Previous Next
Bağla

ABŞ Şimali Koreyanın sanksiyalardan yayınmasına dair hesabat təqdim edib

13-01-2026 09:00
ABŞ Şimali Koreyanın sanksiyalardan yayınmasına dair hesabat təqdim edib

Yanvarın 12-də Birləşmiş Millətlər Təşkilatı-nda ABŞ tərəfindən üzv dövlətlərə və beynəlxalq media nümayəndələrinə Koreya Xalq Demokratik Respublikasının (KXDR) qanunsuz kiber və informasiya texnologiyaları işçilərinin fəaliyyəti vasitəsilə BMT sanksiyalarının pozulması və onlardan yayınmasına dair Çoxtərəfli Sanksiyaların Monitorinq Qrupunun ikinci hesabatı təqdim olunub.

Xeberler.az ABŞ Dövlət Departamentinin Xarici Mətbuat Mərkəzinə istinadən məlumat verir ki, hesabatı ABŞ Dövlət Departamentinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə baş katibin köməkçisinin müavini Conatan Fritz təqdim edib.

Fritzin sözlərinə görə, Şimali Koreyaya bağlı kibercinayətkar qruplar ilin son rübündə 400 milyon dollardan çox vəsait oğurlayıb və bu fəaliyyət nəticəsində onların illik qeyri-qanuni gəlirləri təxminən 2 milyard dollara çatıb. O, həmçinin ümumilikdə 2 milyard dollar dəyərində bitkoinin oğurlandığını qeyd edib.

“Amerika Birləşmiş Ştatları Şimali Koreyanın tam nüvəsizləşdirilməsinə və KXDR-ə qarşı BMT sanksiyalarının icrasına sadiqdir. Əminik ki, Monitorinq Qrupu KXDR-in sanksiyaları pozması ilə bağlı məsələlər üzrə vaxtında, qlobal miqyasda aktual və faktlara əsaslanan hesabatlar dərc etməyə davam edəcək”, – deyə Conatan Fritz bildirib.

Qeyd edək ki, Şimali Koreyaya qarşı BMT sanksiyalarının pozulması və onlardan yayınma hallarını izləmək və sənədləşdirmək məqsədilə yaradılan Çoxtərəfli Sanksiyaların Monitorinq Qrupu 2024-cü ildə fəaliyyətə başlayıb. Qrupun yaradılması BMT-nin 1718 saylı Komitəsinin Ekspertlər Panelinin mandatının uzadılmasına Rusiyanın veto qoymasından sonra mümkün olub.

Hazırda Monitorinq Qrupuna 11 ölkə daxildir: Avstraliya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Niderland, Yeni Zelandiya, Koreya Respublikası, Birləşmiş Krallıq və ABŞ. (APA)

 

 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Cənubi Koreya Şimali Koreyanın İT mütəxəssislərinə sanksiyalar tətbiq edir

26-12-2024

Şimali Koreya hakerləri üç milyard dollar dəyərində kriptovalyuta oğurlayıblar

17-10-2024

Dünyada pərakəndə onlayn ticarətin ortaillik artım tempi 17 faiz təşkil edib

20-11-2013

2 milyard dollarlıq kriptovalyuta oğurlanıb

08-10-2025

Çin 2030-cu ilə qədər süni intellekt sahəsində ABŞ-ı keçməyi hədəfləyir

26-03-2025

Şimali Koreya 3G texnologiyasının tətbiqinə hazırdır

28-05-2009

BMT kiberməkan üçün ABŞ-ın təklif etdiyi normaları qəbul edəcək

14-07-2015

Dünyanın ən yaxşı İT universitetləri

26-03-2009

Şimali Koreya internetsiz qaldı

23-12-2014

MM BMT-nin "Kibercinayətkarlığa qarşı" Konvensiyasını təsdiq edəcək

28-01-2026

Avropa ölkələri Şimal qütbü vasitəsilə sualtı internet kabeli çəkəcək

15-02-2026

KXDR hakerləri koronavirusa qarşı peyvəndlər barədə məlumatları oğurlamağa çalışıb

16-02-2021

Heydər Əliyev Mərkəzi mavi rənglə işıqlandırılacaq

20-10-2015

Facebook reklam bazarında üstünlüyü ələ alıb

03-04-2015

“ASAN xidmət”in nümayəndə heyəti Kamboca Krallığına səfər edib

05-12-2025

Şimali Koreya yeni haker qrupu yaradıb

24-03-2025

HP kompüterlərin satış həcminə görə liderliyini qoruyur

08-09-2009

Hanoyda BMT-nin kibercinayətkarlıq haqqında paktı imzalanacaq

22-10-2025

“Azərkosmos”un xidmətlərinin ixrac olunduğu ölkələrin sayı artıb

31-01-2024

BMT Baş Assambleyası internet istifadəçilərini qorumaq üçün nəzərdə tutulmuş qətnaməni yekdilliklə təsdiqləyib.

20-12-2013

“İnnovasiya” İşçi qrupunda 2024-cü ilin nəticələri müzakirə edilib

04-02-2025

Azərbaycan BMT-nin “Elektron hökumət”in inkişaf səviyyəsinə görə yeni reytinqində 28 pillə irəliləyib

26-06-2014

BMT-də “ASAN xidmət”lə bağlı plenar sessiya təşkil edilib

10-04-2025

TASİM layihəsi beynəlxalq tədbirdə müzakirə olunacaq

24-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə