Previous Next
Bağla

ABB istiqrazlarına yüksək investor marağı davam edir

18-06-2026 19:27
ABB istiqrazlarına yüksək investor marağı davam edir

Vətəndaşlar üçün yeni investisiya və qazanc imkanları yaradan ABB istiqrazlarına abunə yazılışının 3-cü mərhələsi də uğurla başa çatıb. Hər biri 5 milyon manat həcmində olan 1 illik və 2 illik istiqraz buraxılışları investorların yüksək marağı ilə qarşılanıb. Hər iki buraxılış üzrə sifarişlərin ümumi həcmi 19 846 100 manat təşkil edib. Bu da təklif olunan ümumi emissiya həcmindən təxminən 2 dəfə çoxdur.

İllik 9% gəlirlilik təklif edən 1 illik istiqraz buraxılışı üzrə sifarişlərin ümumi həcmi 9 087 900 manat olub. Bu buraxılış üzrə abunə yazılışında 227 investor iştirak edib, 428 sifariş təqdim olunub və onlardan 425-i icra edilib. Nəticədə 224 investorun sifarişi təmin olunub.

İllik 10% gəlirlilik təklif edən 2 illik istiqraz buraxılışı üzrə isə sifarişlərin ümumi həcmi 10 758 200 manat təşkil edib. Abunə yazılışında 181 investor iştirak edib, 398 sifariş təqdim olunub və onlardan 392-i icra edilib. Nəticədə 175 investorun sifarişi uğurla təmin olunub.

Nominal dəyəri 100 manat olan istiqrazlar hər buraxılış üzrə 50 min ədəd həcmində emissiya edilib. İstiqrazlar adlı, faizli, təmin edilməmiş və sənədsiz formada buraxılıb. İnvestorlara faiz ödənişləri hər ay həyata keçiriləcək. Fiziki şəxslər üçün istiqrazlardan əldə olunan faiz gəlirləri vergidən azaddır.

ABB istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında kütləvi təklif – abunə yazılışı üsulu ilə həyata keçirilib. Eyni zamanda, istiqrazların təkrar bazarda alqı- satqısı üçün də imkan yaradılıb.

ABB istiqrazları investorlara sabit və etibarlı gəlir əldə etmək imkanı təqdim etməklə yanaşı, ölkənin kapital bazarlarının inkişafına da mühüm töhfə verir.

ABB-nin planlaşdırdığı növbəti istiqraz emissiyalarının qrafiki ilə buradan tanış ola bilərsiniz. Yeni emissiyalar elan olunduqca dəqiq tarixlər də həmin səhifədə paylaşılacaq.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri haqqında ətraflı məlumatı Bankın filial və şöbələrindən, ABB-nin rəsmi internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, eləcə də Bankın rəsmi sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
ABB istiqrazlarına tələb bu dəfə təklifi  3 dəfə üstələdi!

ABB istiqrazlarına tələb bu dəfə təklifi 3 dəfə üstələdi!

13-05-2026
ABB istiqraz emissiyasının ikinci mərhələsinə  start verir

ABB istiqraz emissiyasının ikinci mərhələsinə start verir

23-04-2026
ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı!

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı!

19-03-2026
ABB 3-cü dəfə istiqraz emissiyasına başladı!

ABB 3-cü dəfə istiqraz emissiyasına başladı!

26-05-2026
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları

ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları

04-03-2026
ABB istiqrazları tam həcmdə uğurla yerləşdirildi

ABB istiqrazları tam həcmdə uğurla yerləşdirildi

24-12-2024
ABB-nin səhmlərinə abunə yazılışı başlandı!

ABB-nin səhmlərinə abunə yazılışı başlandı!

11-06-2024
ABB mobile tətbiqində ABŞ istiqrazlarına investisiya imkanı!

ABB mobile tətbiqində ABŞ istiqrazlarına investisiya imkanı!

11-12-2025
SOCAR-ın “Yaşıl” istiqrazları ABB  mobile tətbiqində!

SOCAR-ın “Yaşıl” istiqrazları ABB mobile tətbiqində!

23-01-2025
ABB-dən 200 000 manata qədər təmir krediti

ABB-dən 200 000 manata qədər təmir krediti

13-03-2026
ABB səhmdarlarına 200 000 000 manat  dividend ödəyəcək

ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək

08-05-2025
ABB-nin Saatlı filialı yenilənmiş binada  xidmətə başlayıb

ABB-nin Saatlı filialı yenilənmiş binada xidmətə başlayıb

04-06-2025
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

16-12-2024
ABB-dən yüksək gəlirli əmanət kampaniyası

ABB-dən yüksək gəlirli əmanət kampaniyası

28-01-2026
ABB-də nağd kreditə 6 faizədək endirim

ABB-də nağd kreditə 6 faizədək endirim

18-12-2025
ABB-nin Daşkəsən filialı da yeniləndi!

ABB-nin Daşkəsən filialı da yeniləndi!

20-05-2025
ABB sərfəli depozit kampaniyasına başladı!

ABB sərfəli depozit kampaniyasına başladı!

23-11-2024
ABB Mastercard-ın 2 mükafatını qazandı

ABB Mastercard-ın 2 mükafatını qazandı

06-05-2024
ABB-nin on minlərlə müştərisi YAŞAT Fonduna ianə etdi

ABB-nin on minlərlə müştərisi YAŞAT Fonduna ianə etdi

21-11-2024
ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!

ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!

25-11-2024
ABB səhmdarları 16 faizə yaxın dividend qazana bilərlər

ABB səhmdarları 16 faizə yaxın dividend qazana bilərlər

16-10-2025
ABB səhmlərinə sifarişlərin 84 faizi rəqəmsal platformalar üzərindən olub

ABB səhmlərinə sifarişlərin 84 faizi rəqəmsal platformalar üzərindən olub

24-09-2024
Xanımlar üçün “DigiHesab Max”-la 8 faiz gəlir fürsəti

Xanımlar üçün “DigiHesab Max”-la 8 faiz gəlir fürsəti

05-03-2025
ABB İnnovasiya Mərkəzinin daha 10 startapı investorlara təqdim edildi

ABB İnnovasiya Mərkəzinin daha 10 startapı investorlara təqdim edildi

01-07-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə