Previous Next
Bağla

Azərbaycanda Huawei kəskin ucuzlaşa bilər?

29-05-2019 18:50
Azərbaycanda Huawei kəskin ucuzlaşa bilər?

Son günlər Çinin “Huawei” şirkətinə məxsus telefonlarla bağlı söz-söhbət səngimək bilmir. Məsələ o qədər şişib ki, şirkətin məhkəməyə müraciət etməsinə qədər gedib çıxıb.

Xeberler.az bildirir ki, buna səbəb isə bir müddət əvvəl bu telefonların tətbiq yenilənməsinin məhdudlaşdırılması ilə bağlı xəbərlərin yayılmasıdır. 

Belə ki, ABŞ Prezidenti Donald Tramp “Huawei” şirkətini “qara siyahı”ya salıb. Bu səbəbdən “Google”, “İntel” və başqa şirkətlər “Huawei” ilə əməkdaşlıqdan imtina etməyi qərara alıb. Belə olan halda isə həmin mobil telefonlarda tətbiq yenilənmələri dayana bilər.

Bu, sözügedən şirkətin telefonlarının qiymətində kəskin ucuzlaşmaya səbəb olub.

Bu gün Azərbaycanın mobil telefon bazarında ən çox satılan telefonlardan birinin “Huawei” olduğunu nəzərə alaraq, yerli bazarda qiymətlərdə hansı “oynamalar”ın olduğu araşdırılıb.

Mövcud problem Azərbaycanın telefon bazarındakı vəziyyətə necə təsir göstərəcək? Qiymətlərdə ucuzlaşma müşahidə ediləcəkmi?

Məsələ ilə bağlı “Huawei” şirkətinin Müəssisə Kanal Meneceri Emil Yeroxin bildirib ki, mövcud problem Azərbaycan bazarına heç bir mənfi təsir göstərməyəcək:

“Son günlər mediada tirajlanan məlumatlar şirkətimizin istehsalı olan mobil telefon istifadəçilərini narahat etməsin. Biz hər zaman olduğu kimi öz öhdəliklərimizi yerinə yetirir və ştat rejimində fəaliyətimizi davam etdiririk. Bazarı inkişaf etdirməyə davam edirik. Bu, sadəcə, ABŞ və şirkətimiz arasında yaranmış anlaşılmazlıqdır. Biz ümid edirik ki, qısa zaman çərçivəsində bu problem tam olaraq aradan qaldırılacaq”.

Smartfonların tətbiq yenilənmələrinin dayandırılmasına münasibət bildirən E.Yeroxin qeyd edib ki, satılan bütün telefonlara 3 aylıq lisenziya verilib:

“Google” şirkəti tərəfindən “Huawei”yə 3 aylıq lisenziya verilib. Bu 3 ay ərzində satılan bütün telefonlar tam işlək vəziyyətdə olacaq. Bu kiçik anlaşılmazlıq 1-2 aya öz həllini tapacaq. Heç bir narahatlığa əsas görmürük.

Tətbiqlərdə heç bir problem yoxdur. İnanmıram ki, bu məsələ gələcəkdə hər hansı bir problem yaratsın. Anlaşılmazlıq qısa zamanda öz həllini tapacaq”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Huawei Samsung  şirkəti ilə əməkdaşlığa başlayır

Huawei Samsung şirkəti ilə əməkdaşlığa başlayır

09-09-2015
Huawei smartfonları Google-dan imtina edib

Huawei smartfonları Google-dan imtina edib

30-08-2019
Sanksiyalara baxmayaraq yenə də satışları rekord qırır

Sanksiyalara baxmayaraq yenə də satışları rekord qırır

03-07-2019
Tramp lisenziyanın müddətini uzatmayacaq

Tramp lisenziyanın müddətini uzatmayacaq

19-08-2019
ABŞ Huawei-in lisenziyasını uzada bilər

ABŞ Huawei-in lisenziyasını uzada bilər

17-08-2019
Huawei 5G-ə giriş üçün lisenziya alıb

Huawei 5G-ə giriş üçün lisenziya alıb

29-07-2019
Trampın Huawei qadağası Bakıdakı telefon satışına təsir etməyib

Trampın Huawei qadağası Bakıdakı telefon satışına təsir etməyib

23-05-2019
Google-la Huawei arasında problem Aztelekom-a təsir edəcək?

Google-la Huawei arasında problem Aztelekom-a təsir edəcək?

22-07-2019
Microsoft Huawei-yə qoyulan sanksiyalara etiraz edib

Microsoft Huawei-yə qoyulan sanksiyalara etiraz edib

11-09-2019
Android Q əməliyyat sistemi istifadəçilərin ixtiyarına veriləcək

Android Q əməliyyat sistemi istifadəçilərin ixtiyarına veriləcək

01-07-2019
Ekspert: Huawei ilə əməkdaşlıq edənləri nə gözləyir?

Ekspert: Huawei ilə əməkdaşlıq edənləri nə gözləyir?

21-05-2019
Huawei şirkəti Google Maps-ə əvəzləyici tapıb

Huawei şirkəti Google Maps-ə əvəzləyici tapıb

21-01-2020
Huawei ilə DGX-nin imzaladığı niyyət protokolu çox risklidir

Huawei ilə DGX-nin imzaladığı niyyət protokolu çox risklidir

00-00-0000
Donald Trump milli təhlükəsizlikdən danışıb

Donald Trump milli təhlükəsizlikdən danışıb

25-07-2019
“Huawei” şirkəti “Android”dən imtina edir

“Huawei” şirkəti “Android”dən imtina edir

14-10-2024
ABŞ Huawei-nin 5G şəbəkəsinə alternativ yaradacaq

ABŞ Huawei-nin 5G şəbəkəsinə alternativ yaradacaq

04-09-2019
Huawei Android-lə işləməyə davam edəcək

Huawei Android-lə işləməyə davam edəcək

19-07-2019
Huawei Bakıda yeni  məhsullar təqdim edib

Huawei Bakıda yeni məhsullar təqdim edib

21-09-2017
ABŞ hökuməti Huawei-lə əməkdaşlığa qoyulan qadağanı yumşaldıb

ABŞ hökuməti Huawei-lə əməkdaşlığa qoyulan qadağanı yumşaldıb

11-07-2019
Britaniya 5G şəbəkələrində “Huawei” avadanlığının quraşdırılmasını qadağan edəcək

Britaniya 5G şəbəkələrində “Huawei” avadanlığının quraşdırılmasını qadağan edəcək

30-11-2020
AzTU ilə “Huawei” şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

AzTU ilə “Huawei” şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

09-06-2022
Telekommunikasiya avadanlıqları bazarı hansı şirkətlərin əlindədir?

Telekommunikasiya avadanlıqları bazarı hansı şirkətlərin əlindədir?

23-03-2023
"Huawei" şirkəti Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

"Huawei" şirkəti Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

24-06-2019
Huawei il ərzində 100 milyon smartfon satıb

Huawei il ərzində 100 milyon smartfon satıb

24-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə