Previous Next
Bağla

ABB-dən yenilik – süni intellekt almaq istədiyin evin qiymətini öyrənməyə dəstək olur!

10-10-2024 15:55
ABB-dən yenilik – süni intellekt almaq istədiyin evin qiymətini  öyrənməyə dəstək olur!

Ölkəmizdə ipoteka bazarının lideri olan ABB özünün ABB Home plaftormasını (abbhome.az) təqdim edib. Platformanın yaradılmasında məqsəd ipoteka ilə ev almaq istəyənlərin vaxtına qənaət, prosedurları sürətləndirmək, ipoteka ilə bağlı bütün xidmətləri bir platforma üzərindən təqdim etməkdir.

ABB Home getdikcə təkmilləşdiriləcək və beynəlxalq təcrübəyə uyğun olaraq ölkəmizdə rəqəmsal ipoteka ekosistemi kimi formalaşdırılacaq.

ABB Home-da ipoteka kreditləri ilə bağlı bütün suallara cavab tapmaq olar. Belə ki, müştərilər burada şəxsi məlumatlarını daxil edərək özlərinə düşə biləcək kredit məbləğini hesablaya, ipoteka krediti verən ABB filiallarının ünvanını öyrənə, ipoteka kabineti vasitəsilə sənədlərini onlayn şəkildə yükləyib ipoteka krediti üçün müraciət prosesini buradan apara bilərlər.

Müştərilərin sadəcə kredit rəsmiləşdirilməsi mərhələsində bank filialına yaxınlaşmaları kifayətdir.

ABB ipoteka krediti ilə mənzil almaq istəyənlər üçün ABB Home platformasında süni intellekt modelləri əsasında çalışan “Əmlakın qiymətini öyrən” alətini də təqdim edib. Beləliklə, müştərilər platforma üzərindən Bakı şəhəri ərazisində yerləşən mənzillərin qiymətini də öyrənə bilirlər. Hazırda burada, əsasən, mənzillərin təxmini qiymətləri təqdim edilir. Yaxın zamanlarda alət daha da təkmilləşdiriləcək, həyət evi, torpaq və digər daşınmaz əmlak növlərinin də qiymətini öyrənmək olacaq. Qiymətlər açıq məlumat mənbələri əsasında süni intellekt tərəfindən təxmin edilir.

ABB daxili ipoteka kreditlərini müştərilərə 10%-dən başlayan illik faiz dərəcəsi ilə, minimum 15% ilkin ödənişlə, 25 ilədək müddətə təklif edir. Kreditin maksimal məbləği 500 000 manata qədərdir.

ABB çoxsaylı tikinti şirkətləri ilə tərəfdaşlıq edir. ABB Home istifadəçiləri Bankın partnyor tikinti şirkətləri və onların mənzil layihələri haqqında da ətraflı məlumat əldə edə, həmin tikinti şirkətlərinin inşa etdiyi binalardan sadələşdirilmiş, çox əlverişli şərtlərlə təmirli, yaxud təmirsiz mənzillər ala bilərlər.

ABB-nin daxili ipoteka kreditləri ilə həm yeni və köhnə tikililərdə mənzillər, fərdi yaşayış evləri, o cümlədən bağ evləri, həm də torpaq sahələri almaq mümkündür. Bu, müştərilərə geniş və sərfəli seçim imkanı yaratmaqla yanaşı, ölkəmizdə tikinti biznesinin inkişafına da töhfə verir.

Xaricdə yaşayan və xarici ölkələrdən əməkhaqqı alan Azərbaycan Respublikası vətəndaşlarına da ABB-nin daxili ipoteka kreditindən yararlanmaq imkanı yaradılıb. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları

Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
MİDA kreditinə ilkin razılıq üçün banka gəlməyə ehtiyac qalmadı

MİDA kreditinə ilkin razılıq üçün banka gəlməyə ehtiyac qalmadı

01-09-2025
MyGov.az-la inteqrasiya ABB Home-da ipoteka kreditini daha da rahat və əlçatan etdi

MyGov.az-la inteqrasiya ABB Home-da ipoteka kreditini daha da rahat və əlçatan etdi

09-04-2025
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun

ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun

19-01-2026
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı

ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı

04-06-2026
ABB-dən 200 000 manata qədər təmir krediti

ABB-dən 200 000 manata qədər təmir krediti

13-03-2026
ABB-də nağd kreditə 6 faizədək endirim

ABB-də nağd kreditə 6 faizədək endirim

18-12-2025
Gömrük xərclərini ABB-nin İnternet Bankçılıq  platformasında hesabla

Gömrük xərclərini ABB-nin İnternet Bankçılıq platformasında hesabla

17-12-2024
ABB-nin Daşkəsən filialı da yeniləndi!

ABB-nin Daşkəsən filialı da yeniləndi!

20-05-2025
ABB-nin Saatlı filialı yenilənmiş binada  xidmətə başlayıb

ABB-nin Saatlı filialı yenilənmiş binada xidmətə başlayıb

04-06-2025
ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!

ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!

25-11-2024
ABB mobile tətbiqində ABŞ istiqrazlarına investisiya imkanı!

ABB mobile tətbiqində ABŞ istiqrazlarına investisiya imkanı!

11-12-2025
ABB sərfəli depozit kampaniyasına başladı!

ABB sərfəli depozit kampaniyasına başladı!

23-11-2024
ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yayıb

ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yayıb

01-07-2025
İndi aviabiletlər də ABB Business-də alınır

İndi aviabiletlər də ABB Business-də alınır

16-01-2026
ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı alıb

ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı alıb

19-12-2025
Yeni mənzillərdən ƏDV qazancı əldə etmək üçün rahat imkan!

Yeni mənzillərdən ƏDV qazancı əldə etmək üçün rahat imkan!

30-10-2024
ABB “Neftçilər”də yeni filial açıb

ABB “Neftçilər”də yeni filial açıb

26-11-2025
ABB-dən yüksək gəlirli əmanət kampaniyası

ABB-dən yüksək gəlirli əmanət kampaniyası

28-01-2026
ABB yeni korporativ saytını təqdim edib

ABB yeni korporativ saytını təqdim edib

19-11-2025
Bankçılıqda yeni dövr: bütün hesab məlumatları eyni tətbiqdə!

Bankçılıqda yeni dövr: bütün hesab məlumatları eyni tətbiqdə!

07-10-2025
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları

ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları

04-03-2026
ABB mobile tətbiqi yüksək təhlükəsizlik  sertifikatı alıb

ABB mobile tətbiqi yüksək təhlükəsizlik sertifikatı alıb

02-12-2024
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

16-12-2024
ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa edib

ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa edib

24-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə