2015-ci ilin ən yaxşı ağıllı saatları

28-12-2015 / 11:30

2015-ci ildə olduqca uğurlu ağıllı saatlar təqdim olundu.

Bunların arasında çox yaxşıları və marağa səbəb olmayanlar da oldu.

Xeberler.az olaraq bu dəfə ilin ən yaxşı ağıllı saatlarını təqdim edirik.

Samsung Gear 2 – Gear S2 Calssic

İlin ən uğurlu ağıllı saatlarından biri olan Samsung Gear S2 heyranedici dizaynı ilə yanaşı qiymətinin sərfəli olması ilə seçilir. 

Klassik və idman olmaqla iki fərqli modelə sahib olan Gear S2 Spor modeli 400 dollar, Gear S2 Classic modeli isə 500 dollar dəyərindədir.

Ağıllı saat həm suya, həm də toza qarşı davamlıdır.

 

Pebble Time – Time Round

Ağıllı saat bazarının ilk  istehsalçılarından olan Pebble 2015-ci ildə təqdim etdiyi Time və Time Round modelləri ilə bu bazarın liderlərindən biri olduğunu bir daha sübut etdi.

Rəqiblərinə nisbətən daha ucuz və daha uzunömürlü batareyaya sahib olması ilə seçilir. 

Pebble Time modeli 7 günə kimi davamlı batareya sahibdir. Bu modelin qiyməti isə sadəcə 130 dollardır.

 

Apple Watch

2015-ci ilin üçüncü yarısında təqdim olunan Apple Watch bu ilin ən çox maraqla gözlənilən saatı idi.

Rəqiblərinə nisbətən dəyərli olan Apple Watch-un qiyməti 349 dollardan 15 min dollara kimi davam edir.

 

Lg  Watch

Google-un ağıllı saatlar üçün hazırladığı Android Wear əməliyyat sistemini istifadə edən LG Watch 320 x 320 piksel  1.3 düymlük dairəvi ekrana sahibdir.

 

Hauwei Watch

Dizayn baxımından olduqca gözəl görünüşə malik ağıllı saat Android Wear əməliyyat sistemi ilə işləyir.

1.4 düymlük ekrana sahib olan saat paslanmayan poladdan istehsal olunub.  Rəqiblərindən isə daha davamlı olması ilə seçilir.

 

Sevinc Əsədova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə