Previous Next
Bağla

Ekspert: Metrix güvənli olacaqmı və doğurdanmı ölkədə ilkdir ?

02-05-2022 15:02
Ekspert: Metrix  güvənli olacaqmı və doğurdanmı ölkədə ilkdir ?

"Metrix.az” -milli rəqəmsal media təhlili platforması təqdim olunub.

Xeberler.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz ötən gün öz “Facebook” səhifəsində paylaşım edib.

“Sosial mediadan əldə etdiyim məlumatlara görə Metrix Medianın İnkişafı Agentliyinin layihəsidir.

Dərhal qeyd edim ki, Agentliyin niyəti və təşəbbüsü təqdirə layiqdir.

Amma yenə də media işi düzgün qurulmayıb.

Xüsusilə də, dövlət resursu hesabına hazırlanan bir reytinq sisteminin bu formada təqdim edilməsi yolverilməzdir.

Bunun mütəxəssislərlə birgə ilkin müzakirəsi keçirmək, internet media bazarını ciddi analiz etmək faydalı olardı.

Qeyd olunub ki, sanki bu layihə ölkədə İLK-dir. Halbuki son 15 ildə mən ən azı üç bu tip layihə tanıyıram ki, Azərbaycanda fəaliyyət göstərib. Hətta biri dövlət layihəsi idi.

20 il öncə yaradılan "ilk10.az" özəl layihə də əvvəlki funksionallıqla olmasa da, hələ də aktivdir.

Burada ən diqqət çəkən məqam dövlətin reytinq sisteminin güvənliyidir.

Düşünürəm ki, dövlət resursu hesabına hazırlanan, dövlətə məxsus bu sistemin kodları mütləq açıqlanmalıdır, şəffaflıq və güvənlik təmin edilməlidir.

İstifadəçilər öncədən bilməlidir ki, saytlar, xəbərlər hansı alqoritmlərlə analiz olacaq.

Bu kodları, alqoritmləri öncədən görmədən hansısa reytinqi kor-koranə qəbul etmək dövlət layihəsi üçün yolverilməzdir.

Süni botlar, robotların qarşısı necə alınacaq, hansı sistemlər tətbiq olunacaq, məlumat verilməyib.

Tam əminliklə deyə bilərəm, təcrübə də onu göstərir ki, kodlar açıqlanmadan təqdim olunacaq hansısa reytinqi güvənli hesab etmək problemli olacaq.

Burada daha ciddi hesab olunacaq məsələlər var. Əgər hansısa bir xəbər saytda silinəcəksə "Metrix"dən də silinəcəkmi ? Kim məsuliyyət daşıyır bunlara.

Gələcəkdə bu tip məsələlərlə bağlı, Metrix-in sövdələşmə obyektinə çevrilməsi ilə bağlı risklər yarana bilər.

Düşünürəm ki, şəffaflığın və güvənliyin yetərli olmadığı , dövlət resursu hesabına hazırlanan bu cür faydalı sistem daha təkmil formada təqdim olunmalıdır”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert:Onlayn satış prosesində şəffaflıq və ictimai nəzarət üçün hansı imkanlar yaradılacaq?

Ekspert:Onlayn satış prosesində şəffaflıq və ictimai nəzarət üçün hansı imkanlar yaradılacaq?

15-08-2022
Ekspert:Kritik qurumların kibertəhlükəsizliyi necə təmin olunacaq?

Ekspert:Kritik qurumların kibertəhlükəsizliyi necə təmin olunacaq?

07-05-2022
Antiinhisar Dövlət Xidmətində görüş keçirilib

Antiinhisar Dövlət Xidmətində görüş keçirilib

27-04-2022
Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

02-04-2021
İKTA-nın faydalı addımları və onu gözləyən risklər

İKTA-nın faydalı addımları və onu gözləyən risklər

12-06-2024
Ekspert: Baş Prokurorluq son zamanlar medianı xüsusi diqqətdə saxlayır

Ekspert: Baş Prokurorluq son zamanlar medianı xüsusi diqqətdə saxlayır

10-08-2022
Seçkilər ərəfəsində sosial media məhdudlaşdırıla bilərmi?

Seçkilər ərəfəsində sosial media məhdudlaşdırıla bilərmi?

28-03-2018
Ekspert: Səhiyyə sistemi nə dərəcədə rəqəmsallaşıb ?

Ekspert: Səhiyyə sistemi nə dərəcədə rəqəmsallaşıb ?

09-12-2019
Dövlət resursları ilə bağlı problem həll olundu - Daha çökməyəcək

Dövlət resursları ilə bağlı problem həll olundu - Daha çökməyəcək

19-04-2021
Həll edilməyən internet problemi: "Keyfiyyətsiz xidmətlə bağlı cərimələr tətbiq edilməlidir”

Həll edilməyən internet problemi: "Keyfiyyətsiz xidmətlə bağlı cərimələr tətbiq edilməlidir”

16-03-2021
DGK məmuru sənədləri necə saxtalaşdıra bilib?

DGK məmuru sənədləri necə saxtalaşdıra bilib?

30-08-2023
Bəzi dövlət qurumları fərdi məlumatların təhlükəsizliyini hələ də ciddiyə almır-RƏY

Bəzi dövlət qurumları fərdi məlumatların təhlükəsizliyini hələ də ciddiyə almır-RƏY

18-08-2023
Ekspert müsabiqəyə çıxarılan radiotezliklə bağlı mübahisəyə rəy bildirib

Ekspert müsabiqəyə çıxarılan radiotezliklə bağlı mübahisəyə rəy bildirib

12-12-2019
Ekspert:Azərbaycanda 5G infrastrukturu nə zaman qurulacaq?

Ekspert:Azərbaycanda 5G infrastrukturu nə zaman qurulacaq?

16-08-2022
Ekspert: Icbari tibbi sığorta sahəsində problemlər var

Ekspert: Icbari tibbi sığorta sahəsində problemlər var

14-01-2020
Ekspert:Nazirlərin internet məlumatları ələ keçirilib

Ekspert:Nazirlərin internet məlumatları ələ keçirilib

23-04-2022
Yaşayış yeri haqqında e-arayışı hansı qurum tanıyacaq?

Yaşayış yeri haqqında e-arayışı hansı qurum tanıyacaq?

16-04-2015
Kağızdan tam imtina 2026-cı ilədək reallaşa bilər

Kağızdan tam imtina 2026-cı ilədək reallaşa bilər

13-04-2022
Nazirliyin dəstəyilə yaradılan Azərbaycan dilinin milli korpusu haradadır ?

Nazirliyin dəstəyilə yaradılan Azərbaycan dilinin milli korpusu haradadır ?

27-03-2024
Ekspert: "EHİM-in hazırladığı məlumat  eGov sahəsində çalışan İT şirkətinin illik press relizini xatırladır"

Ekspert: "EHİM-in hazırladığı məlumat eGov sahəsində çalışan İT şirkətinin illik press relizini xatırladır"

11-01-2022
Ekspert: Nə üçün Qarabağla bağlı Əlaqələndirmə Qərargahının informasiya resursu yoxdur?

Ekspert: Nə üçün Qarabağla bağlı Əlaqələndirmə Qərargahının informasiya resursu yoxdur?

15-07-2021
Ekspertdən təklif: Əsgərlərə göndərilən bağlamalar pulsuz daşınsın

Ekspertdən təklif: Əsgərlərə göndərilən bağlamalar pulsuz daşınsın

01-10-2020
Ekspert: Yüksək sürət üçün olan qiymətlər hətta bəzi özəl provayderlərdən də bahadır

Ekspert: Yüksək sürət üçün olan qiymətlər hətta bəzi özəl provayderlərdən də bahadır

11-08-2022
Ekspertlər nə düşünür: sosial media lisenziyalaşdırıla bilərmi?

Ekspertlər nə düşünür: sosial media lisenziyalaşdırıla bilərmi?

07-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə