeyd edək ki, ötən il Bakıda baş tutan tədbirə 29 fərqli ölkədən iştirakçılar qatılmışdı ki, onların 30%-ni telekommunikasiya sahəsində fəaliyyət göstərən müxtəlif şirkət və qurumların rəhbərləri, 45%-ni isə digər sahələrdə çalışan iştirakçılar təşkil edirdi. Bu il də tədbirin eyni miqyasda auditoriya toplaması gözlənilir.

 15-16 mayda “JW Marriott Absheron Baku” mehmanxanasında baş tutacaq tədbirdə GSMA M360 Eurasia səhifəsində onlayn qeydiyyatdan keçməklə iştirak etmək olar.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell   “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək

18-04-2024

Bakıda keçiriləcək “GSMA M360 Eurasia 2024” konfransına 2 gün qaldı

13-05-2024

“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

26-04-2024

“GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

03-05-2024

“AzInTelecom” “GSMA M360 Eurasia 2023” beynəlxalq konfransında!

11-05-2023

Azercell “GSMA M360 EURASIA 2023” konfransının baş sponsorudur

20-04-2023

Azercell və GSMA strateji tərəfdaşlıqlarının prioritet istiqamətləri haqqında danışdılar

23-05-2024

“GSMA M360 Eurasia 2024” konfransının açılışı baş tutdu

16-05-2024

“GSMA M360 EURASIA 2023” konfransına qeydiyyat davam edir

03-05-2023

Azercell-in prezidenti “GSMA M360 Eurasia 2025” konfransında çıxış edib

23-05-2025

Azercell-in baş sponsorluğu ilə "GSMA M360" konfransı keçirilib

17-05-2023

Azercell və GSMA əməkdaşlığı gücləndirir

24-09-2024

Bakı “GSMA M360 Eurasia 2023” beynəlxalq konfransına ev sahibliyi edib

18-05-2023

“Aztelekom”un Baş direktor əvəzi: "Hazırda transformasiya dövrü keçirik"

16-05-2023

“Aztelekom”un Baş direktor əvəzi: "Hazırda transformasiya dövrü keçirik"

16-05-2023

A-Solutions-un Baş İcraçı Direktoru rəqəmsal inkişafda tərəfdaşlıqların əhəmiyyətindən danışıb

23-05-2025

Azercell “GSMA M360 2024” konfransı çərçivəsində ilk ESG hesabatını təqdim etdi

16-05-2024

AzerTelecom Mobil Dünya Konqresində iştirak edib

07-03-2018

Nar Mobil Dünya Konqresində iştirak edib

28-02-2018

Azərbaycanda 5G-ni ilk tətbiq edəcək mobil şirkətin adı açıqlanıb

16-05-2023

Azercell COP29-un telekommunikasiya tərəfdaşıdır

04-11-2024

"Aztelekom"un rəhbəri dəyişib

18-10-2024

Ekspert: Region 6G-yə hazırlaşır, Azercell hələ GPON ilə məşğuldur

24-05-2025

"Azercell"də yeni təyinat

21-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə