Həyat tərzi bankçılığı istiqamətində reallaşdırdığı layihələrin davamı kimi ABB daha bir mühüm yeniliyi səyahətsevərlərə təqdim edib.
Artıq səyahət planlarını da ABB-nin “İndi al, sonra ödə” xidməti ilə əvvəlkindən daha rahat və sərfəli şəkildə həyata keçirmək mümkündür. Belə ki, ABB mobile tətbiqindəki DigiTravel vasitəsilə aviabileti indi alıb, ödənişini 24 ayadək hissə-hissə ödəmək olar. Ödəniş 3 aya qədər komissiyasızdır.
Beləliklə, müştəri DigiTravel-dən istədiyi istiqamətə təyyarə biletini seçir, “İndi al, sonra ödə” xidməti ilə alışı tamamlayır və ödənişi aylara bölərək hissəli şəkildə yerinə yetirir. Bu imkandan istifadə çox sadə və rahatdır. ABB mobile istifadəçiləri tətbiq üzərindən bir çox istiqamətlərə biletlər axtara, uyğun reysləri seçib aviabileti tətbiqdən çıxmadan ala bilərlər. Müştəriyə axtarışlarına uyğun ən sərfəli seçimlərlə bağlı tövsiyələr də verilir. Belə bir xidmətdən yararlanmaqla 5000 manatadək dəyərində aviabiletləri hissəli şərtlərlə almaq olur.
Bank indiyə qədər ABB mobile tətbiqində DigiTravel xidməti ilə aviabilet alışından başqa səyahət sığortası xidmətini, visa müraciətləri üçün hesabdan çıxarışın və arayışların alınmasını, sırf səyahət məqsədləri üçün nəzərdə tutulan və səyahətlər zamanı böyük üstünlüklər verən TravelCard məhsulundan, ödənişlərdən millər qazandıran ABB-AZAL Miles kartlarından istifadə imkanını, xaricə səfərlər zamanı internet bağlantısına şərait yaradan ABB-eSIM xidmətini təqdim edib.
ABB səyahətsevərlərin eyni platformadan ən sərfəli və uyğun şərtlərlə xidmət almaq imkanlarını yeni layihələrlə bundan sonra da genişləndirəcək.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları