Previous Next
Bağla

"Agentliyin layihəsi xəstəni süni nəfəs aparatına qoşmağa bənzəyir"

25-11-2022 18:11
"Agentliyin layihəsi xəstəni süni nəfəs aparatına qoşmağa bənzəyir"
Medianın İnkişafı Agentliyi “E-köşk” portalının - qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimini keçirib.
 
"İlin günün bu vaxtında, ölkədə rəqəmsallaşmanın indiki səviyyəsində ,internet medianın inkişaf səvisyyəsində, "yeniliklərdən xəbərdar" olmaq üçün 15-20 il əvvəlki texnologiyaya üstünlük vermək bilmirəm ki, MEDİA-nın necə və haradan ağlına gəlib".
 
Bu barədə Xeberler.az-a Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib.
 
Onun sözlərinə görə, qəzet və jurnal infrastrukturunu rəqəmsal transformasiya etmək, onların müxtəlif dilli veb, mobil və sosial resurslarının inkişafına dəstək vermək, təhlükəsizliyinə dəstək vermək əvəzinə Agentliyin belə bir bir layihəsi yumşaq desək, xəstəni süni nəfəs aparatına qoşmağa bənzəyir:
 
"Beynəlxalq təcrübə göstərir ki, səmərəsiz prosesləri rəqəmsallaşdırmaq heç vaxt uğurlu olmur və daha ciddi problemlər yaradır. Fikrimcə, qəzet və jurnalların onlayn versiyası işə başlamazdan öncə, hazırda Milli Kitabxanada mövcud olan arxivin rəqəmsalaşdırılması üçün dəstək verilməsi bəlkə daha əhəmiyyətli ola bilərdi.
Anlayıram ki, Agentlik nəsə etmək istəyir. Çalışır. Amma müşahidələr göstərir ki, Agentliyin bu tip addımları spontan xarakterlidir. Qurum gərək mütəxəssisləri, maraqlı tərəfləri cəlb edib, medianın inkişafı üçün normal bir konseptual baxışlar hazırlasın".
 
Osman Gündüzün sözlərinə görə, təşkilatçılar qeyd ediblər ki, bu layihə Prezidentin 2008-ci ildə təsdiq edilmiş “Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq hazırlanıb. Hansı ki, bu sənəd hazırlanan vaxtlarda ölkənin media mühiti tam fərqli olub:
 
"Düşünürəm ki, Medianın İnkişafı Agentliyinin 10 illər öncəki sənədin ab-hsvasına deyil, maraqlı tərəflləri cəlb etməklə Prezidentin tapşırıqlarına uyğun olaraq müasir çağırışlata cavab verən media infrastrukturun inkişafına yönəlik konseptual sənədin layihəsinin hazırlanmasına diqqət yetirməsi faydalı olardı. Agentliyin medianın inkişafı üçün dövlət resurslarından daha səmərəli istifadə etməsi və strateji məsələlərə diqqət yetirməsi daha doğru olardı. Yeri gəlmişkən, ümumiyyətlə bu tip məsələlərin, media ilə bağlı ən xırda detalların da "dövlətləşməsi" doğru bir yanaşma deyil. Daha doğru olardı ki, Agentlik sektordakı bu tip və digər bir çox məsələləri , özünütənzimləyici qurumlara, məsələn yeni formalaşan Mətbuat Şurasına ötürsün və bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi üçün təşəbbüslər etsin".
 
 
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Baş Prokurorluq son zamanlar medianı xüsusi diqqətdə saxlayır

10-08-2022

Ekspert: Medianın İnkişafı Agentliyi bəzi məqamlara diqqət yetirməlidir

09-07-2021

“İnformasiya mühitini formalaşdıran yeni mediadır, dövlət dəstəyi alan qəzetlərdir”

01-10-2016

Ekspert: Metrix güvənli olacaqmı və doğurdanmı ölkədə ilkdir ?

02-05-2022

Medianın İnkişafı Agentliyinin sədri: Medianın yeni formalaşan trendləri texnoloji təhdidlərə də səbəb olur

11-10-2024

Ekspert: Nə üçün “Media haqqında” qanun layihəsi gizli saxlanılır?

05-07-2021

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

14-01-2025

Osman Gündüz: “Yeni Medianın inkişaf perspektivləri” mövzusunda Konfrans keçiriləcək

01-05-2014

Ekspert İnnovasiyalar Agentliyindən danışdı

19-04-2019

MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib

18-09-2025

Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdinə qarşı mövzusunda dəyirmi masa keçirilib

12-09-2019

“Dövlət internet mediaya dəstək verməlidir”

29-12-2014

Nazir müavini: Süni intellektin inkişafı medianın məsuliyyətini daha da artırır

01-05-2026

“Startaplar Dövlət Vergi Xidmətindən qaçır”-Səbəb

17-10-2023

Azərbaycanla Özbəkistanın media nümayəndələri görüşüb

06-05-2025

“Onlayn Medianın inkişafına dəstək” Layihəsi fəaliyyətə başlayır

10-09-2013

Osman Gündüz: İndiki zamanda “Sosial media haqqında” qanuna ehtiyac varmı?

14-02-2022

MEDİA-da Monqolustanın nümayəndə heyəti ilə görüş keçirilib

14-04-2026

Ekspert : Ölkədə innovasiyaların inkişafı üçün yeni mərhələ başlayacaq

07-11-2018

“Media Savadlılığı” platformasının təqdimatını edib.

20-12-2023

“Yeni media : kadr təminatı və peşəkarlıq” konfransı keçiriləcək

20-11-2011

Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüş keçirib

06-05-2025

Prezident media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb

13-01-2021

TikTok nə zaman açılacaq?

17-10-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə