Pokemon GO Apple Watch üçün təqdim edildi

23-12-2016 / 12:44

Pokemon GO oyunu  Apple Watch tətbiqi üçün istifadəyə verildi.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, hələ də bir çox ölkədə rəsmi olaraq təqdim edilməyən oyun Apple Watch istifadəçiləri üçün yayımlanıb.

Əvvəlki qədər  maraq olmasa da, Pokemon GO bu ilin ən çox oynanılan oyunları arasında öz yerini saxlayır. 

iPhone istifadəçiləri üçün Pokemon GO hazırlayan şirkət bu təcrübəni ilk olaraq Apple Watch tətbiqi ilə sınaqdan  keçirir.

Belə ki, tətbiq pokemon-ları yumurtadan çıxartmaq, yaxındakı PokeStop-ları bildirmə və onlardan əşyalar toplanması kimi xüsusiyyətləri təqdim edir. Qazanılan medal və uğurlar isə Apple Watch tətbiqinə bildiriş olaraq gəlir.

Lakin Apple Watch tətbiqiylə pokemon tutmaq əməliyyatını həyata keçirmək mümkün deyil. Bunu üçün hələlik bir iPhone ehtiyacınız var.

Pokemon GO Sizi yeriməyə məcbur etdiyi bir oyun olduğu üçün Apple Watch tətbiqi oynanan hər mərhələni idman fəaliyyəti olaraq qeyd edir.

Günel 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə