Yahoo internet biznesini sata bilər

03-12-2015 / 10:40

ABŞ-ın Yahoo! Inc internet şirkətinin Direktorlar Şurası bu həftə internet biznesinin satışa çıxarılması məsələsini müzakirə edə bilər.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, Direktorlar Şurasının iclasında şirkətin gələcəyi ilə bağlı geniş müzakirələr aparılacaq. Rəhbərlik eyni zamanda biznesinə alıcı axtarmaq və ya Çində yerləşən Alibaba Group-dakı səhm paketinin dəyəri 30 milyard dollardan yüksək dəyərləndirilən 15 faizlik payını satmaq üzərində düçünəcək. Qəzetin yazdığına görə, hər iki variantın reallaşması da mümkündür.

Yahoo-nun 31 milyard dollarlıq bazar kapitalı əsasən iki böyük Asiya aktivləri ilə bağlıdır: Alibaba və Yahoo Japan. Sonuncuda olan 35 faizlik payı 8,5 milyard dollar həcmində qiymətləndirilir.

Xatırladaq ki, Yahoo! şirkəti 1994-cü ildə təsis edilib. Şirkətin axtarış sistemi dünyada ən məşhurlardan biridir. Yahoo!-nun 2015-ci ilin ilk 9 ayı ərzində xalis gəliri ötən ilin analoji dövrü ilə müqayisədə xeyli aşağı düşərək 81,12 milyon dollar təşkil edib.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə