Apple-dan telefon funksiyasına malik saat-Foto

13-09-2017 / 15:36

Apple Kaliforniyada keçirilmiş təqdimat çərçivəsində yeni Apple Watch qurğusunu təqdim edib.

Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, Apple Watch Series 3 cihazı LTE dəstəkli daxili mobil modula malikdir. Beləliklə, saat vasitəsilə zəng etmək və musiqi yükləmək olar.



Cihazın displeyi, həmçinin antena rolunu oynayır. Apple Watch qurğusunun korpusu əvvəlki nəsillə müqayisədə dəyişməyib. Yeni nəsil saat yeni Apple W2 prosessoru ilə təchiz edilib. Bunun sayəsində əvvəlki nəsildən 70 faiz daha məhsuldardır. Həmçinin korpusdakı "Digital Crown" düyməsi qırmızı rəngdə rənglənib.

Qurğu 22 sentyabr tarixində satışa çıxarılacaq. LTE versiyanın qiyməti 400 dollardan, mobil modulsuz versiyanın qiyməti isə 330 dollardan başlayacaq.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə