ADİU-nun 4 saylı tədris korpusunda “Wi-Fi” sistemi quraşdırılıb

27-09-2013 / 09:42
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) 4 saylı tədris korpusu əsaslı yenidənqurmadan sonra fəaliyyətə başlayıb.
ADİU-dan verilən məlumata görə, tədris korpusu optik kabellə universitetin əsas binası və serveri ilə birləşdirilib. Bütün auditoriyalar kabel interneti və “Wi-Fi”  ilə təmin olunmuş, interaktiv üsulla dərs keçmək üçün 46 auditoriyada diaproyektorlar, multi-sistemlər, koridor və auditoriyalarda isə audio sistemlər quraşdırılıb.
Binada 80 nəfərlik test üsulu ilə imtahan vermək üçün xüsusi otaq yaradılıb, tələbə və müəllimlər üçün yeməkxana və mətbəx müasir dizaynla yenidən qurulub.
Tələbə və müəllimlərin rahatlığını təmin etmək üçün bütün partalar və mebellər yenilənib. Akt zalı, tibb məntəqəsi, idman zalı, konfrans zalı, şahmat klubu, aerobika zalı və istilikxana tamamilə müasir tələblər səviyyəsinə gətirilib.(ictnews.az)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə