Previous Next
Bağla

Trampın Huawei qadağası Bakıdakı telefon satışına təsir etməyib

23-05-2019 09:19
Trampın Huawei qadağası Bakıdakı telefon satışına təsir etməyib

ABŞ prezidenti Donald Tramp “Huawei” şirkətinin avadanlığından istifadənin qadağan edilməsi haqqında fərman imzalayıb.  Daha sonra isə məlumat yayıldı ki, Amerikanın “Google” kompaniyası Çinin “Huawei” şirkətinə texniki dəstək verməyi və xidmət göstərməyi dayandırmaq qərarına gəlib.

Məlumat üçün bildirək ki, dünyanın ikinci ən iri smartfon istehsalçısı olan “Huawei” öz məhsullarında “Google” kompaniyasının “Android” sistemindən istifadə edir. Ötən il Çin kompaniyası dünya bazarına 200 milyon smartfon çıxarıb. Bildirilib ki, “Huawei” bundan sonra “Android” proqram təminatından və “Google” kompaniyasının tərəfdaşlarına göstərdiyi müxtəlif xidmətlərdən istifadə edə bilməyəcək.

“Huawei” öz qurğularında, həmçinin Amerikanın “Qualcomm”, “Intel” və “Broadcom” kompaniyalarının istehsal etdiyi yarımkeçiricilərdən geniş istifadə edir. Çin şirkətinin ABŞ-dan aldığı ehtiyat hissələrinin həcmi 11 milyard dollara çatır.

Ekspertlərin fikrincə, “Huawei” kompaniyasının əsas komponentlərdən məhrum edilməsi həm Amerikanın yarımkeçirici istehsalçılarına, həm də qlobal sahəyə mənfi təsir göstərəcək. KİV-lər Çin şirkətinin xeyli ehtiyat hissəsi yığdığını və alternativ yarımkeçirici istehsalçıları axtardığını, eləcə də smartfonlar üçün öz əməliyyat sistemini hazırlamaq üzrə işlərə başladığını yazırlar.

2018-ci ildə “Huawei” kompaniyasının gəliri 105 milyard dollar təşkil edib, qazancı isə 8 milyard dolları keçib.

“Huawei” telefonlarından Azərbaycanda da geniş istifadə olunur. Bəs ölkəmizdə bu telefonların istifadəçiləri hansısa problem yaşayacaqlarmı?

Xeberler.az bildirir ki, “Yeni Müsavat”ın əməkdaşı telefon mağazalarında olub, “Huawei”in hansı markalarının satıldığını öyrənib.

Satıcılar öncə bildirdilər ki, “Huawei” şirkətinə məxsus “Honor” telefonları Azərbaycanda daha çox satılır. Bu telefonlar orta seqmentə aiddir və qiyməti isə funksiya və gücündən asılı olaraq 249-999 manat arasında dəyişir. Qeyd edilən markanın alıcıları isə gənclər və tələbələrdir.  “Huawei” telefonlarının isə üst səviyyəsi “Huawei Mate 20 Pro”-dur. Bu telefonun qiyməti 2099 manatdır. Telefon dünyada kifayət qədər məşhurdur. Azərbaycanda da bu modeli sevənlər az deyil. Telefonun reklamı İçərişəhərdə Qoşa Qala qapısının qarşısında da qoyulub.

Azərbaycanda satılan “Huawei” telefonlarının ən ucuzu “Huawei” Y5 lite telefonudur. Bu telefonun qiyməti 214 manatdır.

Satıcılar bildirdilər ki, ABŞ-ın qadağasının Azərbaycanda telefonlara ciddi təsiri olmayacaq: “ABŞ şirkətlərinin yaydığı məlumatda qeyd edilib ki, proqramların yenilənməsi dayandırılacaq. Bu isə o deməkdir ki, telefonlar  azı 4-5 il işləyəcək. O ərəfədə də Çin özü yeni proqram təminatı yarada bilər. İndi ölkədə çox adam android 5.01 seriyasını işlədir. Elə adam var ki, telefonunun ”android"i 4.1.2-ci seriyadır. Həmin seriya da 2014-cü ilə aiddir. Artıq “android 9.0" tətbiqindən istifadə olunur. Bu tətbiq də yenilənirdi. İndi yenilənməyəcəksə, istifadəçilər, sadəcə olaraq, hansısa dizayndan məhrum olacaqlar. Telefonun özü isə qeyd etdiyim kimi, 4-5 il problemsiz işləyəcək”, deyə satıcılardan biri bildirdi.

Bakıda iri telefon mağazalarında Çinin daha çox “Xiaomi” telefonları satılır. “Huawei” telefonlarına bir çox mağazalarda rast gəlinmir. Satıcılar bildirdilər ki, dizayn və batareya saxlaması baxımından “Huawei” “Xiaomi”dən geri qalır. Eyni zamanda iki şirkətin eyni parametrli telefonlarından “Huawei” daha bahadır. Ona görə də alıcılar daha çox “Xiaomi” almağa üstünlük verirlər.

Onu da qeyd edək ki, “Huawei” şirkətinin banisi Jen Çjenfey ABŞ-ın Ticarət Nazirliyinin şirkətin Birləşmiş Ştatlarda fəaliyyətini müvəqqəti yeniləməsi qərarına münasibət bildirib.

Onun sözlərinə görə, ABŞ-ın qərarı “Huawei” üçün əhəmiyyət kəsb etmir. Şirkətin banisi həmçinin əlavə edib ki, digər şirkətlər yaxın 2-3 ildə 5G texnologiyasında “Huawei”yə çata bilməyəcəklər.

Çjenfey vurğulayıb ki, şirkətin texnologiyası ABŞ-ın addımlarından zərər çəkməyib. Daha əvvəl Çinin “Huawei” şirkətinin rəhbərliyi hesab edir ki, ABŞ prezidenti Donald Trampın informasiya texnologiyalarının müdafiəsi haqqında fərmanı təşkilatın hüquqlarını məhdudlaşdırır.

“Huawei” dünyanın “Android” inkişafına böyük töhfələr verib. “Android”in əsas tərəfdaşlarından biri olaraq, biz həm də istehlakçılar üçün və birbaşa sənaye üçün zəruri olan ekosistemi inkişaf etdirmək üçün açıq platforma ilə işləyirik".

 “Huawei Azərbaycan” şirkətindən isə Report-a bildirilib ki, “Huawei” bütün mövcud “Huawei” və “Honor” smartfon və tabletləri üçün təhlükəsizlik sistemlərinə və satış sonrası xidmətlərə dair yenilikləri təmin etməyə davam edəcək:“Dünyada ”Huawei" istifadəçiləri üçün daha yaxşı istifadə təcrübəsini təmin etmək üçün təhlükəsiz və davamlı proqram təminatı ekosistemi yaratmağa davam edəcəyik".

Ekspert Osman Gündüz məsələ ilə bağlı sosial şəbəkədə status yazıb. O bildirib ki, Azərbaycan üçün də təhlükə mövcuddur: “Bizdə dövlət sektorunda ”Huawei"in xüsusi çəkisi yetərincədir. Ucuz olduğu üçün bəzi dövlət qurumları bu şirkətin sistemlərinə üstünlük verib. Bildiyim qədər BakTelecomun (BTRİB) 80% - i, Aztelekom 70%-i, hətta bəzi dövlət qurumlarının Data Mərkəzləri “Huawei” məhsulları üzərində oturub. Sanksiyalar hələlik “Huawei” telefonlarla bağlıdır. Əgər sabah ABŞ sanksiyaları “Huawei” bütün avadanlıqlarına və proqramlarına şamil olunarsa, nə baş verəcək? Təsəvvür etmək çox çətindir.

Azərbaycan informasiya sahəsində çox ciddi təhdidlərlə üzləşə bilər.

Xatırlayıram ki, NRYTN yeni qurduğu Data Mərkəz də az qala “Huawei”n nəzarətinə keçirdi. Son anda “BestComp” şirkətinin çevik siyasəti ilə bu məsələ sovuşub. Düşünürəm ki, bu hadisədən sonra XDMX bütün dövlət İT sektorunu monitorinq və audit etməlidir. Bildiyim qədər bizdə “Huawei” ilə daha çox əməkdaşlıq edən “Eurodesign” və “Ultra” şirkətləri olub.  Sanksiyalarla əlaqəli gözlənilən “Huawei” təhlükələrindən yayınmaq üçün hökumət təcili B planı hazırlamalıdır".

Ekspert onu da qeyd edib ki, ABŞ-ın “Huawei” telefonlarına qarşı məlum sanksiyasından sonra bu telefonlardan istifadə edənlər üçün də problemlər qaçılmaz olacaq:

 “Güman ki, ABŞ şirkətləri, xüsusilə ”Google"  “Huawei” üçün gərəkli olan servisləri bağlayacaqlar. Yenilənmə olmayacaq. Bunun üçün 1 il vaxt da müəyyən olunub. Hazırda bu istiqamətdə hiss olunur ki, Çin və ABŞ arasında çox kəskin mübarizə gedir. Güman ki, Çin də hansısa üsullarla təsir etməyə çalışır.

Əlbəttə, mümkündür müəyyən yumşalmalar olsun. İstənilən halda “Huawei”  istifadə edən vətəndaşlar baş verənlərin fərqində olmalıdır və alternativlər üzərində düşünməsi faydalı ola bilərdi".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Android Q əməliyyat sistemi istifadəçilərin ixtiyarına veriləcək

01-07-2019

Huawei smartfonları Google-dan imtina edib

30-08-2019

Ekspert: Huawei ilə əməkdaşlıq edənləri nə gözləyir?

21-05-2019

Sanksiyalara baxmayaraq yenə də satışları rekord qırır

03-07-2019

Huawei şirkəti Google Maps-ə əvəzləyici tapıb

21-01-2020

Microsoft Huawei-yə qoyulan sanksiyalara etiraz edib

11-09-2019

Huawei Samsung şirkəti ilə əməkdaşlığa başlayır

09-09-2015

ABŞ hökuməti Huawei-lə əməkdaşlığa qoyulan qadağanı yumşaldıb

11-07-2019

Huawei ilə DGX-nin imzaladığı niyyət protokolu çox risklidir

00-00-0000

Huawei Android-lə işləməyə davam edəcək

19-07-2019

Huawei Bakıda yeni məhsullar təqdim edib

21-09-2017

Huawei il ərzində 100 milyon smartfon satıb

24-12-2015

Huawei 5G-ə giriş üçün lisenziya alıb

29-07-2019

Huawei Apple-ı geridə qoydu

07-09-2017

Huawei və Bakcell tələbələri həvəsləndirir

19-10-2015

ABŞ Huawei-in lisenziyasını uzada bilər

17-08-2019

AzTU ilə “Huawei” şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

09-06-2022

Britaniya 5G şəbəkələrində “Huawei” avadanlığının quraşdırılmasını qadağan edəcək

30-11-2020

“Huawei” şirkəti “Android”dən imtina edir

14-10-2024

Ekspert: Azərbaycanın Huawei şirkəti ilə əməkdaşlığında risklər olacaqmı?

09-12-2021

Azərbaycanda Huawei kəskin ucuzlaşa bilər?

29-05-2019

"Huawei" yeni mobil əməliyyat sistemini təqdim edib

24-10-2024

Çin şirkəti Qarabağda: Risklər aradan qalxıbmı?.. - Osman Gündüz

29-04-2021

5G rəqabəti kəskinləşir- Huawei-dən yeni çip

26-02-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə