Alibaba internetdə növbəti rekorduna hazırlaşır

11-11-2016 / 14:12

Çinli e-ticarət nəhəngi Alibaba bu il də “Yalnızlar Günü”nü ( Subaylar) böyük bir qazancla bağlamaq üzrədir.

Məlum olduğu kimi, hər il noyabrın 11-də  Çində “Yalnızlar Günü” ( Subaylar)  qeyd edilir.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, ötən il 11 noyabrın ilk 8 dəqiqəsində 1 milyard dollar satış edən Alibaba, bu ilk 2 saatda tam 7 milyard dollarlıq satış edib.

İlk 12 saatda 12 milyard dollarlıq satış edən Alibaba üçün hələlik saatda 1 milyard dollarlıq satış edir deyə bilərik.

Lakin gün sonunda ümumi satış məbləğinin 20 milyard dollar olacağı nəzərdə tutulur, çünki statistikada  günün irəliləyən saatlarında satışlar aşağı endiyi göstərilir.

Ötən ili xatırlasaq, 11 noyabr 2015-ci ilə ilk 8 dəqiqəsində 1 milyard dollarlıq satış edən Alibaba, 1 saat içində 3,9 milyard dollar ilk 12 saat içində 9 milyard dollar satış etmişdi.

Günü isə 14,3 milyard dollar ilə bağlamışdı. Bu məbləğ Facebook-un 2014-ci ilin gəlirindən çox olub.

Çində internetdən aparılan alış-verişin 80 faizi  Alibaba saytı üzərindən həyata keçirilir.

Qeyd edək ki, Alibaba 2009-cu ildən bu kimi tədbirləri izləyir və belə özəl günlərdə  sərfəli xidmətlə əhatə dairəsini daha da geniləşdirir.  

Alibaba əsasən əhalinin sıx olduğu ölkələrdə xidmət göstərməyə maraqlıdır. 

Günel

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə