İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4” layihəsi çərçivəsində növbəti infosessiya Azərbaycan Dövlət Pedaqoji Universitetində
(ADPU) keçirilib. İnfosessiyada universitetin bir qrup müəllimi və çoxsaylı tələbə iştirak edib.
Xeberler.az məlumat verir ki, tədbir “Enterprise Azerbaijan” portalının rəhbəri, dosent İsa Qasımovun təqdimatında “Startap layihələrinin formalaşdırılması və inkişafı” mövzusunda təlimlə başlayıb. Təlim çərçivəsində iştirakçılara startap anlayışı, ideyaların biznes modelinə çevrilməsi və innovativ yanaşmalar barədə ətraflı məlumat verilib. Eyni zamanda, təhsil sektorunda mövcud problemlərin innovativ həll yollarına dair interaktiv müzakirələr aparılıb və iştirakçılar praktiki tapşırıqlar üzərində işləyiblər.
Görüşün davamında tədbir iştirakçılarına “Startup School 4” layihəsi haqqında geniş məlumat verilib. Bildirilib ki, proqram 2026-cı ildə “Beş qitə - 500 startap” şüarı ilə həyata keçirilir və əsas məqsəd yerli startapların qlobal innovasiya ekosisteminə inteqrasiyasını sürətləndirməkdir. Layihə çərçivəsində iştirakçılar üçün beynəlxalq mentorluq, təlim proqramları və investisiya imkanlarına çıxış təmin olunacaqdır.
Qeyd edək ki, “Startup School 4” layihəsinə startapların onlayn qeydiyyatı aktivdir.
Layihəyə ideya mərhələsində olan, MVP hazırlığı görən və ya artıq hazır MVP-si olan startaplar müraciət edə bilərlər.
Son müraciət tarixi: 15 may 2026
Qeydiyyat üçün link: https://startupschool.az/en/register

Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları