Azərbaycanda avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) “bir pəncərə” sistemi vasitəsi ilə həyata keçiriləcək.
Xeberler.az məlumat verir ki, bu, “Avtomobil nəqliyyatı haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi ilə bağlı qanun layihələrində öz əksini tapıb.
Təklif edilən dəyişikliyə əsasən xüsusi icazənin verilməsi üçün elektron xidmət təşkil ediləcək və daxil olan müraciətə aidiyyəti üzrə baxılması üçün müraciət həmin qurumlara elektron sistem üzərindən yönləndiriləcək.
Mümkün sui-istifadə hallarının istisna edilməsi məqsədilə xüsusi icazənin verilməsi üçün dövlət rüsumu, həmçinin iriqabaritli və/və ağırçəkili nəqliyyat vasitəsinin müşayiət (DİN) və mühafizə (AAYDA) avtomobili ilə müşayiəti, eləcə də marşrutun müəyyən edilməsi üçün xidmət haqqı müəyyən ediləcək.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mikrişili bildirib ki, yeni dəyişiklik sektora üstünlük gətirəcək:
“Azərbaycan regionda yeganə ölkədir ki, “İcazə” blankı olmayan və ya xarici dövlətlərlə qarşılıqlı razılaşma əsasında müəyyən edilmiş kvotadan artıq xarici nəqliyyat vasitələrinin ölkə ərazisinə/ərazisindən daşıma həyata keçirməsinə imkan yaradır. Bu hal Azərbaycan daşıyıcılarının rəqabət qabiliyyətinə mənfi təsir göstərməklə, bu sahənin inkişafına əngəl yaradır. Bu imkandan bir çox hallarda öz dövlətində beynəlxalq daşımalara buraxılmayan və aidiyyəti qurumlarından icazə ala bilməyən daşıyıcılar istifadə edir ki, bu da öz növbəsində respublikamızda təhlükəsizliklə bağlı məsələləri aktuallaşdırır.
“İcazə” blanklarının sərhəd-keçid məntəqələrində verilməsinin ləğvi Azərbaycan daşıyıcıları üçün daha dəyərli hesab edilən xarici “İcazə” blankları üçün daha əlverişli kvotanın müəyyən edilməsində Azərbaycan tərəfinin mövqeyini daha da möhkəmləndirir. Kvotadan kənar daşımaların Azərbaycan daşıyıcıları tərəfindən həyata keçirilməsi onların gəlirlərinin artması, vergi daxilolmalarının çoxalması, yeni iş yerlərinin yaranması və digər müsbət hallar ilə nəticələnəcək.
Redaktə xarakterli düzəliş edilir, vergi ödəyiciləri qismində "Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliyyat vasitəsini idarə edən şəxslər» müəyyən edilir (köhnə redaksiyada «Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər" müəyyən edilib);
Tərəfdaş dövlətlərin çoxsaylı müraciətləri nəzərə alınmaqla yol vergisi çərçivəsində «qət edilən yolun hər kilometr» üçün hesablanan məbləğ yüklə birlikdə ümumi çəkisi "38 tondan 41 tonadək" olan nəqliyyat vasitələrinə münasibətdə ləğv edilir;
Digər dövlətlərdə təhlükəli yüklərin daşınmasına görə yol vergisi çərçivəsində əlavə məbləğin hesablanması təcrübəsi olmadığından, eləcə də tranzit potensialının genişlənməsinə müsbət təsir göstərəcəyini nəzərə alaraq yol vergisi çərçivəsində «Təhlükəli yüklərin daşınmasına görə» hesablanan məbləğ ləğv edilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri