Previous Next
Bağla

Azərbaycan TDT-nin media və informasiya üzrə 6-cı toplantısında təmsil olunub

19-12-2024 18:07
Azərbaycan TDT-nin media və informasiya üzrə 6-cı toplantısında təmsil olunub

Dekabrın 19-da Azərbaycanın nümayəndə heyəti Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 6-cı toplantısında iştirak edib.

Xeberler.az məlumat verir ki, tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan Respublikası ilə Türk Dövlətləri Təşkilatına üzv olan digər ölkələr arasında media sahəsində ikitərəfli əməkdaşlığın inkişafına, birgə layihələrin həyata keçirilməsinə və təcrübə mübadiləsinin təşviqinə xüsusi diqqət göstərildiyini bildirib.

O, sürətli texnoloji inkişafın yaratdığı yeni reallıqlar fonunda Türk dövlətləri arasında media sahəsində əlaqələrin gücləndirilməsinin müstəsna əhəmiyyət daşıdığını vurğulayaraq diqqətə çatdırıb ki, tərəfdaş ölkələr arasında bu sahədə imzalanan Anlaşma memorandumları media və kommunikasiya sahəsində əməkdaşlığın təşviqini hədəfləyir, eyni zamanda, milli maraqlarımızın qorunmasına və qlobal mövqeyimizin möhkəmləndirilməsinə birmənalı yanaşmamızı nümayiş etdirir.

Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 6-cı toplantısının sonunda Kommünike qəbul olunub.

Səfər çərçivəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin baş direktoru Asadjan Xocayev arasında ikitərəfli görüş keçirilib.

Görüşdə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi”nin icra vəziyyəti, həmçinin kommunikasiya sahəsinə məsul olan struktur bölmələrin fəaliyyətinin gücləndirilməsi, hər iki ölkənin media subyektləri arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, eyni zamanda, prioritet hədəflərin və birgə təşəbbüslərin müəyyənləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, media savadlılığının yüksəldilməsi üçün ortaq layihələrin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
TDT-nin media və informasiya üzrə məsul nazirlərinin toplantısı keçirilib

TDT-nin media və informasiya üzrə məsul nazirlərinin toplantısı keçirilib

28-11-2025
MEDİA-da Özbəkistanın məsul nümayəndələri ilə görüş olub

MEDİA-da Özbəkistanın məsul nümayəndələri ilə görüş olub

29-09-2025
Əhməd İsmayılov: Özbəkistanla qısa vaxtda möhkəmlənmiş media əlaqələrimiz nümunəvi səciyyə daşıyır

Əhməd İsmayılov: Özbəkistanla qısa vaxtda möhkəmlənmiş media əlaqələrimiz nümunəvi səciyyə daşıyır

24-09-2024
Azərbaycan və Albaniya media sahəsində memorandum imzalayıb

Azərbaycan və Albaniya media sahəsində memorandum imzalayıb

13-11-2024
TDT-nin Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilib

TDT-nin Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilib

27-11-2025
Azərbaycanla Özbəkistanın media nümayəndələri görüşüb

Azərbaycanla Özbəkistanın media nümayəndələri görüşüb

06-05-2025
Çin Qitələrarası Kommunikasiya Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib

Çin Qitələrarası Kommunikasiya Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib

16-11-2024
MEDİA-da Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib

MEDİA-da Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib

08-04-2026
Çinlə radio və TV yayımı sahəsində memorandum imzalanıb

Çinlə radio və TV yayımı sahəsində memorandum imzalanıb

24-06-2025
MEDİA-da Monqolustanın nümayəndə heyəti ilə görüş keçirilib

MEDİA-da Monqolustanın nümayəndə heyəti ilə görüş keçirilib

14-04-2026
MEDİA ilə "Sinxua" agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

MEDİA ilə "Sinxua" agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

01-09-2025
“Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” Forumu başa çatıb

“Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” Forumu başa çatıb

24-09-2024
Qazaxıstanın “Mərkəzi Kommunikasiyalar Xidməti”nin nümayəndələri ilə görüş keçirilib

Qazaxıstanın “Mərkəzi Kommunikasiyalar Xidməti”nin nümayəndələri ilə görüş keçirilib

16-12-2024
“Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” mövzusunda Media Forumu keçirilib

“Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” mövzusunda Media Forumu keçirilib

24-09-2024
MEDİA-nın Müşahidə Şurasının ilin yekunlarına dair iclası keçirilib

MEDİA-nın Müşahidə Şurasının ilin yekunlarına dair iclası keçirilib

17-12-2025
Azərbaycan–Türkiyə Birgə Media Platformasının İşçi Komissiyası yaradılacaq

Azərbaycan–Türkiyə Birgə Media Platformasının İşçi Komissiyası yaradılacaq

28-03-2026
Agentliyin nümayəndələri TDT ölkələrinin iclasında iştirak edib

Agentliyin nümayəndələri TDT ölkələrinin iclasında iştirak edib

29-04-2025
Medianın İnkişafı Agentliyində onlayn media subyektlərinin rəhbərləri ilə görüş keçirildi

Medianın İnkişafı Agentliyində onlayn media subyektlərinin rəhbərləri ilə görüş keçirildi

12-08-2022
Ənənəvi media süni intellektin yaratdığı imkanlar dəqiq dəyərləndirməlidir

Ənənəvi media süni intellektin yaratdığı imkanlar dəqiq dəyərləndirməlidir

17-12-2024
Azərbaycan II Mərkəzi Asiya Media Forumunda təmsil olunur

Azərbaycan II Mərkəzi Asiya Media Forumunda təmsil olunur

16-04-2025
ADA Universiteti və "MEDİA" arasında əməkdaşlıq memorandumu imzalanıb

ADA Universiteti və "MEDİA" arasında əməkdaşlıq memorandumu imzalanıb

17-03-2022
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib

MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib

18-09-2025
Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüş keçirib

Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüş keçirib

06-05-2025
Əhməd İsmayılov: İnformasiya təhlükəsizliyinin təmin edilməsi müasir dövrün vacib çağırışlarındandır

Əhməd İsmayılov: İnformasiya təhlükəsizliyinin təmin edilməsi müasir dövrün vacib çağırışlarındandır

11-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə