Previous Next
Bağla

Ekspert: Baş Prokurorluq son zamanlar medianı xüsusi diqqətdə saxlayır

10-08-2022 18:13
Ekspert: Baş Prokurorluq son zamanlar medianı xüsusi diqqətdə saxlayır

Bu gün sosial mediada açıqlanan məlumatlardan görünür ki, Baş Prokurorluq "Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması" mövzusunda Konfrans təşkil edib.

Xeberler.az bildirir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində qeyd edib.

"Bundan öncə də Baş Prokurorluq yeni qəbul edilən "Media haqqında qanun"un tələblərini əsas gətirərək media subyektləri və sosial media istifadəçilərinə xəbərdarlıqlar etmişdi. Eyni zamanda bundan öncə açıqlanan məlumatlardan görünürdü ki, Baş Prokurorluq sosial media istifadəçilərin yazdıqları məlumatların məzmununa aid ola biləcək tələblər də irəli sürmüşdü.

Görünən odur ki , Baş Prokurorluq son zamanlar sosial şəbəkə istifadəçilərini, medianı xüsusi diqqətdə saxlayır. Əlbəttə, sosial medianın qanunsuz məqsədlər üçün, qeyri-qanuni çağırışlar üçün istiafdəsi yolverilməzdir. Lakin bununla bağlı ölkədə qanunvericilik də xeyli inkişaf edib və müvafiq tənzimləmələr nəzərdə tutulub. Amma atılan addımlar internet azadlığı, sosial medianın inkişafı, ifadə azadlığı üçün də risklər yaradır.

Düşünürəm ki, Baş Prokurorluğun son zamanlar bu istiqamətdəki intensiv addımları artıq medianı, xüsusən də sosial medianı tənzimləmək görüntüsü yaradır ki, bu da təhlükəli tendensiyadır. Hazırda dünyanın bir çox ölkələri də bizim qarşılaşdığımız problemlərlə, milli təhlükəsizlik, sosial mediadan qeyri-qanuni məqsədlər üçün istifadə problemləri ilə üz-üzədir. Amma bu tip məsələlərin tənzimlənməsində ehtiyatlı olmaq, təcrübələri öyrənmək daha doğru yanaşma olar. Bunun üçün yalnız dar çərçivədə müzakirələr aparmaq doğru yanaşma deyil, bu müzakirələr bütün maraqlı tərəflərin iştirakı ilə, özünü tənzimləyici qurumaları cəlb etməklə, beynəlxalq normaları və yerli qanunvericiliyin tələblərini gözləməklə gerçəkləşdirilməlidir.

Milli maraqalrımız, 44 günlük müharibə , son zamanlar ölkəmizdə və dünyada baş verənlər göstərir ki, güclü media, inkişaf etmiş sosial media ölkəmiz üçün olduqca vacib faktordur.

Düşünürəm ki, Baş Prokurorluğun sosial mediaya ifadə azadlığı baxımından aşırı diqqəti sosial medianın mahiyyəti ilə də üst-üstə düşmür. Sosial media yalnız informasiya mənbəyi və ötürülməsi vasitəsi deyil, daha geniş platformadır. Prezident dəfələrlə vurğulayıb ki, ölkədə ən vacib məsələ həm də ictimai nəzarətdir. İndiki durumda ölkədə ən nəhəng ictimai nəzarət platforması da məhz sosial mediadır. Prezidentin də çağırışları ondan ibarətdir ki, insanlar həm də bu ictimai nəzarət platforması ilə fikirlərini açıqlamaqdan çəkinməməlidirlər. Yəni, rəsmi qurumların atdığı addımlar sadə istifadəçilər üçün çəkindirici olmamalıdır.

Baş prokuror Kamran Əliyev elə yuxarıda adı çəkilən konfransda sosial medianı diqqətlə izlədiklərini bildirib. Düşünürəm ki, bu, doğru bir yanaşmadır. Amma bütün bunlar bu cür platformanın daha da inkişafına, faydalı tərəflərindən daha çox bəhrələnməyə yönəlməlidir.

Sosial media həm də kommunikasiyadır, informasiya münasibətlərinin qurulması vasitəsidir, Azərbaycan üçün nəhəng biznes platformasıdır.

Azərbaycan əleyhinə işləyən qüvvələrin qarşısını almaq, güvənli infromasiya mühiti formalaşdırmaq üçün ilk növbədə hökumət rəsmi informasiyanı açıqlamalıdır, sosial medianı inkişaf etdirməlidir. Cəmiyyətimiz informasiyanı öz mənbələrimizdən, rəsmi qurumlardan, müstəqil mediadan və sosial mediadan almalıdır, hansısa Azərbaycan əleyhinə kənar resurslardan almalı deyil.

Fikrimcə, hökumətin daha çox rəsmi məlumatların açıqlanmasına, açıq hökumət və rəqəmsal hökumət quruculuğun , dövlət qurumlarının sosial mediadan daha effektiv istifadəsinə, rəqəmsallaşma məsələlərinə diqqət yetirməsi daha faydalı olar.

Düşünürəm ki, atılan addımlar sosial medianın, internet medianın, bütövlükdə Azərbaycan internetinin və bütövlükdə medianın inkişafına yönəlməlidir".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Yeni Media və yeni çağırışlar” mövzusunda Konfrans keçiriləcək

26-05-2014

Seçkilər ərəfəsində sosial media məhdudlaşdırıla bilərmi?

28-03-2018

“Günahı sosial şəbəkədə yox, özümüzdə axtarmalıyıq”

27-10-2017

Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?

03-09-2019

Ekspert: Nə üçün “Media haqqında” qanun layihəsi gizli saxlanılır?

05-07-2021

Müharibənin ilk həftəsi... - İnformasiya cəbhəsində nələr dəyişib?

05-10-2020

Facebook-un ictimai və biznes çəkisi azala bilərmi?

23-01-2018

Seçkilər zamanı sosial şəbəkələr bağlanacaq?

08-02-2018

Prezident: "Ölkəmizin həyatı ilə bağlı bir çox mühüm məsələləri sosial mediadan öyrənirəm"

21-07-2023

Dövlət provayderləri ya özəlləşdirilməli, ya da ləğv edilməlidir

17-07-2012

“Yeni Media və yeni çağırışlar” konfransı keçirilib

27-05-2014

Ekspert : İnternetdə və sosial mediada məhdudlaşdırmaları məqbul hesab etmədik

14-02-2019

Osman Gündüz: İndiki zamanda “Sosial media haqqında” qanuna ehtiyac varmı?

14-02-2022

Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdinə qarşı mövzusunda dəyirmi masa keçirilib

12-09-2019

Ekspert deputatları, siyasətçiləri, ictimai fəalları - Qınadı

04-04-2019

Bloklanmış saytların qara siyahısı tezliklə hazırlanmalıdır-EKSPERT

13-07-2018

Namizədliyini irəli sürənlər sosial mediadan çağırışlara başlayıb

03-09-2015

Ekspert: "Twitter"ə qoyulan məhdudiyyət aradan qaldırılmalıdır

12-10-2020

“Cəmiyyətin informasiya təhlükəsizliyi” mövzusunda konfrans keçirilib

11-08-2022

Ekspert: Türkiyə sosial mediaya qarşı sərt xəttini davam etdirir

29-07-2020

"Sosial şəbəkələr enerji qəbiristanlığına çevrilməməlidir"

12-10-2018

Osman Gündüz: “Yeni Medianın inkişaf perspektivləri” mövzusunda Konfrans keçiriləcək

01-05-2014

Azərbaycanda ilk dəfə canlı Twitter konfrans keçiriləcək

02-07-2011

“İnformasiya mühitini formalaşdıran yeni mediadır, dövlət dəstəyi alan qəzetlərdir”

01-10-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə