Previous Next
Bağla

Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdinə qarşı mövzusunda dəyirmi masa keçirilib

12-09-2019 10:17
Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdinə qarşı mövzusunda dəyirmi masa keçirilib

Xeberler.az bildirir ki, sentyabrın 11-də siyasi partiyalar, media və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda dəyirmi masa keçirirlib.

Tədbir iştirakçıları siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi ilə bağlı Bəyanat qəbul edib. YAP-ın rəsmisi Əli Əhmədov çıxışında bu sahədə milli həmrəyliyin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Mövzu konkret olsa də bəzi çıxışçılar müxtəlif mövzuları da müzakirə ediblər. 

Tədbirdə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz də iştirak edib. Ekspert bildirib: "Çıxışımda qeyd etdiyim kimi düşünürəm ki, bu sahədə bizim üzərimizə də, xüsusilə də hökumət üzərinə daha çox yük düşür.

Əlbəttə, İnternetdən, sosial mediadan sui istifadə, söyüş və böhtanlar yolverilməzdir. Düşünmürəm ki, normal təfəkkürlü kimsə bunu dəstəkləsin. Azərbaycan maraqları, dövlətçilik həmişə ilk sırada olmalıdır.

Informasiya sahəsində ölkəmizə qarşı təcavüzün qarşısını almaq üçün öncə biz özümüzdən, öz ölkəmizin daxilində dayanıqlı, etibarlı və əlçatan informasiya mühiti yaratmalıyıq. Bunun üçün hökumət səylərini artırmalıdır.

Bu problemin həlli üçün informasiya sahəsində milli maraqlarımızı müasir tələblər baxımından nəzərdən keçirib daha konseptual yanaşmalıyıq.

Dövlətə məxsus informasiya resurslarında, məsələn İTV-də plüralizm olmalıdır, internetdə alternativlik olmalı və inhisarçılıq aradan qaldırılmalı, qəzetlərə deyil İnternet meduanın -sosial medianın inkişafına dəstək verilməlidir, medianın müstəqilliyi və dayanıqlı inkişafı üçün münbit şərait yaradılmalıdır, milli informasiya resurslarımız məhkəmə qərarı olmadan, ciddi əsaslar olmadan bloklanmamalıdır, milli kontentin inkişafına dəstək verilməlidir və s.

Son zamanlar məmurların və vəzifəli şəxslərin sosial mediaya gəlişini bu istiqamətdə uğurlu addım hesab etmək olar.

Müasir dövrdə informasiya sahəsində təhdidlər və təhlükələr yeni mahiyhət kəsb edir.

Cəmiyyətlərin, insanların idarə edilməsi və seçkilərin nəticələrinin müyyən olunmasında sosial media mühüm rol oynamağa başlayıb.

Bu baxımdan düşünürəm ki, problemə daha konseprtual yanaşmalı, informasiya sahəsində müasir təhdidlər baxımından yeni təhlükəsizlik konsepsiyası hazırlamaq doğru olardı. Məhz bununla Azərbaycanı xaosa sürükləmək istəyən xarici güclərin qarşısını ala bilərik.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Şərqşünas alim “Yeni media və kommunikasiyalar” Beynəlxalq Ege Konqresində iştirak edib

Şərqşünas alim “Yeni media və kommunikasiyalar” Beynəlxalq Ege Konqresində iştirak edib

25-10-2024
Ekspert: Baş Prokurorluq son zamanlar medianı xüsusi diqqətdə saxlayır

Ekspert: Baş Prokurorluq son zamanlar medianı xüsusi diqqətdə saxlayır

10-08-2022
“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçiriləcək

“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçiriləcək

30-01-2014
Milli informasiya resursları ələ keçirilib

Milli informasiya resursları ələ keçirilib

03-03-2023
Mətbuat Şurası və BDU COP29-a həsr olunmuş dəyirmi masa keçirib

Mətbuat Şurası və BDU COP29-a həsr olunmuş dəyirmi masa keçirib

06-11-2024
Azərbaycan II Mərkəzi Asiya Media Forumunda təmsil olunur

Azərbaycan II Mərkəzi Asiya Media Forumunda təmsil olunur

16-04-2025
Ekspert : İnternetdə və sosial mediada məhdudlaşdırmaları məqbul hesab etmədik

Ekspert : İnternetdə və sosial mediada məhdudlaşdırmaları məqbul hesab etmədik

14-02-2019
Azərbaycanda ilk dəfə canlı Twitter konfrans keçiriləcək

Azərbaycanda ilk dəfə canlı Twitter konfrans keçiriləcək

02-07-2011
Seçkilər ərəfəsində sosial media məhdudlaşdırıla bilərmi?

Seçkilər ərəfəsində sosial media məhdudlaşdırıla bilərmi?

28-03-2018
“İnformasiya mühitini formalaşdıran yeni mediadır, dövlət dəstəyi alan qəzetlərdir”

“İnformasiya mühitini formalaşdıran yeni mediadır, dövlət dəstəyi alan qəzetlərdir”

01-10-2016
Ekspert: Medianın İnkişafı Agentliyi bəzi məqamlara diqqət yetirməlidir

Ekspert: Medianın İnkişafı Agentliyi bəzi məqamlara diqqət yetirməlidir

09-07-2021
Əli Hüseynli: “Sosial media haqqında” qanunun hazırlanması prioritet məsələdir”

Əli Hüseynli: “Sosial media haqqında” qanunun hazırlanması prioritet məsələdir”

14-02-2022
“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçiriIəcək.

“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçiriIəcək.

17-01-2014
Vətəndaş Cəmiyyəti və İnternet İdarəçiliyi məsələsi müzakirə edilib

Vətəndaş Cəmiyyəti və İnternet İdarəçiliyi məsələsi müzakirə edilib

09-11-2012
“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçirilib

“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçirilib

04-02-2014
Ekspert: "Twitter"ə qoyulan məhdudiyyət aradan qaldırılmalıdır

Ekspert: "Twitter"ə qoyulan məhdudiyyət aradan qaldırılmalıdır

12-10-2020
Namizədliyini irəli sürənlər sosial mediadan çağırışlara başlayıb

Namizədliyini irəli sürənlər sosial mediadan çağırışlara başlayıb

03-09-2015
Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?

Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?

03-09-2019
Rusiya Azərbaycan İnternetinə müdaxilə edə bilərmi? - Şərh

Rusiya Azərbaycan İnternetinə müdaxilə edə bilərmi? - Şərh

01-07-2025
Osman Gündüz Avropa institutlarından Informasiya əldə edilməsi haqqında Qanuna ediləcək dəyişikliklərlə bağlı münasibət bildirməsini istəyib

Osman Gündüz Avropa institutlarından Informasiya əldə edilməsi haqqında Qanuna ediləcək dəyişikliklərlə bağlı münasibət bildirməsini istəyib

07-06-2012
Ekspert : ASAN İmza-dan imtina olunmalıdır

Ekspert : ASAN İmza-dan imtina olunmalıdır

18-02-2019
Dövlət internet mediaya dəstək göstərəcək

Dövlət internet mediaya dəstək göstərəcək

18-01-2016
İnformasiya təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək

İnformasiya təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək

13-05-2015
XRİTDT: Kibertəhlükəsizlik sahəsində təhdidlər daha da mürəkkəbləşib

XRİTDT: Kibertəhlükəsizlik sahəsində təhdidlər daha da mürəkkəbləşib

21-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə