8 oktyabr agroX müsabiqəsinin yekun təqduimat mərasimi keçirilib. Təqdimat məraismində yarımfinala qatılan 12 aqrar startap arından seçilən qaliblər təqdim edilib və mükafatlandırılma təşkil olunub.
Kənd Təsərrüfatı naziri İnam Kərimov təqdimat məraismində çıxış edib. O aqrar sahədə innovasiyaların tətbiqi və aqrar elmin inkişafı ilə bağlı, aqrar sahədə rəqəmsallaşma ilə bağlı görülən işlərə diqqət çəkib. Nazir qarşıdakı dövrlərdə aqrar sahədə innovasiyaların və elmin inkişafı ilə bağlı ciddi tədbirlərin müəyyən edildiyini vurğulayıb. Sektorda rəqəmsallaşan transformasiya prosesinin sürətləndirləcəyini qeyd edərək əsas məqsədin məhsuldarlığı artırmaq , idarəetməni təkmilləşdirmək və daha çevik daha doğru qərarlar qəbul etmək üçün münbit şəraitin , effektiv mexanizmlərin və rəqəmsal həllərin yaradılması olduğunu bildirib.
Startap Azərbaycan və agroX layihəsinin kordinatırou Osman Gündüz layihə haqqında geniş məlumat verib.
O, 4 ay davam edən layihədə 51 aqrar startapın iştirak etdiyini vurğulayıb. Yarımfinala çıxan startaplar üçün bir neçə dəfə mentor dəstəyinin göstərildiyini diqqətə çatdırıb.
İki mərhələli qiymətləndrimənin Startap Azərbayacan, ASAN, İNNOLAND, ADAU , Qərbi Kaspi Universiteti və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrindən ibarət olmaqla formalaşdırılan Münsiflər Heyəti tərəfindən aparıldığını qeyd edib.
agroX layihəsinin tərəfdaşı, İNNOLAND Akselerasiiya Mərkəzinin direktoru Məmməd Kərimov çıxış edərək bu tip layihələrin ekosistemin formalaşmasına müsbət təsir göstərdiyini qeyd edib. O İNNOLAND tərəfindən innovasiyaların və ekosistemin inkişafı istiqamətində görülən işlərə diqqət yönəldib və aqrar sektorda gələcəkdə də
startapların formalaşması və innovasiyaların tətbiqinə dəstək verəcəklərini bildirib.
agroX münsifləri Layihələrin 10 dəqiqəlik təqdimatları və sual-cavablar əsasında 10 ballıq sistemlə, layihələrin ideyası, davamlılığı, rentabelliyi, komandası və əhatə dairəsi nəzərə almaqla qiymətləndiriblər.
agroX münsiflərinin yekun qiymətləndirilməsi nəticəsində Antivarroa layihəsi 1-ci yer, Mr.Bee startapı 2-ci yer və Otmilk layihəsi 3-cü yer qazanıb.
Antivarroa layihəsi arılarda varatoz gənəsinə qarşı mübarizə aparmaq üçün yeni bir qurğunun yaradılmasını nəzərdə tutur. Arı gənəsi arıların məhvinə və balın keyfiyyətinin və məhsuldarlığının aşağı olmasına gətirib çıxarır. Bu səbəbdən bütün arıçılar kimyəvi preaparatlardan istifadə edir ki, bu da balda toksik maddələrin yaranmasına səbəb olur. Bu kimyəvi peraparatlar arının inkişafına mənfi təsir edir. Göstərilən problemləri təklif olunan qurğu vasitəsi ilə aradan qaldırmaq mümkündür.
Mr.Bee layihəsi, yerli bal istehsalçıları və müştərilər arasında birbaşa rəqəmsal təmas yaradılmasını nəzərdə tutur. Müxtəlif regionlardan bal istehsalçıları məhsullarının satışı zamanı problem ilə üzləşirlər. Səbəb: arıçılar marketinq və müasir satış sistemləri tanış deyillər. Digər tərəfdən potensial müştərilər böyük ehtimalla bal məhsullarını ya xarici istehsal yaxudda vasitəçilərdən alırlar. Bu layihə imkan yaradacaq ki, yerli istehsalçılar və müştərilər arasında birbaşa rəqəmsal təmas olsun.
Otmilk layihəsi kütləvi əhali artımını və təbii(konservantsız) qida qıtlığını nəzərə alaraq insanları təbii süd qıtlığından azad etməyi nəzərdə tutur. Ana südü qəbul edə bilməyən və ya ana südü ilə kifayətlənməyən körpələrin südlə təmin edilməsi probleminin həllinə yönəlib. Bazara qida dəyərliliyi yüksək olan yeni bir dad təqdim edir. Otlaq sahələrin azalmasının qarşısının alınması, tərkib zənginliyini və ehtiyyac potensialını nəzərə alaraq onu demək olar ki, bazarda rəqabət yarada biləcək bir məhsuldur.
Qaliblərə və fərqlənənlərə mükafatlar, Diplomlar və Sertifikatlar təqdim edilib. 1-ci yer - 6000 manat, 2- ci yer - 4000 manat, 3- cü yer - 2000 manat qazanıb. Qalib komandalar həmçinin Kənd Təsərrüfatı Nazirliyinə məxsus resurslardan istiafdə etmək , İnnoland Akselerasia Mərkəzində işləmək imkanları qazanıblar. Yaxın müddətdə qalib komandalarn üzvləri ilə Kənd təsərrüfatı naziri İnam Kərimovun görüşü nəzərdə tutulub.
agroX Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin dəstəyi ilə Startap Azərbaycan tərəfindən həyata keçirilir.
Layihəyə İNNOLAND Akselerasiya Mərkəzi də dəstək verir. Müsabiqənin Mükafat Fondu 12 000 manat müəyyən olunub.
Təqdimat mərasimində Birinci vitse-prezidentin köməkçiləri Xaliq Əhədov və Emin Hüseynov, Kənd Təsərrüfatı Nazirliyinin və VXSİ Dövlət Agentliyinin rəhbərləri, bir sıra mərkəzi icra orqanlarının təmsilçiləri, Universitetlərin rektroları və startap ekosistemin nümayəndələri iştirak ediblər.
Startap Azərbaycan
agroX
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri