Bu ildən etibarən AFFA tərəfindən təşkil olunan U-10, U-11, U-12, “Coca-Cola U-13” və U-14 liqalarında “Smart oyun” adlandırılan elektron idarəetmə sistemi tətbiq olunacaq.
Xeberler.az AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, 12 mərkəzləşdirilmiş regionda AFFA-nın yerli nümayəndələri tərəfindən bu sistemə giriş təmin edilib.
Bu ildən etibarən mərkəzləşdirimiş regionlarda keçirilən oyunların sənədləşmə prosesi, oyun protokollarının doldurulması və nəticələrin ötürülməsi, təqvim və turnir cədvəlinin işlənilməsi onlayn olaraq smart sistemlə idarə olunacaq.
Bu məqsədlə AFFA tərəfindən regionlardan müvafiq mərkəzlərə əməkdaşlar işə götürülüb. Sistemin tətbiqi yarışların keçirilmə prosesinin təkmilləşdirilməsini və sürətləndirməsini, uşaq liqalarının idarə olunmasında müasir texnologiyaların istifadəsini təmin edəcək, həmçinin sistemə daxil ediləcək məlumatların elektron mübadilə vasitələrində, sosial şəbəkələrdə yayılmasına, liqaların təbliğatının gücləndirilməsinə təkan verəcək. Oyunlar başa çatdıqdan sonra digər məlumatlarla yanaşı, qarşılaşmalarda çəkilmiş fotolar da sistemə paralel olaraq AFFA-nın sosial şəbəkələrdəki səhifələrinə daxil ediləcək.
Oyunların iştirakçısı olan uşaqlar, eləcə də azarkeşlər həmin fotolara baxmaq, o cümlədən şəkilləri istifadə etdikləri cihazlara yükləmək imkanı əldə edəcəklər.
Mirvari Nəcəf
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri