Previous Next
Bağla

Agentliyin nümayəndələri TDT ölkələrinin iclasında iştirak edib

29-04-2025 16:54
Agentliyin nümayəndələri TDT ölkələrinin iclasında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana işgüzar səfər edib. Səfər çərçivəsində Agentliyin nümayəndələri Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin rəqabət qurumu rəhbərlərinin II iclasında iştirak ediblər.

Xeberler.az məlumat verir ki, iclasda süni intellekt sahəsində müasir tendensiyalar və təcrübələr üzrə rəqabət siyasəti, o cümlədən rəqəmsal bazarların tənzimlənməsi, kartel sövdələşmələrinin aşkarlanması və rəqabət orqanları arasında təcrübə mübadiləsi məqsədilə geniş müzakirələr aparılıb.

Tədbirin açılışında Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi Boqlarka İlleş, Macarıstan Rəqabət Qurumunun Prezidenti Ksaba Balaş Riqo və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev çıxış ediblər. Tədbirdə Azərbaycanla yanaşı, TDT-yə üzv olan digər ölkələr - Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin rəqabət orqanlarının rəhbərləri də iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov çıxışı zamanı rəqabətin təmin edilməsinin hər bir ölkənin iqtisadi inkişafı üçün önəmini vurğulayıb, bu sahədə TDT ölkələri arasında əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. TDT-nin ölkələr arasında mədəni, siyasi, strateji, o cümlədən iqtisadi əlaqələrin gücləndirilməsində rolu diqqətə çatdırılıb. Təşkilatın ticarət, nəqliyyat, rəqəmsal transformasiya, enerji, turizm, təhsil, mübadilə proqramları, mədəni irs və insan kapitalının inkişafı kimi sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsinə töhfəsindən bəhs edilib.

Qloballaşmanın gətirdiyi çağırışlar çərçivəsində rəqabətli iqtisadi mühitin qorunması və inklüziv, strateji rəqabət siyasətinin qəbul edilməsinin vacibliyindən bəhs edən Agentlik sədri Azərbaycan Respublikası Prezidentinin bu sahədə institusional çərçivənin gücləndirilməsi üçün atdığı mühüm addımları qeyd edib. Azərbaycanda 2024-cü ilin 1 iyul tarixindən qüvvəyə minən Rəqabət Məcəlləsinin rəqabət, antiinhisar fəaliyyəti və bazar iştirakçılarının hüquq və vəzifələrinə dair geniş tənzimləyici mexanizmləri əhatə etdiyi vurğulanıb.

Görüşün yekunu olaraq iştirakçılar TDT çərçivəsində rəqabət qurumları arasında əməkdaşlığın davam etdirilməsi, kartellərlə mübarizə, eləcə də süni intellekt texnologiyaları sahələrində birgə təcrübə və bilik mübadiləsinin aparılmasını dəstəkləyiblər.

Sonda TDT ölkələrinin rəqabət qurumu rəhbərlərinin növbəti görüşünün keçirilməsi barədə birgə kommünike imzalanıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb

Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb

09-06-2026
Dövlət Xidmətinin nümayəndələri Naxçıvanda seminarlar keçiriblər

Dövlət Xidmətinin nümayəndələri Naxçıvanda seminarlar keçiriblər

02-10-2024
Azərbaycan TDT-nin media və informasiya üzrə 6-cı toplantısında təmsil olunub

Azərbaycan TDT-nin media və informasiya üzrə 6-cı toplantısında təmsil olunub

19-12-2024
Agentlikdə “Trendyol” şirkətinin nümayəndələri ilə görüş keçirilib

Agentlikdə “Trendyol” şirkətinin nümayəndələri ilə görüş keçirilib

05-02-2026
Astanada Türk Dövlətləri Təşkilatının biznes-forumu keçirilir

Astanada Türk Dövlətləri Təşkilatının biznes-forumu keçirilir

13-05-2026
Baş katib Qazaxıstan-Azərbaycan fiberoptik kabelinin əhəmiyyətindən danışıb

Baş katib Qazaxıstan-Azərbaycan fiberoptik kabelinin əhəmiyyətindən danışıb

15-05-2026
TDT-nin 2-ci Nazirlər Toplantısının keçiriləcəyi tarix məlum olub

TDT-nin 2-ci Nazirlər Toplantısının keçiriləcəyi tarix məlum olub

08-10-2025
TDT nazirlərinin 2-ci iclasının Bəyannaməsi qəbul edilib

TDT nazirlərinin 2-ci iclasının Bəyannaməsi qəbul edilib

24-10-2025
Rəqabət Məcəlləsinin layihəsi təqdim edilib

Rəqabət Məcəlləsinin layihəsi təqdim edilib

24-05-2022
TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiyalar Nazirləri görüşür

TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiyalar Nazirləri görüşür

26-10-2024
TDT-nin Bakıda keçirilən görüşü çərçivəsində birgə bəyanat qəbul edilib

TDT-nin Bakıda keçirilən görüşü çərçivəsində birgə bəyanat qəbul edilib

02-04-2026
Azərbaycan TDT ölkələri ilə kibertəhlükəsizliyin gücləndirilməsinə dair müzakirələrdə iştirak edib

Azərbaycan TDT ölkələri ilə kibertəhlükəsizliyin gücləndirilməsinə dair müzakirələrdə iştirak edib

13-09-2024
Dövlət Xidmətində “Trendyol” şirkətinin nümayədə heyəti ilə görüş keçirilib

Dövlət Xidmətində “Trendyol” şirkətinin nümayədə heyəti ilə görüş keçirilib

04-11-2023
TDT-nın Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin iclası keçirilir

TDT-nın Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin iclası keçirilir

24-10-2025
TDT-nin Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilib

TDT-nin Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilib

27-11-2025
Türk Dövlətləri Təşkilatının Nəqliyyatı Əlaqələndirmə Komitəsinin iclası keçirilib

Türk Dövlətləri Təşkilatının Nəqliyyatı Əlaqələndirmə Komitəsinin iclası keçirilib

12-08-2022
Reklam fəaliyyətinə nəzarətlə bağlı İşçi qrup yaradılacaq

Reklam fəaliyyətinə nəzarətlə bağlı İşçi qrup yaradılacaq

04-11-2022
Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü keçirilir

Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü keçirilir

23-04-2025
TDT ölkələri "CubeSat"ın orbitə buraxılışına hazırlaşır

TDT ölkələri "CubeSat"ın orbitə buraxılışına hazırlaşır

31-03-2026
Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyası keçirilib

Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyası keçirilib

11-07-2025
Azərbaycanla TDT İKT ilə bağlı müzakirələr aparıb

Azərbaycanla TDT İKT ilə bağlı müzakirələr aparıb

16-12-2022
Türk Dünyası Marketinq, Reklam və Media Birliyi təsis olunub

Türk Dünyası Marketinq, Reklam və Media Birliyi təsis olunub

01-05-2025
“Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini davam etdirəcək”

“Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini davam etdirəcək”

06-11-2024
Türk Dövlətləri Startap və İnnovasiya Əməkdaşlıq Platforması yaradılacaq

Türk Dövlətləri Startap və İnnovasiya Əməkdaşlıq Platforması yaradılacaq

24-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə